"Rəqsanə və şou adamlarının çoxu qadın alverilə məşğuldur, pulu elə qazanırlar"

"Rəqsanə və şou adamlarının çoxu qadın alverilə məşğuldur, pulu elə qazanırlar"
MAQAZİN
16:12 09.12.2016
20084
Müğənnilərin yüz minlik maşınlarının olması, onların milyonluq villa və bağ evləri barədə dərc olunmuş məqalələr oxucularla yanaşı bəzi şou biznes nümayəndələrini də özündən çıxarıb.
 
Onlardan bəziləri müğənnilərin milyonluq evlərinin, yüz minlik maşınlarının olmasını normal, bəziləri isə qeyri-normal adlandıraraq bəzi sənət adamlarını "qara işlərlə” məşğul olmaqda, eləcə də insan alverində ittiham edib.
 
AZXEBER.COM xəbər verir ki, cebhe.info-ya danışan tanınmış müğənni və tənqidçi Əli Mirəliyev müğənnilərin bəzilərini insan alveri ilə məşğul olmaqda ittiham edib: "Elin gözü tərəzidir. El sözü düz olar. Hətta belə bir xalq mahnısı da var ki, el sözü əvvəl-axır düz olar. Əgər kimsə deyirsə ki, onların insan alveri ilə əlaqəsi var demək ki, var. Mənim yadıma gəlir müğənni Rəqsanənin anasının, bacısının özünün də insan alverində adı hallanırdı. Hətta aeroportda da onu saxlamışdılar. Nə qədər adama pul atmağı barədə də yazılar oxumuşdum. Heç gör deyirlər ki, Əli Mirəliyev insan alveri ilə məşğuldur? Amma deyirlər ki, filankəslər insan alveri ilə məşğuldur. Demək ki, nəsə var, deyirlər. Məndən çox bunlar səhnədə ola bilməzlər, məndən çox da məclisə gedə bilməzlər. Amma mənim bu gün imkanım yoxdur, evimin divar kağızını dəyişə bilmirəm, imkanım yoxdur. Mənə 180 manat pensiya verirlər, indi məclislərə də gedə bilmirəm, maşınım da yoxdur. Bunlar necə yüz minlik maşın sürürlər, necə milyonlara ev ala bilirlər? Demək ki, bunlar nəsə "qara işlə”, insan alveri ilə məşğuldurlar. Millətimizin cavan-cavan qızlarını aparıb ərəbə, fransıza satırlar. İndinin qızları gələcəyin analarıdır. Nəslimizi tükədirlər bunlar. Gələcəkdə o qadınlardan nə olacaq? Müharibəsiz qırırlar milləti. Bunu dərindən araşdırsalar burda çox böyük bir cinayət var. Hansısa müğənni gedir Dubayda, Türkiyədə, Rusiyada pul qazanır, xalqın qızını, xalqın balasını da məhv edir.
 
