“”Sabah”ın bu addım alqışalayiqdir və nümunəvi bir davranışdır - Futbol ekspertlərindən AÇIQLAMA

“”Sabah”ın bu addım alqışalayiqdir və nümunəvi bir davranışdır - Futbol ekspertlərindən AÇIQLAMA
MANŞET
14:39 05.09.2026
3929

 

Xəbər verdiyimiz kimi, "Sabah" futbol klubu uşaq futbolunun davamlı inkişafını təmin etmək məqsədilə 10 milyon manatlıq yeni proqram yaradacaq.

Azərbaycan Prezidenti İlham Əliyevin 27 avqust 2026-cı il tarixli Sərəncamı ilə "Sabah" FK-ya UEFA Çempionlar Liqasının Liqa mərhələsinə vəsiqə qazanması münasibətilə beş milyon manat maliyyə dəstəyi ayrılıb.

"Sabah" FK isə bu vəsaitə əlavə olaraq öz vəsaitindən beş milyon manat ayırmaq qərarına gəlib.
 
Beləliklə, "Sabah Football Academy Future Talents" - "Sabah Futbol Akademiyası Gələcəyin İstedadları" proqramının ilkin kapitalının 10 milyon manat olması nəzərdə tutulur.

Klubun açıqlamasına görə, əsas məqsəd bu vəsaiti xərcləmək deyil, qorumaq və artırmaqdır. Vəsaitin peşəkar şəkildə idarə olunaraq gəlir gətirməsi və əldə edilən gəlirin uzunmüddətli perspektivdə gənc futbolçuların inkişafına yönəldilməsi planlaşdırılır.

Bundan əlavə, bu il UEFA Çempionlar Liqasında keçiriləcək oyunlarda bilet satışından əldə olunan vəsaitin müəyyən hissəsinin də proqrama yönəldilməsi nəzərdə tutulur.

İdman mütəxəssisi, tanınmış məşqçi Şahin Diniyev AZXEBER.COM-a açıqlamasında deyib ki, "Sabah” klubunun bu addımı çox səmərəlidir və futbolumuzun inkişafına xidmət edir:

"Çox yaxşı və səmərəli bir fikirdir. Bunu həyata keçirmək olsa, azərbaycanlı yerli futbolçuların yetişdirilməsi üçün atılan addım böyük fayda vermiş olar. Əsas məsələ bu sistemin necə qurulacağı və necə həyata keçiriləcəyidir. Bu addım futbolumuzu inkişaf etdirəcək. Uğurlar arzu edirəm!”. 
Tanınmış idman şərhçisi, ekspert Kənan Məstəliyev AZXEBER.COM-a açıqlamasında deyib ki, "Sabah” klubu hər zaman uşaq futboluna böyük dəstək verib:
"”Sabah”ın atdığı addım nümunəvi bir davranışdır. Nəhayət, klublarımızdan hansısa uşaq futbolunu bu qədər ön plana çıxartmaq qərarına gəldi. Bütün klublarımızda uşaq futboluna diqqət edilməyə başlayıb, amma "Sabah” bu istiqamətdə ən öndə olanlardan biri idi. Uşaq futbolunu izləyənlər bilirlər ki, "Sabah” futbol klubunda uşaq futboluna diqqət yetərincə böyükdür. Yaradılan şərait hər tərəfdən uşaqları dəstəkləyir. Eyni zamanda, uşaqlar müxtəlif beynəlxalq turnirlərdə iştirakçıdırlar. 
Məşqçi heyətinin diqqətlə seçilməsi, beynəlxalq təcrübənin daxildə tətbiq edilməsi çox önəmlidir”. 

O deyib ki, Azərbaycan futbolunun gələcəyi uşaq futbolundadır:

"Bu addım isə daha böyük oldu. Yəni, həqiqətən də "Sabah” alqışlanası bir addım atır. Azərbaycan futbolunun gələcəyi uşaq futbolundadır. Ümumiyyətlə, dünyada həmişə belə olub. Uşaq futbolunu inkişaf etdirməyən ölkənin böyük futbolunu da inkişaf etdirməsi mümkün deyil. Ona görə də uşaq futboluna diqqət, qayğı və həssaslıq mühüm bir meyardır. "Sabah” klubunun da bu qədər böyük məbləği uşaq futboluna yönəltməsi sevindirici və alqışlanasıdır”.
 
