“Sabah qurbanlarımı kəsəcəm” - Deputat “Qarabağ”ın qələbəsindən danışdı

“Sabah qurbanlarımı kəsəcəm” - Deputat “Qarabağ”ın qələbəsindən danışdı
ÖZƏL
23:11 27.08.2025
541
"Mən inanırdım ki, "Qarabağ” növbəti mərhələyə çıxacaq”.

Bu sözləri AZXEBER.COM-a açıqlamasında Milli Məclisin deputatı Aqil Abbas "Qarabağ” - "Ferentsvaroş” oyunu haqda danışarkən deyib.

Millət vəkili "Qarabağ”ın qələbəsinə inandığını deyib: 

"İnanırdım ki, "Qarabağ” qələbə qazanacaq. Qurbanlarımı da sabah kəsəcəm”.

Deputat Nəriman Axundzadə haqda da xoş sözlər deyib: 

"Nəriman Axundzadə hər zaman özünü təsdiqləyib. Sadəcə olaraq sosial şəbəkədə futbol ekspertləri onun üzərinə düşür. Nəriman hər zaman yaxşı oyun nümayiş etdirib”.

Qeyd edək ki, UEFA Çempionlar Liqasının pley-off mərhələsində "Ferentsvaroş"u (Macarstan) iki oyunun nəticəsinə əsasən üstələyən "Qarabağ" Liqa mərhələsinə yüksəlib.

Günel Hüseynli
OXŞAR XƏBƏRLƏR