G7-nin səhiyyə nazirləri noyabrın 29-da koronavirusun "omikron" ştammının aşkarlanmasından sonra fövqəladə iclas üçün toplanacaq.
Bu barədə bazar günü assosiasiyaya 2021-ci ildə sədrlik edən Böyük Britaniya Səhiyyə Nazirliyi məlumat verib.
"Böyük Britaniyanın sədrliyi altında bazar ertəsi, noyabrın 29-da G7-nin səhiyyə nazirlərinin "omikron" ştammı ilə bağlı son məlumatları müzakirə etmək üçün təcili iclası keçiriləcək", - nazirliyin açıqlamasında deyilir.