Şahanə Ziyad
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Xorvatiya minatəmizləmə fəaliyyətində Azərbaycanı dəstəkləməyə hazırdır
20:17 20.10.2026
Xorvatiya minatəmizləmə fəaliyyətində Azərbaycanı dəstəkləməyə hazırdır
Milli Məclisin növbəti iclası oktyabrın 23-də keçiriləcək
20:14 20.10.2026
Milli Məclisin növbəti iclası oktyabrın 23-də keçiriləcək
UEFA Çempionlar Liqası: "Sabah" və "Borussiya" komandalarının start heyətləri açıqlanıb
20:08 20.10.2026
UEFA Çempionlar Liqası: "Sabah" və "Borussiya" komandalarının start heyətləri açıqlanıb
XİN: Azərbaycan vətəndaşlarının Fransaya səfərdən çəkinmələri tövsiyə olunur
20:06 20.10.2026
XİN: Azərbaycan vətəndaşlarının Fransaya səfərdən çəkinmələri tövsiyə olunur
Leyla Abdullayeva ilə Bricit Makron arasında müzakirələr baş tutub
20:02 20.10.2026
Leyla Abdullayeva ilə Bricit Makron arasında müzakirələr baş tutub
Leyla Əliyeva Aşqabadda Milli Türkmən Xalçası Muzeyində olub
19:56 20.10.2026
Leyla Əliyeva Aşqabadda Milli Türkmən Xalçası Muzeyində olub
Aşqabadda MAMA "Ana təbiət" beynəlxalq incəsənət sərgisi açılıb
19:43 20.10.2026
Aşqabadda MAMA "Ana təbiət" beynəlxalq incəsənət sərgisi açılıb
Zelenski: Putinin təcriddən çıxması prosesi artıq başlayıb
19:31 20.10.2026
Zelenski: Putinin təcriddən çıxması prosesi artıq başlayıb
Britaniya Səudiyyə Ərəbistanında “Typhoon” qırıcıları yerləşdirəcək
19:14 20.10.2026
Britaniya Səudiyyə Ərəbistanında “Typhoon” qırıcıları yerləşdirəcək
"Reuters": İran ABŞ-la danışıqları bilərəkdən uzadır
18:54 20.10.2026
"Reuters": İran ABŞ-la danışıqları bilərəkdən uzadır
Rəsmi Moskva ABŞ-ın Raul Kastro barəsində həbs orderi verməsini qınayıb
18:45 20.10.2026
Rəsmi Moskva ABŞ-ın Raul Kastro barəsində həbs orderi verməsini qınayıb
Fransada iğtişaşlarda iştirak edən 149 nəfər həbs cəzasına məhkum edilib
18:31 20.10.2026
Fransada iğtişaşlarda iştirak edən 149 nəfər həbs cəzasına məhkum edilib
"Reuters": Uitkoff Ukrayna üzrə danışıqlar üçün Norveçə gedib
18:19 20.10.2026
"Reuters": Uitkoff Ukrayna üzrə danışıqlar üçün Norveçə gedib
Zelenski Ukraynanın NATO-ya üzvlükdən imtinasının şərtini açıqlayıb
17:54 20.10.2026
Zelenski Ukraynanın NATO-ya üzvlükdən imtinasının şərtini açıqlayıb
“Qarabağ” – “Neftçi” oyununa görə 8700 manatlıq cərimə
17:49 20.10.2026
“Qarabağ” – “Neftçi” oyununa görə 8700 manatlıq cərimə
Bu marşrutlarının hərəkət sxemi dəyişdirildi
17:35 20.10.2026
Bu marşrutlarının hərəkət sxemi dəyişdirildi