Xəbər verdiyimiz kimi, Türkiyədə narkotiklə bağlı aparılan istintaq çərçivəsində 25 nəfər məşhurun saxlanılması qərarı verilib.
AZXEBER.COM Türkiyə mətbuatına istinadən xəbər verir ki, siyahıda yer alan aktrisa Serenay Sarıkaya məsələ ilə bağlı ilk açıqlamasını yayıb.
Aktrisa hazırda Türkiyədə olmadığını deyərək qısa zaman sonra geri dönəcəyini bildirib:
"Xəbəri uzun müddətdir planlaşdırdığım səyahətimdə aldım. Mümkün olan ən qısa müddətdə ölkəmə qayıdıb lazımi bütün prosedurları yerinə yetirəcəyəm. Yaxşıyam, narahat olan hər kəsə sevgilər".











































