Şeyx Əbdül: "Bayağı müğənnilər efiri zəbt edərək cəmiyyəti korlayır”

Şeyx Əbdül: "Bayağı müğənnilər efiri zəbt edərək cəmiyyəti korlayır”
MEDIA
16:14 08.12.2025
278
"Səsi olmayan hər kəs müğənnilik edir. Bu gün bir çox insanlar sənəti və mədəniyyəti ilə deyil, xarici görünüşü ilə  gündəmə gəlirlər. Burnunu, dodağını və bədənini düzəltməklə mikrofonu qapıb danışa-danışa mənasız ifadələr səsləndirirlər”.

Bu fikirləri AZXEBER.COM-a açıqlamasında xalq artisti, Azərbaycan Prezidentinin fərdi təqaüdçüsü, kinorejissor, ssenarist və aktyor Şeyx Əbdül Mahmudbəyov deyib.

O bildirib ki, bəzi müğənnilər fin musiqiləri toylarda oxuyurlar:

"Millət belə müğənilləri dəstəkləyir, bu süni "uğur” sahiblərini toylara dəvət edir və onlara 10-15 min manat vəsait ödəyirlər. Onlar da hazırladıqları fon musiqilərini gətirib ifa edirlər. Toylardan bayağı fon musiqiləri, sənətlə əlaqəsi olmayan təqdimatlar uzaqlaşdırılmalıdır. Toylarımız ədəb, nəzakət, ailə dəyərləri üzərində qurulmalıdır. Xeyir işlərimiz bakirəliklə, xeyir-dua ilə başlamalıdır, səmimi, mədəni ab-hava yaradılmalıdır. İçki bolluğu, lazımsız təmtəraq, mənasız şou elementləri heç kimə fayda vermir və cəmiyyətə mənfi təsir göstərir. Belə qeyri-etik davranışlara görə boşanmaların sayı 60 faizə çatıb. Azərbaycanda kimin səsi yoxdursa, ailə vəziyyəti ağırdısa, müğənniliklə məşğuldur”. 

Xalq artisti vurğulayıb ki, belə şəxslər isə müəyyən maraqlar ilə televiziyalarda gecə-gündüz təbliğ olunur:

"Baxırsan, televiziya kanalları həmin insanları dəvət edir. Onlar da efirdə oturub ard-arda qeybət edir, boş-boş danışırlar. Hər mövzuya səthi yanaşır, eyni tərzdə bir-birini təkrarlayan fikirlər səsləndirirlər. Halbuki bizim Tofiq Quliyev, Cahangir Cahangirov, Yusif Vəzirov, Emin Sabitoğlu, Arif Melikov, Fikrət Əmirov kimi dəyərli bəstəkarlarımız var. Bizim yüksək səviyyəli musiqiçilərimiz, möhtəşəm muğam məktəbimiz, zəngin mədəni irsimiz durduğu halda, televiziya məkanında bunların təbliği gedir. Azərbaycan televiziyaları kütləvi şəkildə cəmiyyətdəki əxlaq və mənəvi dəyərlərin aşınmasına səbəb olan kontentlərlə çıxış edirlər.
Onlar bunun müqabilində milyonlarla gəlir əldə edir. Bu isə televiziya adına yaraşan mədəni standartlara uyğun deyil. Bu cür verilişlər kütləvi şəkildə insanların psixologiyasına təsir edir, xüsusilə də gələcək nəsillərin əxlaq və həyat tərzində mənfi iz buraxır. Bu, ən azı ciddi mənəvi deqradasiyadır və ictimai məsuliyyətə ziddir”.

Ş.Ə. Mahmudbəyov qeyd edib ki,belə halların qarşısı alınmalıdır:

 "Belə halların qarşısı alınmalı və televiziyalar məsuliyyətə cəlb edilməlidir. Çünki söhbət xalqın dəyərindən, mədəniyyətindən, sənətindən və əxlaqından gedir.
Hara baxır milli-mənəvi dəyərlərə cavabdeh qurumlar, hara baxır mədəniyyətlə məşğul olan dövlət strukturları? Televiziyalar Azərbaycan Respublikası Milli Televiziya və Radio Şurasının nəzarətindədir, ona görə də əsas məsuliyyət həmin qurumun üzərinə düşür”. 

