Səfər Əbiyev: ''Azərbaycan öz ərazilərini azad etmək üçün nə lazımdırsa edəcək''
Bütün Xəbərlər
13:00 07.11.2012
797
İtaliya Respublikasına rəsmi səfərə gedən Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Səfər Əbiyevin dünən axşam saatlarında rəsmi qarşılanma mərasimi keçirilib. Müdafiə Nazirliyindən verilən məlumata görə, nazir Səfər Əbiyevin İtaliyanın müdafiə naziri admiral Campaola Di Paola ilə əvvəlcə təkbətək, sonra isə geniş tərkibli görüşü olub.Görüşdə Azərbaycanla İtaliya respublikaları arasındakı müxtəlif istiqamətli dostluq əlaqələri müzakirə olunub və hər iki nazir hərbi əməkdaşlıq məsələlərinin inkişafının vacibliyini önə çəkiblər.20 ildir Azərbaycan torpaqlarının erməni işğalı altında olduğunu, nəticədə bir milyon insanın öz yurd-yuvasından qaçqın düşdüyünü və BMT Təhlükəsizlik Şurasının çıxardığı 4 qətnamənin həyata keçirilmədiyini diqqətə çatdıran nazir Səfər Əbiyev bildirib ki, münaqişənin sülh yolu ilə həll edilməsində ATƏT-in Minsk Qrupunun fəaliyyəti heç bir nəticə vermir. Ona görə də biz bu məsələnin üzərində ciddi düşünürük deyən nazir qeyd edib ki, Azərbaycan öz ərazilərini işğaldan azad etmək üçün nə lazımdırsa edəcək.Görüşün sonunda İtaliya Respublikası ilə Azərbaycan Respublikası arısında müdafiə sahəsində əməkdaşlıq haqda saziş imzalanıb.