Şalvarında televizor gizlədərək oğurluq edən kişi həbs edildi

Şalvarında televizor gizlədərək oğurluq edən kişi həbs edildi
Bütün Xəbərlər
01:23 28.02.2012
1733
Keçən ilin dekabrında ABŞ-ın Minnesota ştatında ticarət mərkəzindən televizor oğurlamağa cəhd göstərmiş 21 yaşlı Erik Li Kinqə qarşı cinayət işi açılıb. Erik Li Kinq televizoru şalvarında gizlədərək ticarət mərkəzindən çıxarıb.Hadisə keçən ilin dekabrında baş versə də, cinayət işi yeni açılıb. Cinayət işinin materiallarında qeyd edilir ki, Erik Li Kinq ticarət mərkəzindən çıxan zaman onun üzərindən konfet qutusu düşüb. Polis əməkdaşı bunu görüb və qutunun düşdüyünü xəbər vermək üçün onu çağırıb. Lakin Erik Li Kinq polisə reaksiya verməyib və hərəkətini davam etdirib. Daha sonra polis Erik Li Kinqin qəribə yerişindən, addım atarkən dizlərini düz atmasından şübhələnib. Polis ona yaxınlaşanda hər şey məlum olub.Erik Li Kinqin şalvarından 19 düyümlük televizor, kabel, idarəetmə pultu, bir butulka əyləc yağı çıxıb. O, saxlanılıb. Məhkəmənin Erik Li Kinqlə bağlı həbs qərarı çıxarıb-çıxarmayacağı məlum deyil.
//lent.az
OXŞAR XƏBƏRLƏR