Sabir Rüstəmxanlı AzTV və əməkdar artisti sərt tənqid etdi: Telekanaldan açıqlama

Sabir Rüstəmxanlı AzTV və əməkdar artisti sərt tənqid etdi: Telekanaldan açıqlama
SOSİAL
13:06 26.11.2021
3245

Azərbaycan Respublikası Milli Məclisinin deputatı Sabir Rüstəmxanlı AzTV telekanalını, dolayı yolla da Əməkdar artist Babək Niftəliyevi sərt tənqid edib.

AZXEBER.COM xəbər verir ki, millət vəkili "Facebook" səhifəsində AzTV-nin yaxşı niyyət güdən bu layihəsinin belə gülünc hala salınmasına təəssüfləndiyini bildirib. 

"Ənənəvi musiqi üçlüyü - tar və kamança ifaçıları, bir də əlində qaval olan müğənni... Çalıb-oxumaq üçün haranı seçsələr yaxşıdır? Zəngilan rayonunun işğalçılar tərəfindən dağıdılmış bir kəndini. Hərəsi bir uçuq divarın üstündə oturublar. Nə olar, burda da oxumaq olar. Düşündüm ki, indi savaşın gətirdiyi faciələr haqqında və ya bu kəndin harayına bənzər bir ifa səslənəcək. Ancaq mahnını dinləyəndə heyrətə gəldim. 

Burada, düşmənin xaraba qoyduğu bu ağlar yurdda da son illər müsiqimizi işğal etmiş şit "diringi" əsəblərimi cırmağlamağa başladı. İnsan gözüyumulu və əhlikef olmalıdır ki, bir yurdun uçuq divarının üstündə, dağılmış bir kənddə oturub "Könüllər cəlb edən bu xoş mənzərə..." deyib oxusun. Görəsən bu üç sənət adamı ətrafa baxmırdılar? Düşünmürdülər ki, bu ürək dağlayan görüntüyə "xoş mənzərə" demək olmaz? AzTV-nin yaxşı niyyət güdən bu layihəsinin belə gülünc hala salınmasına təəssüfləndim...", - deyə deputat qeyd edib. 

 

AzTV-nin Sosial media və ictimaiyyətlə əlaqələr şöbəsindən AZXEBER.COM bildirilib ki, layihənin məqsədi gözəllikləri deyil, məhz erməni vəhşiliyinin izlərini musiqinin dili ilə xalqa və dünyaya çatdırmaqdır.

"Bəzən elə məsələlər var ki, sözün düzü, açıqlama vermək belə çətindir. Millət vəkili Sabir Rüstəmxanlının "Oxuyur Vətən” layihəsinə iradı, işğaldan azad olunmuş ərazilərdə səslənən "Qarabağ şikəstəsi”, "Xudayar” təsnifi, "Qarabağ”, "Ey Vətən”, "Azərbaycan” və s. xalq və müəllif mahnılarının səsləndirilməsinə neqativ reaksiyası və həmin mahnıları "şit diringi” adlandırması əsla anlaşılan deyil.
 
Sabir Rüstəmxanlının irad tutduğu "Xudayar” təsnifinin Zəngilanda dağıntılar fonunda ifasına gəlincə isə burada da nəyəsə irad tutulması başadüşülən deyil və məntiqsiz görünür.
 
Çünki şəhidimiz Xudayar Yusifzadə bu təsnifi məhz Zəngilanda ifa edib və məhz Zəngilanda da şəhidlik zirvəsinə ucalıb.

Bundan başqa, Azərbaycanın məqsədi ermənilərin işğal dövründə torpaqlarımızı viran qoyduğunu dünyaya çatdırmaqdır. "Oxuyur Vətən” layihəsinin də məqsədi, heç şübhəsiz ki, gözəllikləri deyil, məhz erməni vəhşiliyinin izlərini musiqinin dili ilə xalqa və dünyaya çatdırmaqdır.

Üçüncüsü isə bu gün vətənpərvərlik mahnılarının Bakıda və ya digər bölgələrdə deyil, məhz işğaldan azad olunmuş ərazilərdə ifa edilməsinin çox ciddi siyasi, ideoloji tərəfi var. Yəni bütün bunları bir kənara qoyub görülən işə, xüsusən də "Xudayar” təsnifinə şit və diringi kimi yanaşmaq, düşünürük ki, heç kimə başucalığı gətirmir”.

