Rəşad Sadıqov: "Oyunlarımızda qəribə qərarlar olur"

Rəşad Sadıqov: "Oyunlarımızda qəribə qərarlar olur"
İDMAN
19:33 20.02.2021
717
"Maraqlı oyun oldu. İlk hissədə rəqibin böyük istəklə hücuma atılacağını və təzyiq edəcəyini gözləyirdik. Çünki risk etməli idilər. İlk hissədə topa maksimum nəzarət edib, təzyiqin qarşısını almağa çalışırdıq. Amma istədiyimiz kimi alınmadı".

Bu fikirləri "Zirə"nin baş məşqçisi Rəşad Sadıqov səfərdə "Keşlə" ilə 2:2 hesablı heç-heçə etdikləri Azərbaycan Premyer Liqasının XVI turunun oyunundan sonra mətbuat konfransında deyib.

39 yaşlı mütəxəssis 2-ci yarıda daha yaxşı çıxış etdiklərini bildirib: "Meydanda istədiyim, güvəndiyim komandanı gördüm. Şükürlər olsun ki, bu cür ağır səfər matçından xalla ayrıldıq. Həm "Keşlə", həm də ötən tur qarşılaşdığımız "Sabah" ilk "3-lüy"ə namizəd komandalardır. Oyunlar da göstərdi ki, hər ikisinin böyük potensialı var. Qələbə qazanıb xal ehtiyatımızı artırmaq istəyirdik, amma bu görüşlərdə uduzmamaq bizim üçün çox önəmli idi. Komandamı ürəkdən təbrik edirəm. Qorxmadılar, sınmadılar, sonadək mübarizə apardılar".

Sadıqov yeni transfer Filipe Paxxtmanın bugünkü oyunu buraxmasının səbəbini açıqlayıb: "Təəssüflər olsun ki, 2 gün öncə məşqdə zədələnib. Sabah ya da birisigün onu İstanbula müayinəyə göndərəcəyik. Qəti fikir ondan sonra bilinəcək. Əslində bu gün əsas heyətdə meydana çıxmalı idi. Təəssüflər olsun ki, futbolda belə hallar olur. Amma onun zədələnməsini istəməzdim. Gəncdir, böyük ümidlərlə transfer etmişik. Özü də məşqlərdə böyük istək göstərirdi. Ümid edək ki, əməliyyata ehtiyac olmayacaq. Amma buradakı həkimlərin verdiyi ilkin rəy bizim üçün ürəkaçan deyil".

Komandasının oyun üslubundan da söz açan gənc baş məşqçi sevimli sisteminin 4-3-3 və ya 4-2-3-1-dir: "Bəzən rəqibə görə dəyişiklik edirik. Hərdən limit də bizi sıxır. Buna baxmayaraq, gənclərin hamısını şans verməyə çalışırıq. Yəni, onlar sırf limitə görə oynamırlar. Hamısına güvənirəm. Sadəcə, bütün oyunlar gərgin keçdiyi üçün onları meydana buraxa bilmirik".

Dmitrios Çantakiasın qırmızı vərəqə gördüyü epizodu da şərh edən Sadıqov bu cür halların ilk dəfə baş vermədiyini vurğulayıb: "Oyunlarımızda qəribə qərarlar olur. Baxırsan, rəqib qapıçı topu 10 saniyə əlində saxlayır, cərimə zərbəsi təyin etmirlər. Bizə gələndə isə qayda pozuntusu qeydə alınır. Yaxud da 3 dəqiqəyə 2 penalti və ya sarı vərəqə verirlər. İnanıram ki, bunlar sırf səhvdir. Əsas odur ki, qərəzə olmasın. Hakim qərarlarına fikir verməməyə çalışırıq. Bu gün qırmızı vərəqədən sonra futbolçuların özündən çıxmaması, əsəbləşməməsi komandanın hazırlıqlı olmasından xəbər verir. Buna görə çox sevinirəm".

Gənc mütəxəssisin sözlərinə görə, komandası azlıqda qalmasaydı, Musa Qurbanlını meydana buraxacaqdı: "Artıq məşqçilərlə də danışmışdım. Musanı meydana buraxıb, yenidən hücumameyyli oyuna keçmək istəyirdik. Amma bir anda gördük ki, Çantakias qırmızı vərəqə gördü. Əslində onun oyuna daxil olması hücumların sürətini artırmaq məqsədi daşıyırdı. Bilirsiniz ki, özü də sürətli oyunçudur".

