Ruhi Elçinin evinə getdi: "Sağalması üçün əlimdən gələni əsirgəməyəcəm"

Ruhi Elçinin evinə getdi: "Sağalması üçün əlimdən gələni əsirgəməyəcəm"
SOSİAL
13:59 26.11.2020
3881
Tanınmış biznesledi Ruhi Əliyeva qazimiz Elçin Səmədovun yaşadığı Qəbələ şəhərinə gedərək onunla görüşüb.
 
AZXEBER.COM xəbər verir ki, Ruhi Əliyeva qazi ilə görüşü haqda deyib: 
 
Suqovuşan kəndində baş verən döyüşlər zamanı böyük qəhrəmanlıq göstərərək ağır yaralanmış qazimiz Elçin Səmədovun yaşadığı Qəbələ şəhərinə gedərək onunla görüşdüm. Elçinin səhhətində olan problemlər məni çox narahat etdiyindən onun müalicəsini həyata keçirməyi özümə mənəvi borc bildim. Hər daim Elçinin və Qəbələ şəhərindəki digər qazilərimizin yanında olan Qəbələ rayon İcra Hakimiyyəti başçısı Səbuhi müəllimin (Səbuhi Abdullayev red.) və onun müavini Arif (Arif Allahverdiyev red.) müəllimin qazimizə olan doğma münasibəti və qayğısı məni çox sevindirdi. Dövlətimiz hər zaman olduğu kimi daim hər bir qazimizin və şəhid ailəsinin yanındadır.
 
Ruhi Əliyeva deyib ki, Elçinin sağlamlığına qovuşması üçün hər şey edəcək: 
 
"Cənab Prezidentin bu sahədə verdiyi tapşırıqlar ən yüksək səviyyədə icra olunur. Elçinə Qəbələ şəhərinin mərkəzində 3 otaqlı mənzilin verilməsi, həmçinin ailəsinə maddi yardımların edilməsi də məni çox sevindirdi. Mən də bir Azərbaycan vətəndaşı kimi üzərimə düşən vəzifəni sonadək yerinə yetirəcəm. Mənim üzərimə düşən vəzifə isə Elçinin tez bir zamanda sağlamlığına qovuşmasına yardım etməkdir. Lakin bir faktı da nəzərinizə çatdırıram ki, Elçinin hərbi qulluqçu olmasını nəzərə alınaraq, onun müalicəsi özünəməxsus şəkildə aparılmalıdır.
 
Onun ətraflı müayinəsi və müalicəsi əvvəlcə Silahlı Qüvvələrin Baş Hərbi Klinik Hospitalında aparılacaq. Elçinin müalicəsinə dəstək olmaq üçün Qəbələ rayon İcra Hakimiyyəti rəhbərliyi və Elçinin ailə üzvləri tərəfindən mənə zəruri şərait yaradılmağından çox məmunam. Onun müalicəsi zamanı hərbi həkimlərlə bərabər, mülki xəstəxanalardan da ən yaxşı həkimlərin müalicə prosesinə cəlb edilməsi təmin ediləcək.
 
Hərbi Hospitalda müalicə kursu tam başa çatdıqdan sonra isə Elçinin ölkə daxilində ən yaxşı özəl xəstəxanalarda və xaricdə müalicəsi həyata keçiriləcək. Sağlamlığını bizlər üçün düşünmədən fəda edən Qazimiz Elçin Səmədov tam sağlamlığına qovuşanadək əlimdən gələni əsirgəməyəcəm. Allah Elçini xoşbəxt etsin".
 
 

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Ağstafada iki avtomobil toqquşub, xəsarət alanlar var
09:02 13.11.2026
Ağstafada iki avtomobil toqquşub, xəsarət alanlar var
İranda müharibənin səbəb olduğu neft sızması Fars körfəzinin dəniz canlılarını təhlükə altına salır
08:55 13.11.2026
İranda müharibənin səbəb olduğu neft sızması Fars körfəzinin dəniz canlılarını təhlükə altına salır
Məşhur bloqer oğurlanan superkarını internetdə yayılan videoda küçədə "drift" edərkən gördü
08:48 13.11.2026
Məşhur bloqer oğurlanan superkarını internetdə yayılan videoda küçədə "drift" edərkən gördü
"SpaceX" və "Tesla" dekabrda birləşə bilər
08:36 13.11.2026
"SpaceX" və "Tesla" dekabrda birləşə bilər
İraq və Azərbaycan Türkiyə üzərindən qaz tədarükünü müzakirə ediblər
08:31 13.11.2026
İraq və Azərbaycan Türkiyə üzərindən qaz tədarükünü müzakirə ediblər
Bakının bəzi yollarında nəqliyyatın sıxlığı müşahidə olunur
08:24 13.11.2026
Bakının bəzi yollarında nəqliyyatın sıxlığı müşahidə olunur
SEPAH ABŞ-ın Bəhreyndəki radar sistemini məhv etdiyini açıqlayıb
08:20 13.11.2026
SEPAH ABŞ-ın Bəhreyndəki radar sistemini məhv etdiyini açıqlayıb
Qrup lideri səfərdə: Millimiz Lixtenşteynə qarşı
08:06 13.11.2026
Qrup lideri səfərdə: Millimiz Lixtenşteynə qarşı
Papua-Yeni Qvineya sahillərində zəlzələ baş verib
08:04 13.11.2026
Papua-Yeni Qvineya sahillərində zəlzələ baş verib
İnternatda böyüyən 11-ci sinif şagirdi market müdirini qarət etdi
07:55 13.11.2026
İnternatda böyüyən 11-ci sinif şagirdi market müdirini qarət etdi
Kafedə atışma olub, ölən və yaralananlar var
07:03 13.11.2026
Kafedə atışma olub, ölən və yaralananlar var
Zelenski: Əbu-Dabidə keçirilən danışıqlarda irəliləyiş var və müharibənin sona çatması üçün ümid verib
06:53 13.11.2026
Zelenski: Əbu-Dabidə keçirilən danışıqlarda irəliləyiş var və müharibənin sona çatması üçün ümid verib
İsrail Ordusu Qəzzada HƏMAS-ın yüksəkrütbəli komandirini öldürüb
06:43 13.11.2026
İsrail Ordusu Qəzzada HƏMAS-ın yüksəkrütbəli komandirini öldürüb
"Nvidia"nın keçmiş rəhbəri ilə bağlı yeni iddia: Üçüncü qadın ortaya çıxdı
06:33 13.11.2026
"Nvidia"nın keçmiş rəhbəri ilə bağlı yeni iddia: Üçüncü qadın ortaya çıxdı
Krakovda növbəti dəfə atışma olub, polis şübhəli şəxsi saxlayıb
06:23 13.11.2026
Krakovda növbəti dəfə atışma olub, polis şübhəli şəxsi saxlayıb
6 min məktəbdə bomba təhdidi: Dərslər dayandırıldı
06:13 13.11.2026
6 min məktəbdə bomba təhdidi: Dərslər dayandırıldı