Şəkər tozu və qənd məhsullarına dair növbəti monitorinq keçirildi

Şəkər tozu və qənd məhsullarına dair növbəti monitorinq keçirildi
İQTİSADİYYAT
14:03 23.06.2022
401
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən ölkə ərazisində qida təhlükəsizliyinin təmin olunması və əhalinin sağlamlığının qorunması istiqamətində monitorinqlər davam edir.

Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən BAKU.WS-ə verilən məlumata görə, növbəti monitorinq çərçivəsində şəkər tozu və qənddə kükürd dioksid (SO2) miqdarının müəyyən edilməsi ilə bağlı agentliyin regional bölmələri tərəfindən ticarət şəbəkələrindən 33 istehsalçıya məxsus ümumilikdə 67 nümunə götürülüb. Nəticələrə əsasən, nümunələrin 7-də kükürd dioksid aşkarlanmayıb, 36-da SO2-nin kütlə payı beynəlxalq təcrübədə müəyyən edilmiş normaya uyğun olub, 12 istehsalçı üzrə 24 nümunədə kükürd dioksidin kütlə payı normadan artıq olub.

Bununla əlaqədar sınaq nəticəsində uyğunsuzluq aşkarlanmış 6 müəssisədə ("Bolluq” MMC, "Aysu Qida Sənaye LTD” MMC, "Əmin Qida Sənaye” MMC, "Şam Fi İnternational Trading Company” MMC, "Şüvəlan Şirniyyat” ASC və fiziki şəxs Qəmbərov Rauf Rəfi oğlu) yoxlamalar keçirilib. Belə ki, Samux rayonunda fəaliyyət göstərən fiziki şəxs Qəmbərov Rauf Rəfi oğluna məxsus şəkər istehsalı müəssisəsində aparılmış yoxlama zamanı sahibkar tərəfindən verilən izahatda uyğunsuzluq aşkar edilmiş partiyanın kiçik miqdarda istehsal edildiyi və artıq satışda olmadığı bildirilib.

"Bolluq” MMC-də aparılan yoxlama zamanı məhsulun istehsalı prosesində pozuntular aşkar edildiyinə görə sahibkar barəsində inzibati tədbir görülüb. Monitorinq zamanı uyğunsuzluq aşkarlanmış məhsul partiyasının həmin şirkət tərəfindən istehsal edilməsinə dair təsdiqedici sənədlərə əsasən, sözügedən partiyaların ticarət şəbəkəsindən geri çağırılması ilə bağlı "Məhdudlaşdırıcı tədbirlərin tətbiqi barədə qərar” qəbul edilib.

"Aysu Qida Sənaye LTD” MMC-də sanitariya norma və qaydalarına, gigiyena normativlərinə tam əməl edilməməsi səbəbindən sahibkar barəsində inzibati tədbir görülüb. Uyğunsuzluq aşkarlanmış məhsul partiyasının ticarət şəbəkələrindən geri çağırılması ilə bağlı "Məhdudlaşdırıcı tədbirlərin tətbiqi barədə qərar” qəbul olunub.

Sabirabad rayonunda fəaliyyət göstərən "Əmin Qida Sənaye” MMC-də aparılan yoxlama zamanı müəssisənin müxtəlif istehsalçı müəssisələrdən alınan qəndlərin qablaşdırılması ilə məşğul olduğu müəyyən olunub. Yoxlama çərçivəsində sözügedən partiyanın ticarət şəbəkəsindən geri çağırılması ilə bağlı qərar qəbul edilib. Eyni zamanda hazır məhsullardan təkrar nümunələr götürülərək müayinə məqsədilə laboratoriyaya təqdim edilib.

"Şüvəlan Şirniyyat” ASC-də aparılan yoxlama zamanı məhsulların etiket məlumatlarında uyğunsuzluq aşkar edilməsi ilə əlaqədar sahibkar barəsində inzibati tədbir görülüb. Hazır məhsuldan nümunələr götürülərək müayinə məqsədilə laboratoriyaya təqdim edilib. Bundan əlavə, monitorinq zamanı uyğunsuzluq aşkar edilmiş məhsul partiyalarının ticarət şəbəkələrindən geri çağırılması ilə bağlı qərar qəbul edilib.

