Sevgililər Günündə kişilərin ürəyincə olacaq - 5 ən yaxşı hədiyyə ideyası

Sevgililər Günündə kişilərin ürəyincə olacaq - 5 ən yaxşı hədiyyə ideyası
İQTİSADİYYAT
12:05 03.02.2023
806

Fevral ayının gəlməsi ilə ilin ən romantik tarixinə hazırlıqlar başlayıb. Sevən üçün günün, saatın fərqi olmadığı deyilsə də, hamı sevgisini özəl gündə maraqlı hədiyyə ilə göstərməyə çalışır.

Bu dəfə biz xanımlara dost əlimizi uzadıb onların yerinə axtardıq, araşdırdıq və 2023-də kişilərin ürəyini fəth edə biləcək ən yaxşı hədiyyələri bir araya gətirməyə çalışdıq. Hazırsınızsa TOP 5-i qarşılayın:

1. Hər zəngi ona hədiyyə edin:  Heç vaxt aktuallığını itirməyən hədiyyələrdən biri məhz yeni smartfondur. 128 GB daxili yaddaş və 1 TB-a qədər mikro SD kart dəstəyi olan Samsung Galaxy A53 modelində bütün dəyərli anlarınız üçün yer var. Sadə korpusda yerləşmiş 4 kamera ilə şəkillər o qədər detallı əks olunur ki, həyatınızdakı bəyin üz cizgilərinə yenidən aşiq olacaqsınız.  Üstün funksiyaları münasib qiymətlə özündə cəmləşdirən Samsung smartfonu aranızdakı sevgi kontaktını əbədi gücləndirəcək. 

2. Sevginin ürək döyüntülərini ölçün: Eleqant dizayn, 2 həftə batareya ömrü, qanda oksigen səviyyəsini və ürək döyüntülərini avtomatik ölçmə funksiyasını Huawei smart saatı ilə sevgilinizin qollarında birləşdirə bilərsiniz. Bu hədiyyə o qədər qayğıkeşdir ki, sevdiyiniz bəyin sağlamlıq göstəriciləri normadan fərqli olarsa, dərhal ona xəbərdarlıq edəcək.

3. Sevginizi onun qulağına pıçıldayın: Bu dəfə kişilərin ürəyinə gedən yol qulağından keçəcək. Çünki suya, toza, küləyə davamlı Xiaomi buds 4 qulaqlığı var. 6 saata qədər fasiləsiz istifadə imkanı yaradan modelin münasib qiyməti isə demək olar hər büdcəyə xitab edir. Güclü külək ya yağış damcıları? - sevgilinizin səsini eşitmək üçün artıq heç biri əngəl deyil. Məkana görə səsi avtomatik tənzimləyən bu qulaqlıq sayəsində "sevirəm” sözünü pıçılta ilə desəniz belə həyatınızdakı bəyin qulağında aydın şəkildə eşidiləcək.

 
 
Ads by 
0
Reklamınızı SmartBee ilə effektiv edin.
Ads by 
5
Reklamınızı SmartBee ilə effektiv edin.
 

 

4. Sevgini əyləncənin zirvəsində yaşayın:  8-ci nəsil PlayStation 4 oyun konsolunun kişilər üçün bənzərsiz hədiyyə olduğunu əminliklə deyə bilərik.  Eksklüziv oyunlar və rəngarəng qrafikaya sahib olan PS4 geniş alıcı kütləsinə sahibdir. Modelin HDR vizualizasiyası sayəsində konsol rəngləri aydın və parlaq təsvir edir. 1TB daxili yaddaş oyunlarınızı, şəkil və videolarınızı bir yerdə saxlamağa imkan yaradır. Sevgiliniz ən yeni oyunları görüntü donmadan oynaya biləcək. Bu hədiyyə ilə onun içində heçvaxt böyüməyən uşağı sevindirəcəksiniz.

 

5. Onun hər işində sevgi ilə əlindən tutun: Əgər tərəf müqabiliniz hər işin öhdəsindən ustalıqla gəlməyi bacarırsa, onda ona hər ustanın əlinin altında olması lazım olan 204 hissədən ibarət İskra alət dəstini hədiyyə edin. Məhsula müxtəlif növdə drel başlıqları, maqnit, vintaçan və vintburan daxildir. Bu hədiyyə həm onun könlünü oxşayacaq, həm də evdə nasaz əşya qalmayacaq. ;) Bir sözlə, qiyməti olduqca uyğun olan İskra alət dəstini gözüyumulu şəkildə almağa dəyər.

