AZXEBER.COM-un Xezerxeber.az-a istinadən məlumatına görə, bu fikirləri Səbail rayonu, Bayıl qəsəbəsinin sakinləri iddia edirlər.
Söhbət Bayıl qəsəbəsi "SABAH Residence" yaşayış kompleksinə məxsus binanın yaxınlığında inşası başa çatmaq üzrə olan "Rahat Həyat" yaşayış kompleksindən gedir.
Sakinlər bildirirlər ki, yaşadıqları ünvanda bir-birindən hündür yaşayış kompleksləri inşa olunur, amma ara mısafəsi saxlanılmadığından mənzillərin pəncərəsi bəzən biri-birilərinin evinə açlır. Bu isə arzuolunmaz narahatlığa səbəb olur.
Qeyd edək ki, tikinti ilə bağlı icazə sənədlərinin təqdim olunmasını istədik, amma göstərilmədi.
Səbail Rayon İcra Hakimiyyətindən sorğumuza cavab olaraq bildirildi ki, çoxmənzilli yaşayış binalarında tikinti işlərinin aparılmasına icazə verilməsi yerli icra hakimiyyəti orqanlarının səlahiyyətləri xaricindədir.
Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə də sorğu ünvanladıq. Növbəti həftənin ilk iş günündə məsələnin araşdırlacağı bildirildi.











