Şahanə Ziyad
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Azərbaycanın bəzi rayonlarında yağış yağacaq, şimşək çaxacaq - PROQNOZ
13:13 11.10.2026
Azərbaycanın bəzi rayonlarında yağış yağacaq, şimşək çaxacaq - PROQNOZ
Saçlara qulluqla bağlı ən çox edilən səhvlər
12:41 11.10.2026
Saçlara qulluqla bağlı ən çox edilən səhvlər
“Şagirdin geyim tərzi valideynin dünyagörüşünü nümayiş etdirməməlidir”
12:25 11.10.2026
“Şagirdin geyim tərzi valideynin dünyagörüşünü nümayiş etdirməməlidir”
Azərbaycan millisi Avstriyaya qalib gəldi
12:23 11.10.2026
Azərbaycan millisi Avstriyaya qalib gəldi
Qazaxda Gürcüstan vətəndaşı olan 73 yaşlı TIR sürücüsünün meyiti tapılıb
12:20 11.10.2026
Qazaxda Gürcüstan vətəndaşı olan 73 yaşlı TIR sürücüsünün meyiti tapılıb
ŞAD XƏBƏR - Bu şəxslərə lotoreya ilə evlər veriləcək
11:50 11.10.2026
ŞAD XƏBƏR - Bu şəxslərə lotoreya ilə evlər veriləcək
"Azərbaycanda vahid məktəbli formasının tətbiqi təhsilalanların bərabərliyini müəyyən edir"
11:27 11.10.2026
"Azərbaycanda vahid məktəbli formasının tətbiqi təhsilalanların bərabərliyini müəyyən edir"
Ukrayna Rusiyanın strateji raket obyektinə zərbə endirib
11:23 11.10.2026
Ukrayna Rusiyanın strateji raket obyektinə zərbə endirib
“Yad düşüncələrdən uzaq durmalı və ideoloji təxribatlara qarşı mübarizə aparmalıyıq"
11:15 11.10.2026
“Yad düşüncələrdən uzaq durmalı və ideoloji təxribatlara qarşı mübarizə aparmalıyıq"
Yəməndə husilər yolları bağladı - xəstəxanaların fəaliyyəti dayana bilər
11:05 11.10.2026
Yəməndə husilər yolları bağladı - xəstəxanaların fəaliyyəti dayana bilər
Sumqayıtda 32 yaşlı kişi dəm qazından boğularaq öldü
10:40 11.10.2026
Sumqayıtda 32 yaşlı kişi dəm qazından boğularaq öldü
Azərbaycanda müğənni əməliyyatdan sonra öldü - Fotolar
10:17 11.10.2026
Azərbaycanda müğənni əməliyyatdan sonra öldü - Fotolar
Şəmkirdə 18 yaşlı oğlan bıçaqlandı - Qardaşı şübhəlidir
10:13 11.10.2026
Şəmkirdə 18 yaşlı oğlan bıçaqlandı - Qardaşı şübhəlidir
Azərbaycanlı gənc Polşada vəfat etdi
10:09 11.10.2026
Azərbaycanlı gənc Polşada vəfat etdi
Dneprdə PUA hücumu nəticəsində yaşayış binası və avtomobillər zədələndi
09:49 11.10.2026
Dneprdə PUA hücumu nəticəsində yaşayış binası və avtomobillər zədələndi
Azərbaycan millisi Bakıda cüdo üzrə dünya çempionatının son günündə Avstriya ilə qarşılaşacaq
09:40 11.10.2026
Azərbaycan millisi Bakıda cüdo üzrə dünya çempionatının son günündə Avstriya ilə qarşılaşacaq