Səhiyyə naziri: “Gürcüstanda COVID-19-un daxili yayılması qeydə alınmır”

Səhiyyə naziri: “Gürcüstanda COVID-19-un daxili yayılması qeydə alınmır”
DÜNYA
13:56 07.07.2020
1232
"İyunun 14-dən etibarən Gürcüstanda koronavirusun daxili yayılması halı təsdiqlənməyib”.

"Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın səhiyyə naziri Ekaterina Tikaradze jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, ən yaxşı epidemiloji vəziyyət baxımından Gürcüstan aparıcı ölkələrdən biridir: "Biz COVID-19-un növbəti yayılma dalğasının qarşısını almağa çalışacağıq”.

Qeyd edək ki, bu günədək Gürcüstanda koronavirusa 958 nəfər yoluxub. Onların 838-i sağalıb, 15-i isə vəfat edib. Son günlərdə COVID-19 diaqnozu qoyulan şəxslər Gürcüstan ərazisinə daxil olan yük maşını sürücüləridir.    

OXŞAR XƏBƏRLƏR