Şəhid Vüqar Sadıqov haqqında sənədli film təqdim olundu – VİDEO

GƏNCLİK
17:13 10.02.2021
978
AZXEBER.COM xəbər verir ki, bu barədə 7news.az-a "Qızılbaş” Gəncləri Maarifləndirmə İctimai Birliyinin sədri Aqil Fərəcov deyib.

Onun sözlərinə görə "3 ÖVLADIN ŞƏHİD ATASI – Vüqar Sadıqov haqqında sənədli film” layihəsi Gənclər Fondunun dəstəyi ilə həyata keçirilib: "”Qızılbaş” Gəncləri Maarifləndirmə İctimai Birliyi olaraq biz bu günə qədər bir neçə film ərsəyə gətirmişik. Filmlərin böyük əksəriyəti Qarabağa, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasına həsr olunmuşdu. Budəfəki film isə iyulun 12-də Ermənistan silahlı qüvvələrinin təxribatı nəticəsində şəhid olan çavuş Vüqar Lətif oğlu Sadıqov haqqındadır. Azərbaycan Ordusunun müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçususu çavuş Sadıqov Vüqar Lətif oğlunun Ağstafa rayon Yuxarı Göycəli kəndində dəfn olunub. Sadıqov Vüqar Lətif oğlu xeyli sayda düşmən texnikasını və canlı qüvvəsini məhv edib.”

Filmin tamamilə başa çatdığını deyən Aqil Fərəcov Gənclər Fonduna təşəkkür edib: "Layihə üzrə bütün prosedurları vaxtında və yüksək keyfiyyətlə həyata keçirdik. Ümid edirəm şəhidimizin həyat yolu barədə gənclərimizə dolğun və ətraflı məlumat verməyi bacarmışıq. Müraciətimizə müsbət cavab verdiklərinə görə Gənclər Fonduna təşəkkür edirəm.”

Qeyd edək ki, 2020-ci il iyulun 12-də Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində mövqelərimizi ələ keçirmək məqsədilə artilleriya atəşindən istifadə edərək hücuma keçməyə cəhd göstərib. Düşmən hücumunun qarşısını alarkən döyüşdə Azərbaycan Ordusunun hərbi qulluqçuları müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları çavuş Sadıqov Vüqar Lətif oğlu şəhid olub.
 

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

05:57 07.02.2025

BMT USAID-ın bağlanması barədə: ABŞ rəhbərliyi ilə konstruktiv dialoqa sadiqik

02:33 07.02.2025

Ağ Ev: Vaşinqton Qəzzaya qoşun göndərməyəcək

00:34 07.02.2025

Hacıqabulda qatarda yanğın - 4 nəfər tüstüdən zəhərləndi

00:31 07.02.2025

"Real Madrid"in cəzalandırılması tələb edilir

00:27 07.02.2025

“”Beşiktaş” karyeramda xüsusi yeri olan klubdur”

23:45 06.02.2025

“İran nüvə silahına can atmır” - Pezeşkian

23:23 06.02.2025

Ağır insult keçirən şəxs əlillik dərəcəsi ala bilmir - VİDEO

23:13 06.02.2025

Harutyunyan məhkəmədə Paşinyanın yalanını ifşa etdi

22:57 06.02.2025

Məktəbdə şagirdə naməlum kağız və nömrə verildi - DİN işə qarışdı - FOTOLAR

22:40 06.02.2025

Azərbaycanlı gənc Yunanıstanda niyə həbs edilib? - AÇIQLAMA - VİDEO

22:27 06.02.2025

Dövlət ittihamçısı: Azərbaycan xalqına qarşı cinayətlər qəddarlıqla və amansızlıqla törədilib

22:16 06.02.2025

Davit Babayan saxlanma şəraiti barədə: Burada bizə qarşı heç bir təzyiq olmayıb

22:03 06.02.2025

Diplomları soruşulanda dilləri topuq vuran saxta həkim və kosmetoloqlar - ARAŞDIRMA - VİDEO

21:46 06.02.2025

Gəncədə məktəbli siqaret çəkdi: Təhqiramiz ifadələr işlətdi

21:26 06.02.2025

Küləyin sürəti güclənib, yağış yağır - FAKTİKİ HAVA

21:18 06.02.2025

Hərbi cinayətlərdə təqsirləndirilən erməniəsilli şəxslərin məhkəmə prosesi davam edir