Serbiyalı gənclər ATGTİ-də olublar

GƏNCLİK
23:15 17.11.2011
1498
Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi ilə Serbiya Respublikası Gənclər və İdman Nazirliyi arasında əməkdaşlıq haqqında anlaşma memorandumuna əsasən həyata keçirilən mübadilə proqramları çərçivəsində noyabrın 17-də ölkəmizdə səfərdə olan serbiyalı gənclərlə Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) qərargahında görüş keçirilmişdir.AZXEBER.COM-un məlumatına görə, ATGTİ-nin mətbuat xidmətinin rəhbəri Məcid Musayev qonaqları öz dillərində salamlamışdır.Sonra təşkilatın fəaliyyəti, həyata keçirdiyi layihələr barədə slayd-şou göstərilmiş, ATGTİ-nin sədri Şahin İsmayılov qonaqlara gurumun gələcək planları haqqında məlumat vermişdir.Qonaqların ölkəmizdəki təhsil sistemi, tələbə təşkilatları ilə bağlı sualları cavablandırılmış, onlara Azərbaycanın tarixi və mədəniyyəti haqqında məlumat verilmişdir.Serbiya Respublikası Gənclər və İdman Nazirliyinin məsləhətçisi Smilka Jivanoviç Azərbaycanda dövlət tərəfindən gənclərə göstərilən diqqət və qayğını yüksək qiymətləndirmiş, ölkəsinin gənclər təşkilatları ilə ATGTİ arasında əməkdaşlığın qurulmasında maraqlı olduğunu diqqətə çatdırmışdır.

OXŞAR XƏBƏRLƏR