Sərdar Ortaç “Beşiktaş”dan üzr istədi: “Tərbiyəsizlik etdim, çox peşmanam”

Sərdar Ortaç “Beşiktaş”dan üzr istədi: “Tərbiyəsizlik etdim, çox peşmanam”
MAQAZİN
14:16 25.09.2021
612
Adanada verdiyi konsert zamanı içkili halda "Beşiktaş”ı təhqir edən məşhur türkiyəli müğənni Sərdar Ortaç peşman olub.

AZXEBER.COM "Qaynarinfo"ya istinadən xəbər verir ki, Ortaç sosial şəbəkə hesabı ilə yanaşı canlı yayımda da üzr istəyib. O açıqlamasında bu sözləri deyib:

"Mən xəstəyəm. Sol ayağım yarımiflic vəziyyətindədir. Allaha şükür edirəm, iki ayağımı da ala bilərdi. Bu olaya çox üzüldüm, səhərə qədər yata bilmədim. Böyük tərbiyəsizlik etdim, çox peşmanam. Səhnədə içki içməməli idim. İçki bütün pisliklərin anasıdır. Camaatla eyni halda olmaq üçün mən də içdim. Halbuki içkini sevmirəm. Xəstəliyimlə əlaqədar içdiyim tonlarla dərman və alkoqol... İçkili halda böyük səhvə yol verdim. Məni bağışlayın. Artıq duadan başqa edə biləcəyim bir şey qalmayıb.

"Beşiktaş” tərəfdarları, başqanı və 30 illik dostum Sərgən Yalçın məni bağışlasın. Ümid edirəm ki, məni bağışlayarlar. Klubun prezidenti Ahmet Nur Çebi məni izləməyə çox gəlirdi. Səhv etdim, axmaqladım! Bir çox insanın qəlbinə dəydim. Lənət olsun. Ahmet Nur Çebinin yanına gedib üzr istəyəcəyəm. Məni silibsə üzüləcəm, çıxıb gedəcəm. İnanıram ki, buna görə mənə üz çevirməz.

"Beşiktaş” tərəfdarları ana, arvad təhqirləri etdilər mənə. Bütün azarkeşlər hirsləndi təbii ki. Fanat olsam mən də belə edərdim. Azarkeşlər dediklərində haqlıdırlar. Belə səhvlər etməməliyəm. Çərşənbə günü "Beşiktaş”ın oyununu komandanın formasında izləyəcəyəm. Təkərli oturacaqlar toplayıb "Beşiktaş”a verə bilərəm. Mahnı da bəstələyərəm. "Beşiktaş” azarkeşləri alicənab insanlardır, hamısını tanıyıram".
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Şagirdlər buraxılış imtahanından niyə narazıdır? – Ekspertdən AÇIQLAMA
17:22 20.10.2026
Şagirdlər buraxılış imtahanından niyə narazıdır? – Ekspertdən AÇIQLAMA
Qışda bu məhsullar bahalaşa bilər – İqtisadçıdan xəbərdarlıq
17:22 20.10.2026
Qışda bu məhsullar bahalaşa bilər – İqtisadçıdan xəbərdarlıq
TƏBİB-lə bağlı qərar büdcəyə necə təsir edəcək - Qənaət, yoxsa əlavə xərc?
17:06 20.10.2026
TƏBİB-lə bağlı qərar büdcəyə necə təsir edəcək - Qənaət, yoxsa əlavə xərc?
Əhliman Əmiraslanov Bişkekdə TÜRKPA-nın iclasında çıxış etdi
16:55 20.10.2026
Əhliman Əmiraslanov Bişkekdə TÜRKPA-nın iclasında çıxış etdi
Fransanın cənub-şərqində güclü yağışlar daşqınlara səbəb oldu
16:52 20.10.2026
Fransanın cənub-şərqində güclü yağışlar daşqınlara səbəb oldu
“375 oturacaqlı qatarda 9 yer fərq yaratmır” – ADY-dən VIP yerlərlə bağlı AÇIQLAMA
16:44 20.10.2026
“375 oturacaqlı qatarda 9 yer fərq yaratmır” – ADY-dən VIP yerlərlə bağlı AÇIQLAMA
20 Oktyabr – Zəngilan şəhəri günü: Tarixi Zəfərin qürur səhifəsi
16:32 20.10.2026
20 Oktyabr – Zəngilan şəhəri günü: Tarixi Zəfərin qürur səhifəsi
Mourinyo: “Arda Gülər oynasaydı, bizə 5 qol vurardılar”
16:28 20.10.2026
Mourinyo: “Arda Gülər oynasaydı, bizə 5 qol vurardılar”
Bakı-Sumqayıt qatarında sıxlıq: Sərnişinlər ayaq üstə, VIP yerlər isə boş – VİDEO
16:25 20.10.2026
Bakı-Sumqayıt qatarında sıxlıq: Sərnişinlər ayaq üstə, VIP yerlər isə boş – VİDEO
Mədəniyyət Nazirliyinin tabeliyində yeni Kompleks yaradılır
16:18 20.10.2026
Mədəniyyət Nazirliyinin tabeliyində yeni Kompleks yaradılır
She’s Next layihəsinin dördüncü dalğası üçün qeydiyyat başladı
16:12 20.10.2026
She’s Next layihəsinin dördüncü dalğası üçün qeydiyyat başladı
Xəyal etdi, inandı, qazandı — “Sürətlə Yeni Mövsümə” lotereyasının "Changan Q07" qalibi danışdı
16:12 20.10.2026
Xəyal etdi, inandı, qazandı — “Sürətlə Yeni Mövsümə” lotereyasının "Changan Q07" qalibi danışdı
Prezident sərəncam imzaladı
15:56 20.10.2026
Prezident sərəncam imzaladı
Nəsimi Musayev Ermənistanda belə həbs olunub - VİDEO
15:52 20.10.2026
Nəsimi Musayev Ermənistanda belə həbs olunub - VİDEO
Xüsusi Təyinatlıların Qaziləri, Şəhid Ailələri və Veteranları İctimai Birliyi bəyanat yaydı
15:43 20.10.2026
Xüsusi Təyinatlıların Qaziləri, Şəhid Ailələri və Veteranları İctimai Birliyi bəyanat yaydı
İsveç səfiri Hikmət Hacıyevlə görüşdü
15:40 20.10.2026
İsveç səfiri Hikmət Hacıyevlə görüşdü