Sadıqov gənc müdafiəçi Cəlal Hüseynovun "Benfika"ya gedə bilməməsinin pandemiya ilə bağlı olduğunu bildirib: "Son anadək gözləyirdilər ki, yumşalma olsa, çağırsınlar. Amma qərara aldıq ki, məsələ ertələnsin. Onunla bağlı böyük planlarım var. Gələn mövsüm daha çox şans vermək, böyüməsi üçün kömək etmək istəyirəm. Yayda yenidən bu məsələyə qayıdacağıq".
 
///Report
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Ərdoğan: Xankəndi şəhərinin sülh mərkəzi olacağına ürəkdən inanıram
14:45 04.07.2025
Ərdoğan: Xankəndi şəhərinin sülh mərkəzi olacağına ürəkdən inanıram
Liderlərin Xankəndi görüşü dünyaya hansı mesajı verdi? - Deputat AÇIQLADI
14:44 04.07.2025
Liderlərin Xankəndi görüşü dünyaya hansı mesajı verdi? - Deputat AÇIQLADI
Məhkəmədə Kəlbəcərin işğalına dair şok faktlar açıqlandı
14:41 04.07.2025
Məhkəmədə Kəlbəcərin işğalına dair şok faktlar açıqlandı
Media subyektləri bu halda reyestrdən çıxarılacaq
14:30 04.07.2025
Media subyektləri bu halda reyestrdən çıxarılacaq
Şəxsiyət vəsiqələrimiz dəyişir - Milli Məclisdə I oxunuşdan keçdi
14:26 04.07.2025
Şəxsiyət vəsiqələrimiz dəyişir - Milli Məclisdə I oxunuşdan keçdi
Milli Məclisin növbəti iclasının vaxtı açıqlanıb
14:18 04.07.2025
Milli Məclisin növbəti iclasının vaxtı açıqlanıb
Pezeşkian: ECO sammiti İrana qarşı son hücumların pislənilməsi üçün fürsətdir
14:05 04.07.2025
Pezeşkian: ECO sammiti İrana qarşı son hücumların pislənilməsi üçün fürsətdir
İlham Əliyev: Ermənistan işğal dövründə Azərbaycana 150 milyard dollar ziyan vurub"
14:00 04.07.2025
İlham Əliyev: Ermənistan işğal dövründə Azərbaycana 150 milyard dollar ziyan vurub"
Şavkat Mirziyoyev Prezident İlham Əliyevin İƏT-in 17-ci Zirvə görüşünün sədri seçilməsini təklif edib
13:56 04.07.2025
Şavkat Mirziyoyev Prezident İlham Əliyevin İƏT-in 17-ci Zirvə görüşünün sədri seçilməsini təklif edib
“Ermənistan və havadarları nəticədə peşman olublar”
13:52 04.07.2025
“Ermənistan və havadarları nəticədə peşman olublar”
Şuşa İqtisadi Əməkdaşlıq Təşkilatının turizm paytaxtı seçilib
13:50 04.07.2025
Şuşa İqtisadi Əməkdaşlıq Təşkilatının turizm paytaxtı seçilib
Özbəkistan Prezidenti: Bölgənin sülh məkanına çevrilməsindən çox şadam
13:46 04.07.2025
Özbəkistan Prezidenti: Bölgənin sülh məkanına çevrilməsindən çox şadam
Prezident: Azərbaycan ECO-nun işində həmişə fəal iştirak edib
13:43 04.07.2025
Prezident: Azərbaycan ECO-nun işində həmişə fəal iştirak edib
"Zirvə görüşünün Xankəndidə təşkil edilməsinin xüsusi mənası var"
13:35 04.07.2025
"Zirvə görüşünün Xankəndidə təşkil edilməsinin xüsusi mənası var"
Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir - CANLI YAYIM
13:30 04.07.2025
Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir - CANLI YAYIM
Nəsimi rayonunda açıq ərazidə yanğın başlayıb
13:25 04.07.2025
Nəsimi rayonunda açıq ərazidə yanğın başlayıb