Rusiyada azərbaycanlı saxlanıldı

KRİMİNAL
12:37 12.02.2014
1589
27 yaşlı Qismət Səfiyev narkotik maddə satmağa cəhd edib
Rusiyada Azərbaycan vətəndaşı saxlanılıb. ANS PRESS-in Rusiya mətbuatına istinadla verdiyi məlumata görə, Samarada vilayətində, Kirovski rayonunda külli miqdarda narkotik maddə ilə iki kişi yaxlanıb.
Bunlardan biri əvvəllər məhkum edilmiş 27 yaşlı Azərbaycan vətəndaşı Qismət Səfiyevdir. Onun əlbiri isə Rusiya vətəndaşı 23 yaşlı Rac Məmmədovdur.
Qismət səfiyev və Rac Məmmədov narkotik maddə olan heroin satmağa cəhd ediblər.
Faktla bağlı cinayət işi açılıb. Məmmədov və Səfiyev barəsində həbs qətiimkan tədbiri seçilib.

OXŞAR XƏBƏRLƏR