"Sabah" komandası UEFA Çempionlar Liqasının əsas mərhələsində növbəti oyununu bu gün keçirəcək.
Azərbaycan təmsilçisi Çexiyanın "Slaviya" kollektivi ilə üz-üzə gələcək.
Qarşılaşma Bakı Olimpiya Stadionun, saat 20:45-də start götürəcək.
Görüşün baş hakimi avstriyalı Sebastyan Qishamer olacaq.
Xatırladaq ki, "Sabah" ilk matçda İngiltərədə "Mançester Yunayted"ə məğlub olub - 0:4. "Slaviya" isə Çexiyada Fransa təmsilçisi "Lans"a uduzub - 2:3.
///report///











































