“Sevincli halda bəzənib, toya gələn xanımların qarşısını kəsəcəklər" - Deputat

SOSİAL
13:54 23.06.2021
6013
"Sevincli halda toy paltarında, bəzənib gələn xanımların, kostyum geyinib gələn kişilərin qarşısını kəsəcəklər”.

Bu sözləri AZXEBER.COM-a açıqlamasında Milli Məclisin deputatı Razi Nurullayev deyib.

O, bildirib ki, toya gələnlərdən pasport istənilməsinə münasibəti birmənalı deyil:

"İlk növbədə deyim ki, toylara icazə verilməsini yüksək qiymətləndirirəm. Bununla bağlı sosial şəbəkələrdə də insanların sevincini gördüm. Qaldı ki, qoyulan şərtlərə, 150 nəfər də az deyil. Düşünürəm ki, insanların ehtiyacını ödəyəcək dərəcədə saydır. Ümid edirəm ki, qaşıya qoyulan tələblər düzgün yerinə yetirilərsə, hər hansı fəsadlar ortaya çıxmasa, bu sayın 300 nəfərə qaldırılmasını da təklif edəcəyik. 

Amma toylara gələnlərdən "COVİD-19” pasportunun istənilməsi və eyni zamanda onlara vaksin olunması ilə bağlı tələblər qoyulması məsələsinə münasibətim birmənalı deyil. 

Çünki toya gələn insan şənlənmək üçün gəlir. Sevincli halda toy paltarında, bəzənib gələn xanımların, kostyum geyinib gələn kişilərin qarşısını kəsəcəklər. 

Onları dayandırmaq nə dərəcədə düzgündür? Düzdür, insanlarımız başa düşməlidir ki, onlardan bu, tələb olunur. Amma bəlkə kimsə hansısa səbəblərdən vaksin vurdura bilməyib, ya hansısa xəstəliyi var, onun qorxusundan vaksin vurdurmayıb. Toyda bu cür söz-söhbətlərin yaranması heç də yaxşı hal deyil. Buna görə də toy üçün bu tələblərin qoyulmasını uyğun saymıram”.

Aydın Nuri

OXŞAR XƏBƏRLƏR