Xatırladaq ki, Vətən müharibəsinin ildönümü ilə bağlı Azərbaycan Televiziyasının ərsəyə gətirdiyi layihələrdən biri də "Oxuyur Vətən”dir. Layihənin hər buraxılışı işğaldan azad olunmuş bir rayonda, şəhərdə, kənddə çəkilir və düşmənin həmin ərazilərdə daşı daş üstündə qoymadığını, tarixi abidələri viran qoyduğunu musiqi dili ilə dünyaya nümayiş etdirir.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
117 yaşlı qadının pensiyası kəsildi - Ölmədiyini sübut etməli oldu
00:16 18.10.2026
117 yaşlı qadının pensiyası kəsildi - Ölmədiyini sübut etməli oldu
2027-ci ildə bu bürclərin həyatında yeni səhifə açıla bilər
00:08 18.10.2026
2027-ci ildə bu bürclərin həyatında yeni səhifə açıla bilər
Xudafərin körpüsünün işğaldan azad olunmasından altı il ötür
00:01 18.10.2026
Xudafərin körpüsünün işğaldan azad olunmasından altı il ötür
Bu gün Azərbaycanın Müstəqilliyinin Bərpası Günüdür
00:00 18.10.2026
Bu gün Azərbaycanın Müstəqilliyinin Bərpası Günüdür
Albaniyada etiraz aksiyaları beşinci gündür davam edir
23:57 17.10.2026
Albaniyada etiraz aksiyaları beşinci gündür davam edir
Bakıda dərs saatının dəyişdirilməsi tıxaca çarə ola bilər? - VİDEO
23:56 17.10.2026
Bakıda dərs saatının dəyişdirilməsi tıxaca çarə ola bilər? - VİDEO
Fransada bahalaşmaya qarşı aksiyalarda 550 min nəfər iştirak edib
23:53 17.10.2026
Fransada bahalaşmaya qarşı aksiyalarda 550 min nəfər iştirak edib
Tramp İranla müharibə bitdikdən sonra benzin qiymətlərinin düşəcəyini açıqladı
23:41 17.10.2026
Tramp İranla müharibə bitdikdən sonra benzin qiymətlərinin düşəcəyini açıqladı
Makron Fransadakı iğtişaşların iştirakçılarının cəzalandırılacağını vəd edib
23:27 17.10.2026
Makron Fransadakı iğtişaşların iştirakçılarının cəzalandırılacağını vəd edib
Belçikada polis aksiyanı dağıtmaq üçün gözyaşardıcı qaz və su şırnaqlarından istifadə etdi
23:16 17.10.2026
Belçikada polis aksiyanı dağıtmaq üçün gözyaşardıcı qaz və su şırnaqlarından istifadə etdi
"Barselona" "Betis"i darmadağın etdi, liderliyini qorudu
23:03 17.10.2026
"Barselona" "Betis"i darmadağın etdi, liderliyini qorudu
Bərdə xəstəxanasında huşsuz vəziyyətdə olan pasiyentin döyüldüyü iddia edilir - VİDEO
22:53 17.10.2026
Bərdə xəstəxanasında huşsuz vəziyyətdə olan pasiyentin döyüldüyü iddia edilir - VİDEO
Hikmət Hacıyev alman və azərbaycanlıların iki əsrlik birgəyaşayış tarixindən bəhs edən filmi paylaşıb
22:46 17.10.2026
Hikmət Hacıyev alman və azərbaycanlıların iki əsrlik birgəyaşayış tarixindən bəhs edən filmi paylaşıb
Pakistanda 20 polis qaçırıldı
22:29 17.10.2026
Pakistanda 20 polis qaçırıldı
"Fənərbaxça" öz meydanında "Alanyaspor"u məğlub edib
22:20 17.10.2026
"Fənərbaxça" öz meydanında "Alanyaspor"u məğlub edib
Bayram matəmə çevrildi - 17 nəfər əzilərək öldü
22:08 17.10.2026
Bayram matəmə çevrildi - 17 nəfər əzilərək öldü