“Sabah” “Şamaxı”ya qalib gəldi

“Sabah” “Şamaxı”ya qalib gəldi
İDMAN
21:25 09.05.2025
497
Azərbaycan Premyer Liqasında 34-cü tura start verilib.

AZXEBER.COM xəbər verir ki, açılış matçında "Sabah” "Şamaxı”nı qəbul edib.

Qarşılaşma paytaxt təmsilçisinin qələbəsi ilə bitib - 3:1. 

Bu nəticədən sonra xallarının sayını 44-ə çatdıran "Sabah” beşinci pillədə qərarlaşıb, "Şamaxı” isə 36 xalla yeddinci sıradadır.

Qeyd edək ki, tura mayın 11-də yekun vurulacaq.
OXŞAR XƏBƏRLƏR