Samirə Mustafayeva 5 illik fasilədən sonra televiziyaya qayıtdı - FOTOLAR

MEDİA
20:15 10.09.2020
20392
Yeni mövsümdə AzTV-də "Xəbərlər”i tanınmış teleaparıcı Samirə Mustafayeva təqdim edəcək.

AZXEBER.COM xəbər verir ki, tanınmış xəbər aparıcısı Samirə Mustafayeva beş illik fasilədən sonra yenidən ekranlara qayıdıb.

Bu sahədə 16 illik təcrübəsi olan S.Mustafayevanın yeni iş yeri Azərbaycan Televiziyası (AzTV) olacaq.

Teleaparıcı artıq sentyabrın 14-dən etibarən həftənin beş günü AzTV-nin "Xəbərlər” İnformasiya proqramının axşam saat 20:00, 22:00 və gecə saat 00:00 buraxılışını təqdim edəcək.

S.Mustafayeva şənbə günü eyni saatlarda studiyanı AzTV-nin digər xəbər aparıcısı Mümtaz Xəlilzadə ilə bölüşəcək.

Həmin gün "Xəbərlər”i aparıcılar tamaşaçılara birgə çatdıracaqlar.

Onu da bildirək ki, "Xəbərlər” proqramı sentyabrın 14-dən etibarən efirə yeni və möhtəşəm dizaynla hazırlanmış studiyadan çıxacaq.

Qeyd edək ki, S.Mustafayeva ilk dəfə xəbər aparıcılığına 2003-cü ildən başlayıb, peşəkar xəbər aparıcısı kimi tanınır.



OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

14:48 29.10.2020

Bərdədə dinc sakinləri atəşə tutan düşmən qüvvələri məhv edildi - VİDEO

14:47 29.10.2020

Qələbəyə aparan yol!

14:43 29.10.2020

"Düşmən ön cəbhəyə göndərməyə əli silah tutan kişi tapmır" - Deputat

14:42 29.10.2020

Hikmət Hacıyev: "Ermənistanın hərbi-siyasi rəhbərliyi quzğunlaşıb"

14:23 29.10.2020

“Nar” Bərdə sakinlərini danışıq dəqiqələri və SMS-lə təmin etdi

14:19 29.10.2020

Diplomatlar və dövlət rəsmiləri Tərtərdə olarkən rayon ərazisi atəşə tutuldu

14:12 29.10.2020

Ermənistanın iki "Su-25" təyyarəsi məhv edildi - RƏSMİ

14:07 29.10.2020

Özbəkistan səfiri: "Dinc sakinlərin öldürülməsi yolverilməzdir"

14:00 29.10.2020

Ombudsman Səbinə Əliyeva Bərdədə faktaraşdırıcı missiya həyata keçirir - FOTO

13:56 29.10.2020

Ermənilər Tərtərə qadağan olunmuş raket atdı

13:53 29.10.2020

Elçin Əmirbəyov: "Ermənistan sülh prosesinin bərpasında maraqlı deyil"

13:47 29.10.2020

Erməni təcavüzü nəticəsində Azərbaycanın mülki itkiləri açıqlandı - RƏSMİ

13:45 29.10.2020

Deputat: Əgər vəziyyət belə davam edərsə, növbəti aylarda karantin rejimi daha da sərtləşdirilə bilər

13:44 29.10.2020

Azərbaycan və Türkiyə prezidentləri telefonla danışıb

13:29 29.10.2020

Diqqət! Nazirlik adından saxta məktublar göndərilir

13:20 29.10.2020

Prezidentin köməkçisi: "Paşinyan, böyük səhvə yol verdin"