Rubio: TRIPP Azərbaycan və Ermənistan üçün yeni imkanlar açacaq

Rubio: TRIPP Azərbaycan və Ermənistan üçün yeni imkanlar açacaq
SİYASƏT
22:37 03.06.2026
183
TRIPP layihəsinin həyata keçirilməsi Azərbaycan və Ermənistan üçün mühüm perspektivlər yaradacaq.

AZXEBER.COM xəbər verir ki, bu barədə dövlət katibi Marko Rubio Konqresin Nümayəndələr Palatasının Xarici İşlər Komitəsində çıxışı zamanı danışıb.

Rubio bildirib ki, son 16-17 ay ərzində Dövlət Departamentinin fəaliyyəti həm mühüm diplomatik nailiyyətlərlə, həm də mürəkkəb beynəlxalq problemlərlə müşayiət olunub.

Onun sözlərinə görə, Azərbaycan və Ermənistan arasında uzun illər davam edən qarşıdurma artıq başa çatıb və bu proses hər iki ölkə üçün yeni imkanlar vəd edən TRIPP layihəsinin yaradılmasını nəzərdə tutan memorandumun imzalanması ilə yekunlaşıb.

"Bu memorandum mənim tərəfimdən imzalanıb və o, Azərbaycanla Ermənistan üçün əhəmiyyətli iqtisadi və nəqliyyat imkanları formalaşdıracaq yeni rifah marşrutunun əsasını qoyur”, - deyə Rubio vurğulayıb.
OXŞAR XƏBƏRLƏR