Bundan əlavə, tərkibində kükürd dioksidin kütlə payı normadan artıq müəyyən edilmiş məhsullarla əlaqədar nümunələr götürülmüş 4 ticarət mağazasında − Şəmkir rayonunda fəaliyyət göstərən "El”, "Zirvə” və "Zümrüd” marketlərdə və Xaçmaz rayonunda fəaliyyət göstərən "Euro” marketdə yoxlamalar keçirilib. Yoxlama çərçivəsində sözügedən məhsul partiyalarının satışının qadağan edilməsi ilə bağlı "Məhdudlaşdırıcı tədbirlərin tətbiqi barədə qərar”lar qəbul olunub, eyni zamanda həmin məhsullardan götürülən təkrar nümunələr laboratoriyaya təqdim edilib.

Qeyd edək ki, əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi üçün AQTA tərəfindən bu istiqamətdə nəzarət tədbirləri davam etdirilir və bununla bağlı ictimaiyyətə ətraflı məlumat veriləcək.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Bakıda parkda şüşə konstruksiyada yaranan çatlar insanlara təhlükədir? - VİDEO
21:53 18.09.2026
Bakıda parkda şüşə konstruksiyada yaranan çatlar insanlara təhlükədir? - VİDEO
Cəlilabadda sürücü yük maşınını təmir edərkən altında qaldı
21:48 18.09.2026
Cəlilabadda sürücü yük maşınını təmir edərkən altında qaldı
Göygöl rayonunun Üçtəpə kəndində qanunsuz tikili sökülüb  - FOTOLAR
21:43 18.09.2026
Göygöl rayonunun Üçtəpə kəndində qanunsuz tikili sökülüb - FOTOLAR
Narkotikə görə saxlanılan məşhurlardan xəbər var
21:30 18.09.2026
Narkotikə görə saxlanılan məşhurlardan xəbər var
Qohum nikahı qadağası ilə bağlı iddia - Açıqlama
21:16 18.09.2026
Qohum nikahı qadağası ilə bağlı iddia - Açıqlama
Sumqayıtda 4 yaşlı uşağı avtobus vurub öldürdü
21:13 18.09.2026
Sumqayıtda 4 yaşlı uşağı avtobus vurub öldürdü
30 ildir astma xəstəsi olan şəxsin əlilliyi səhv qeyd olunub? - Video
20:53 18.09.2026
30 ildir astma xəstəsi olan şəxsin əlilliyi səhv qeyd olunub? - Video
Sürücülər NƏZƏRİNƏ: Bakının mərkəzi küçələrindən biri BAĞLANIR
20:44 18.09.2026
Sürücülər NƏZƏRİNƏ: Bakının mərkəzi küçələrindən biri BAĞLANIR
Sevda Saleh Məmmədzadə vəfat etdi
20:32 18.09.2026
Sevda Saleh Məmmədzadə vəfat etdi
AMEA-nın əməkdaşları Gəncəsər monastırı ilə əlaqədar Ermənistanda yaradılan qalmaqala dair bəyanat yayıblar
20:15 18.09.2026
AMEA-nın əməkdaşları Gəncəsər monastırı ilə əlaqədar Ermənistanda yaradılan qalmaqala dair bəyanat yayıblar
“Neftçi” 1000-ci oyununda qələbə qazandı
20:12 18.09.2026
“Neftçi” 1000-ci oyununda qələbə qazandı
Azərbaycan QHT-ləri diplomatik korpusun azad edilmiş ərazilərə səfəri ilə bağlı Ermənistanda başlanmış kampaniyanı pisləyib
19:37 18.09.2026
Azərbaycan QHT-ləri diplomatik korpusun azad edilmiş ərazilərə səfəri ilə bağlı Ermənistanda başlanmış kampaniyanı pisləyib
Alban-Udi xristian dini icması diplomatik korpusun azad olunmuş ərazilərə səfərinə Ermənistanın revanşist münasibətini qınayıb
19:34 18.09.2026
Alban-Udi xristian dini icması diplomatik korpusun azad olunmuş ərazilərə səfərinə Ermənistanın revanşist münasibətini qınayıb
Rəsmi Bakıdan Fransaya çağırış
19:30 18.09.2026
Rəsmi Bakıdan Fransaya çağırış
Moskva Tokiodan ABŞ raket sistemlərini çıxarmağı tələb etdi
19:11 18.09.2026
Moskva Tokiodan ABŞ raket sistemlərini çıxarmağı tələb etdi
Fitso xəstəlik səbəbindən Ukraynaya səfərini ləğv edib
18:54 18.09.2026
Fitso xəstəlik səbəbindən Ukraynaya səfərini ləğv edib