Sergen Yalçın: Rafa Silva peşəkar kimi davranmır

Sergen Yalçın: Rafa Silva peşəkar kimi davranmır
İDMAN
16:48 15.11.2025
170
"Rafa Silva ilk gün mənə dedi ki, burada qalmaq istəmir, futboldan getmək barədə düşünür”.

Bunu "Beşiktaş”ın baş məşqçisi Sergen Yalçın Rafa Silvanın komandada qalmamaq istəməməsi səbəbindən yaranmış vəziyyətə həsr olunmuş mətbuat konfransında deyib.

Sergen Yalçının sözlərinə görə, Kenni Aroyo da oxşar şeyləri deyib və onun yolunu açıblar: "Rafa dəyərli oyunçu olduğu üçün dedim ki, onu rahat idarə edəcəyik, problemi olmayacaq. Beləliklə, məsələni etdim. Lakin bir müddət sonra problem yenidən ortaya çıxmağa başladı. Bu dəfə də Rafaya dəyərini anlatdım, ona ehtiyacımız olduğunu dedim. Vəziyyəti yoluna qoymağa çalışdıq, amma vəziyyət həll olunmaz səviyyəyə çatdı. O, daha məşq etməyəcəyini və matçlarda oynamayacağını dedi”.

Baş məşqçi bildirib ki, Rafa Silva oynamaq istəmədiyini söylədikdən sonra bu barədə klub prezidentinə məlumat verməli olub: "Çünki məsələni həll etmək üçün heç bir yolum yox idi. Rafa Silvanın oynaması üçün qapımız açıqdır. Düşünmürəm ki, bizimlə problemi var, amma o, ünsiyyəti kəsib, ancaq meneceri vasitəsilə mesajlar göndərir. Mən artıq bacardığım qədər idarə etmişəm. Onu niyə oyun vaxtı əvəzlədiyimi soruşursunuzsa, Messi, Ronaldo da bu gün meydandan çıxır. Heç kim "Beşiktaş”dan böyük deyil".

Sergen Yalçın Rafa Silva ilə aralarında hər hansı problem olmadığını bir daha təkrarlayıb: "Mənim də Rafa ilə heç vaxt problemim olmayıb. Rafa heç vaxt mənə qarşı hörmətsizlik etməyib və ya pis davranmayıb, öz işini görüb. Aramızda hər hansı problemlər olsaydı, özüm rahat həll edərdim. Rafa ilə danışın, ondan problem barədə soruşun. O, peşəkar müqavilələrə uyğun davranmır".

Baş məşqçi vurğulayıb ki, bütün komanda Rafanın ətrafında qurulub, ona uyğun oyunçular alınıb: "Mən fərqli oyun oynamaq istəyirəm, amma plan onun ətrafında qurulub. Oyunçu deyir ki, 'Mən burada məşq etmək istəmirəm, oynamaq istəmirəm”. Oyunçudan soruşun, səbəbini özü desin”.
 
///apa
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Bakı metrosunda iş rejimi dəyişdirilir
18:11 22.07.2026
Bakı metrosunda iş rejimi dəyişdirilir
Akkreditasiya Şurasından qərar: 6 universitetə müsbət, birinə mənfi rəy
17:56 22.07.2026
Akkreditasiya Şurasından qərar: 6 universitetə müsbət, birinə mənfi rəy
Qızılca və suçiçəyinə yoluxanların sayı açıqlandı - RƏSMİ
17:52 22.07.2026
Qızılca və suçiçəyinə yoluxanların sayı açıqlandı - RƏSMİ
Bu şəxslər üçün ödənişsiz avtobuslar ayrıldı
17:37 22.07.2026
Bu şəxslər üçün ödənişsiz avtobuslar ayrıldı
Dələduzluqda ittiham olunan şəxs Azərbaycana ekstradisiya edildi
17:30 22.07.2026
Dələduzluqda ittiham olunan şəxs Azərbaycana ekstradisiya edildi
Ev dustaqlığında sosial şəbəkə qadağası: Qanun nə deyir? – Vəkildən açıqlama
17:06 22.07.2026
Ev dustaqlığında sosial şəbəkə qadağası: Qanun nə deyir? – Vəkildən açıqlama
Rəşad Məcid: "Yeni dövr mətbuatın qarşısında yeni vəzifələr qoyur"
16:58 22.07.2026
Rəşad Məcid: "Yeni dövr mətbuatın qarşısında yeni vəzifələr qoyur"
151 il, bir missiya: Milli mətbuatın yubileyinə dövlət qurumlarından baxış
16:50 22.07.2026
151 il, bir missiya: Milli mətbuatın yubileyinə dövlət qurumlarından baxış
Prezident Fərman imzaladı
16:28 22.07.2026
Prezident Fərman imzaladı
Gələcəyin rəhbərləri üçün ideal seçim – ADNSU Biznes Məktəbinin MBA proqramının üstünlükləri – FOTO
16:26 22.07.2026
Gələcəyin rəhbərləri üçün ideal seçim – ADNSU Biznes Məktəbinin MBA proqramının üstünlükləri – FOTO
Nazirlər Kabineti iki ay müddətində müəllimlər üçün geyimlə bağlı tələbləri təsdiqləyəcək
15:50 22.07.2026
Nazirlər Kabineti iki ay müddətində müəllimlər üçün geyimlə bağlı tələbləri təsdiqləyəcək
Rüfət Əhmədzadə vəfat etdi
15:32 22.07.2026
Rüfət Əhmədzadə vəfat etdi
Ev, avtomobil, torpaq - Vətəndaşlar kredit üçün banklara ən çox hansı əmlakı girov qoyur?
15:26 22.07.2026
Ev, avtomobil, torpaq - Vətəndaşlar kredit üçün banklara ən çox hansı əmlakı girov qoyur?
“Qarabağ”- “CSKA SOFIA” oyunundan əvvəl fan zona təşkil olunacaq
15:12 22.07.2026
“Qarabağ”- “CSKA SOFIA” oyunundan əvvəl fan zona təşkil olunacaq
Buraxılış imtahanında xarici dildən hansı model tətbiq olunacaq?
15:02 22.07.2026
Buraxılış imtahanında xarici dildən hansı model tətbiq olunacaq?
Aydın Tağıyev Həsən bəy Zərdabi adına mükafata layiq görülüb
14:58 22.07.2026
Aydın Tağıyev Həsən bəy Zərdabi adına mükafata layiq görülüb