"Kontakt” mağazalar şəbəkəsində sevgilinizin ürəyindən xəbər verən minlərlə hədiyyə seçimi mövcuddur. Bu gündən etibarən fevralın 17-dək bütün "Kontakt” mağazalarında nağd alışda 50%-dək endirimlərdən, hissəli alışda isə 24 ayadək ilkin ödənişsiz, faizsiz və komissiyasız şərtlərdən yararlana bilərsiniz. Odur ki, ona ən yaxşısını hədiyyə etmək üçün şəbəkənin sizə yaxın olan mağazasına üz tutun.  

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Moskva Tokiodan ABŞ raket sistemlərini çıxarmağı tələb etdi
19:11 18.09.2026
Moskva Tokiodan ABŞ raket sistemlərini çıxarmağı tələb etdi
Fitso xəstəlik səbəbindən Ukraynaya səfərini ləğv edib
18:54 18.09.2026
Fitso xəstəlik səbəbindən Ukraynaya səfərini ləğv edib
Aİ-nin Qırmızı dənizdəki missiyasının xəbərdarlıq səviyyəsi yüksəldilib
18:39 18.09.2026
Aİ-nin Qırmızı dənizdəki missiyasının xəbərdarlıq səviyyəsi yüksəldilib
Ukrayna Avropa İttifaqının 3.3 milyard avroluq maliyyə paketini əldə edib
18:23 18.09.2026
Ukrayna Avropa İttifaqının 3.3 milyard avroluq maliyyə paketini əldə edib
İspaniya millisinin Millətlər Liqası üçün heyəti açıqlanıb
18:12 18.09.2026
İspaniya millisinin Millətlər Liqası üçün heyəti açıqlanıb
Sentyabrın 21-dək bunu etməyənlər cərimələnəcək
17:54 18.09.2026
Sentyabrın 21-dək bunu etməyənlər cərimələnəcək
Makronun həyat yoldaşı ilə bağlı məhkəmədə bəraət qazanan jurnalist vəfat etdi
17:43 18.09.2026
Makronun həyat yoldaşı ilə bağlı məhkəmədə bəraət qazanan jurnalist vəfat etdi
AZAL “Mərkəzi Asiya və MDB-nin ən yaxşı regional aviaşirkəti” adına layiq görüldü
17:39 18.09.2026
AZAL “Mərkəzi Asiya və MDB-nin ən yaxşı regional aviaşirkəti” adına layiq görüldü
“Qarabağ” və “Neftçi” oynayır: Favoritlər kimlərdir?
17:28 18.09.2026
“Qarabağ” və “Neftçi” oynayır: Favoritlər kimlərdir?
Rabitəbank 32-ci filialını Bakıxanovda açdı - FOTOLAR
17:19 18.09.2026
Rabitəbank 32-ci filialını Bakıxanovda açdı - FOTOLAR
Marsol Group və TESİAD üzvləri arasında B2B görüş keçirildi - FOTOLAR
17:12 18.09.2026
Marsol Group və TESİAD üzvləri arasında B2B görüş keçirildi - FOTOLAR
Elm ocağı ikinci evdirsə, səhv edən tələbəyə niyə qapı göstərildi? - Şahanə Ziyad yazır
17:08 18.09.2026
Elm ocağı ikinci evdirsə, səhv edən tələbəyə niyə qapı göstərildi? - Şahanə Ziyad yazır
Bəzi ərazilərdə sel və daşqın gözlənilir - Xəbərdarlıq
16:55 18.09.2026
Bəzi ərazilərdə sel və daşqın gözlənilir - Xəbərdarlıq
ABŞ İran liderlərinə viza verdi – Bu münasibətlərə təsir edəcək?
16:47 18.09.2026
ABŞ İran liderlərinə viza verdi – Bu münasibətlərə təsir edəcək?
Trendyol və Temu bağlamaları gömrükdə gecikir? – RƏSMİ AÇIQLAMA
16:38 18.09.2026
Trendyol və Temu bağlamaları gömrükdə gecikir? – RƏSMİ AÇIQLAMA
30 ildən sonra doğma torpaqlara dönüş: Böyük Qayıdış necə başladı?
16:31 18.09.2026
30 ildən sonra doğma torpaqlara dönüş: Böyük Qayıdış necə başladı?