Rəsmi Bakı Böyük Britaniya silahının Ermənistan tərəfindən istifadə edilməsindən narahatdır

Rəsmi Bakı Böyük Britaniya silahının Ermənistan tərəfindən istifadə edilməsindən narahatdır
SİYASƏT
16:35 25.04.2015
1571
“Narahatlıq doğuran məqam ondan ibarətdir ki...”
Rəsmi Bakı Böyük Britaniyanın istehsalı olan snayper tüfənginin işğal edilmiş Azərbaycan ərazilərində Ermənistan tərəfindən istifadə edilməsindən ciddi narahatdır.
AZXEBER.COM xəbər verir ki, Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Trendhttps://az.trend.az/azerbaijan/karabakh/2387995.html-in sorğusuna cavab olaraq bildirib ki, Böyük Britaniya və Şimali İrlandiya Krallığının “Accuracy İnternational” şirkətinin istehsalı olan snayper tüfənglərinin Azərbaycana qarşı təcavüz və işğal törətmiş Ermənistan silahlı qüvvələrinin istifadəsində olması ciddi narahatlıq doğurur.
Onun sözlərinə görə, diplomatik kanallar vasitəsilə Azərbaycan tərəfinin bu məsələ ilə əlaqədar ciddi narahatlığı Böyük Britaniyaya çatdırılıb:
“Böyük Britaniya ATƏT-in qərarına uyğun olaraq, Ermənistan və Azərbaycana silah embarqosunu tətbiq etdiyi və bu embarqonun ölkə qanunvericiliyində təsbit olunduğu bildirilir. Böyük Britaniya tərəfindən verilən rəsmi cavabda bu snayper tüfənglərinin digər Avropa İttifaqı ölkəsində olan şirkət vasitəsilə satışının həyata keçirildiyi qeyd olunur. Bu halda, Böyük Britaniyanın İxraca nəzarət təşkilatı son istifadəçi şəhadətnaməsini (end-user certificate) tələb etməli idi”.
H.Hacıyev bildirib ki, rəsmi Bakı istehsalçı və ixracatçı ölkənin milli qanunvericilik, o cümlədən Avropa İttifaqı çərçivəsində ixraca nəzarəti tənzimləyən qaydalardan çıxış edərək, “Accuracy İnternational” və Ermənistana satışı həyata keçirən şirkətdən “end-user certiface”-in tələb olunması və lazımı hüquqi addımların atılmasını gözləyir:
“Narahatlıq doğuran məqam ondan ibarətdir ki, “Accuracy İnternational” şirkətinin nümayəndələri KİV-ə verdikləri açıqlamalarda Ermənistana daha yeni növ snayper tüfənglərinin satışını həyata keçirdiklərini bildiriblər”.
H.Hacıyev vurğulayıb ki, Ermənistan əldə etdiyi bu kimi hücum silahlarını Azərbaycana qarşı işğal və təcavüzünü davam etdirmək və xüsusilə, qoşunların təmas xətti və Ermənistan-Azərbaycan sərhədinə yaxın ərazilərdə yaşayan mülki insanları, o cümlədən qadın və azyaşlı uşaqları hədəfə almaq üçün istifadə edir:
“Ermənistanın müxtəlif yollar, o cümlədən saxta ticarət əməliyyatları və “qara bazar” vasitəsilə snayper tüfənglərini əldə etməsi cəhdləri snayperlərin təmas xəttindən çəkilməsi barəsində Ermənistanın irəli sürdüyü iddiaların bir daha tamamilə əsassız və yalan olduğunu sübut edir. İşğal edilmiş Azərbaycan ərazilərindən öz qoşunlarını çıxarmaq əvəzinə Ermənistanın “etimad quruculuğu” imitasiyası məqsədi daşıyan bu kimi riyakar iddiaları əslində işğal və təcavüzün davam etdirilməsinə xidmət edir”.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Şairə Cığatel Nəriman Həsənzadənin dəfnində göz yaşlarını saxlaya bilmədi - VİDEO
12:30 02.08.2026
Şairə Cığatel Nəriman Həsənzadənin dəfnində göz yaşlarını saxlaya bilmədi - VİDEO
"Nəriman Həsənzadənin vəfatı bir dövrün başa çatması deməkdir" - Orxan Fikrətoğlu
12:24 02.08.2026
"Nəriman Həsənzadənin vəfatı bir dövrün başa çatması deməkdir" - Orxan Fikrətoğlu
"Nəriman Həsənzadənin şeirləri gələcək nəsillər üçün örnək olacaq" - Rəşad Məcid
12:16 02.08.2026
"Nəriman Həsənzadənin şeirləri gələcək nəsillər üçün örnək olacaq" - Rəşad Məcid
“Azərbaycan böyük şairini itirdi” – Vahid Əziz Nəriman Həsənzadədən danışdı - VIDEO
12:07 02.08.2026
“Azərbaycan böyük şairini itirdi” – Vahid Əziz Nəriman Həsənzadədən danışdı - VIDEO
“Səmimiyyətin meyarı Nəriman Həsənzadə idi” – Səməd Seyidov - VIDEO
12:04 02.08.2026
“Səmimiyyətin meyarı Nəriman Həsənzadə idi” – Səməd Seyidov - VIDEO
Murad Dadaşov Nəriman Həsənzadədən danışdı: “Bu gün böyük bir ağsaqqalı itirdik” - VIDEO
12:00 02.08.2026
Murad Dadaşov Nəriman Həsənzadədən danışdı: “Bu gün böyük bir ağsaqqalı itirdik” - VIDEO
“Atam bizə görə başqa qadını evimizə gətirmədi” – Nəriman Həsənzadənin oğlu - VIDEO
11:55 02.08.2026
“Atam bizə görə başqa qadını evimizə gətirmədi” – Nəriman Həsənzadənin oğlu - VIDEO
Nəriman Həsənzadə ilə vida mərasimində onlar iştirak etdilər - FOTOLAR
11:49 02.08.2026
Nəriman Həsənzadə ilə vida mərasimində onlar iştirak etdilər - FOTOLAR
Bürclər "zəif tərəflərini" necə gücə çevirə bilər?
11:42 02.08.2026
Bürclər "zəif tərəflərini" necə gücə çevirə bilər?
Paşinyan istefa verdi
11:23 02.08.2026
Paşinyan istefa verdi
Prezident və xanımı vida mərasiminə əklil göndərdi - FOTO
11:03 02.08.2026
Prezident və xanımı vida mərasiminə əklil göndərdi - FOTO
Xalq şairi Nəriman Həsənzadə ilə vida mərasimi keçirilir - FOTOLAR
11:01 02.08.2026
Xalq şairi Nəriman Həsənzadə ilə vida mərasimi keçirilir - FOTOLAR
Azərbaycanda kartdan-karta köçürmələrə limit tətbiq olunur
10:48 02.08.2026
Azərbaycanda kartdan-karta köçürmələrə limit tətbiq olunur
14 yaşlı Sahibdən 4 gündür xəbər yoxdur
10:34 02.08.2026
14 yaşlı Sahibdən 4 gündür xəbər yoxdur
İranda zəlzələ oldu
10:31 02.08.2026
İranda zəlzələ oldu
Goranboyda kişi qətlə yetirildi - 57 yaşlı atası saxlanıldı
10:27 02.08.2026
Goranboyda kişi qətlə yetirildi - 57 yaşlı atası saxlanıldı