Elə bilirlər ki, burda hakimlərdən 5-10 manat pul verib canlarını qurtaracaqlar, amma onlar bilmirlər ki, o dünyada canlarını o sorğu – sualdan qurtara bilməyəcəklər. Yenə səsi olsa, sənəti olsa, oxusa, deyərsən ki, bu pulu oxumaqla, sənəti ilə qazanıb, məsələ orasındadır ki, bunların səsi də yoxdur. Mən həmişə demişəm, indi də deyirəm ki, Azərbaycanda müğənnilərin 90%-i öz aid olduqları yerlərində deyillər. Bunlar ümumiyyətlə, müğənni deyillər, həvəskar ifaçıdırlar. Alverçidilər bunlar. Amma di gəl ki, adların qoyublar əməkdar artisti, xalq artisti. Baxırsan ki, əsl sənətkara qiymət verilmir, amma səsi olmayanlar gündəmdədir. Firuzə İbadova kimi sənətkar bu gün kirayədə qalır. 2016-cı ildə belə bir sənətkar kirayədə qalır! Belə sənətkar necə olur kirayədə qalır, amma, ay filankəs, sən 3 mərtəbəli villada qalırsan? Daha adlarını çəkmirəm o "filankəs”lərin. Mümkün də deyil milyonluq villanı oxumaqla almaq. Mümkün deyil. Elə iki ay Məhərrəm ayı, bir ay Orucluq, bir də may ayında toy olmur. Yerdə qalır 8 ay. 8 ayda da hər aya 5 toyu olsa yenə də o 10 ilə o evi, villanı ala bilməz. Mən sizi əmin edirəm ki, onlar "dələduzluq” la, ev yıxmaqla məşğul olaraq qazanırlar o pulu”.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Ermənistan 90-cı illərdə urbitit yaratmışdı, lakin onlara qarşı heç bir sanksiya tətbiq olunmadı - İlham Əliyev
10:12 18.06.2026
Ermənistan 90-cı illərdə urbitit yaratmışdı, lakin onlara qarşı heç bir sanksiya tətbiq olunmadı - İlham Əliyev
Azərbaycan əhalisinin sayı artıb
10:08 18.06.2026
Azərbaycan əhalisinin sayı artıb
“Qızım mənə “bloqerlər vəkillərdən çox pul qazanır” deyirdi…”
10:03 18.06.2026
“Qızım mənə “bloqerlər vəkillərdən çox pul qazanır” deyirdi…”
Acunundan ayrılan xanımı yenidən ərə gedir
10:03 18.06.2026
Acunundan ayrılan xanımı yenidən ərə gedir
İlham Əliyev: Müharibəni başlayacağımız təqdirdə bizi sanksiya ilə hədələyirdilər
09:58 18.06.2026
İlham Əliyev: Müharibəni başlayacağımız təqdirdə bizi sanksiya ilə hədələyirdilər
ABŞ və İran anlaşdılar: İmzalanan sənədin TAM MƏTNİ
09:56 18.06.2026
ABŞ və İran anlaşdılar: İmzalanan sənədin TAM MƏTNİ
Azərbaycan vasitəsilə daşınan yüklərin həcmini iki dəfə artırmaq istəyirik - Prezident
09:48 18.06.2026
Azərbaycan vasitəsilə daşınan yüklərin həcmini iki dəfə artırmaq istəyirik - Prezident
İlham Əliyev: Azərbaycanda qeyri-neft-qaz sektorunun ÜDM-də payı 70 %-dən artıqdır
09:47 18.06.2026
İlham Əliyev: Azərbaycanda qeyri-neft-qaz sektorunun ÜDM-də payı 70 %-dən artıqdır
Dövlət başçısı: İşğaldan əziyyət çəkmiş Azərbaycan Ermənistana sülhü təklif edən tərəf olub
09:44 18.06.2026
Dövlət başçısı: İşğaldan əziyyət çəkmiş Azərbaycan Ermənistana sülhü təklif edən tərəf olub
Azərbaycanda iqtisadi inkişafla bağlı hər hansı bir çətinlik gözlənilmir - İlham Əliyev
09:43 18.06.2026
Azərbaycanda iqtisadi inkişafla bağlı hər hansı bir çətinlik gözlənilmir - İlham Əliyev
Prezident: Azərbaycanda işsizlik aşağı həddə saxlanılır
09:42 18.06.2026
Prezident: Azərbaycanda işsizlik aşağı həddə saxlanılır
“Ölkə tarixində ilk dəfə 3 universitetimiz TOP 800-ə daxil olub”
09:39 18.06.2026
“Ölkə tarixində ilk dəfə 3 universitetimiz TOP 800-ə daxil olub”
Dünya ölkələrinin əksəriyyətinin dəstəyi Azərbaycanın nailiyyətlərinə əsaslanır - Prezident
09:36 18.06.2026
Dünya ölkələrinin əksəriyyətinin dəstəyi Azərbaycanın nailiyyətlərinə əsaslanır - Prezident
İlham Əliyev: Azərbaycan enerji resurslarına ehtiyacı olan ölkələrə dəstək göstərib
09:34 18.06.2026
İlham Əliyev: Azərbaycan enerji resurslarına ehtiyacı olan ölkələrə dəstək göstərib
"Azərbaycanı açıq dənizə çıxışı olmayan ölkədən beynəlxalq daşımalar qovşağına çevirməyə çalışırıq"
09:31 18.06.2026
"Azərbaycanı açıq dənizə çıxışı olmayan ölkədən beynəlxalq daşımalar qovşağına çevirməyə çalışırıq"
Prezident: Siyasi, iqtisadi, sosial sabitlik Azərbaycanın bugünkü reallığıdır
09:29 18.06.2026
Prezident: Siyasi, iqtisadi, sosial sabitlik Azərbaycanın bugünkü reallığıdır