Səyyad Əlizadənin qoşulduğu ECMO aparatı haqda maraqlı faktlar- 6 milyon dollar qiyməti var

Səyyad Əlizadənin qoşulduğu ECMO aparatı haqda maraqlı faktlar- 6 milyon dollar qiyməti var
SOSİAL
14:07 17.09.2021
6630

Xəbər verdiyimiz kimi, hazırda Mərkəzi Gömrük Hospitalında koronavirusla mübarizə aparan tanınmış müğənni Səyyad Əlizadə Ekstrakorporal Membran Oksigenasiya (ECMO) aparatına qoşulub.

AZXEBER.COM dünyanın ən bahalı aparatlarından olan ECMO haqda məlumatı təqdim edir: 

ECMO - ekstrakorporal membran oksigenlənmə cihazı olub, ağciyər və ürək yerinə 2-3 həftə funksiya göstərərək, mövcud olan problemin həlli üçün həkimlərə vaxt qazandıran bir müalicə üsuludur. ECMO aparatı Azərbaycanda ilk dəfə əməkdar artist Bəhram Bağırzadədə istifadə edilib.  

ECMO 1971-ci ildə həkimlər J.Donald Hill və Maury Bramson tərəfindən Kaliforniyada tətbiq olunub. Mexaniki qan dövranı dəstək sistemlərindən biri olan ECMO istifadəsi texnologiyadakı inkişaf və istifadə təcrübəsində təkmilləşmə ilə birlikdə son illərdə ciddi inkişaf yolu keçib.

ECMO aparatı müvəqqəti olaraq ağ ciyərlərin funksiyasını yerinə yetirməklə, qanı oksigenlə təmin edir. Həmin avadanlıqdan ağır sətəlcəm şəraitində nəfəs almağa çətinlik çəkən xəstələri müalicə üçün istifadə olunur.

Texniki olaraq qan venoz qan dövranından orqanizmin xaricinə çəkilir və oksigen artırılıb karbon-dioksid azaldılaraq, təkrar ya venoz qan dövranına, ya da arterial sistemə geri verilir. İşləmə prinsipi olaraq açıq ürək əməliyyatlarında gündəlik istifadə olunan süni ağciyər-ürək aparatının fərqli modifikasiyasıdır.

Venoarterial (VA) ECMO, həm oksigenverici, həm də qan dövranına mexaniki dəstək məqsədilə ürək və ağciyər çatışmazlığının birlikdə olduğu vəziyyətlərdə istifadə edilir. Venovenoz (VV) ECMO isə sadəcə, ağciyər çatışmazlığı olan vəziyyətlərdə oksigen alış-verişinə dəstək məqsədilə istifadə olunur. Qan venoz sistemdən çəkilib təmizləndikdən sonra təkrar venoz sistemə verilir.

Ümumiyyətlə, ECMO-nun istifadəsində fizioloji olaraq məqsəd toxumalarda normal oksigen dövranını tənzimləmək və ağciyərlər istirahət edərkən karbon-dioksidi uzaqlaşdıraraq normal aerobik metabolizmaya şərait yaratmaqdır.

İmmun sistemi patogenlə mübarizə apardığı dövrdə bu aparat həmin orqanlara istirahət üçün şərait yaradır.

Hemofiltirasiya, ciddi ürək çatmazlığı olan (kardiomiopatiya) xəstəyə ECMO qoşularaq xarici ölkəyə transferi, qaraciyər çatışmazlığında MARS (Molekulyar absorban resirkulyasyon sistem) və ya qaraciyər dializi proseduru həyata keçirmək mümkündür.  

Yaponiyada yeni koronavirusa yoluxmuş ən azı 23 nəfər Ekstrakorporal Membran Oksigenasiya aparatı (ECMO) vasitəsilə müalicə olunub. Bu aparatla müalicə almış 23 nəfərdən heç biri vəfat etməyib.

Onu da qeyd edək ki, ECMO aparatının qiyməti 6 milyon dollardır.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Azərbaycanda turistlər ən çox bu bölgələrə üz tuturlar
16:22 23.10.2026
Azərbaycanda turistlər ən çox bu bölgələrə üz tuturlar
Göyçayda silsilə oğurluqlar edən qohumlar saxlanıldı
16:20 23.10.2026
Göyçayda silsilə oğurluqlar edən qohumlar saxlanıldı
Köhnə binalarda mənzil almağın riskləri nələrdir? – Sənədlərdən təmirə qədər
16:18 23.10.2026
Köhnə binalarda mənzil almağın riskləri nələrdir? – Sənədlərdən təmirə qədər
Arif Mərdanov kollektivə təqdim olundu
16:13 23.10.2026
Arif Mərdanov kollektivə təqdim olundu
Hindistan Azərbaycan üçün məhz bu səbəblərdən vacib ölkədir – AÇIQLAMA
16:06 23.10.2026
Hindistan Azərbaycan üçün məhz bu səbəblərdən vacib ölkədir – AÇIQLAMA
Biləcəridə yeni 2 otaqlı st. mənzillər satışda – 50,16 kv.m-dən başlayan təkliflər!
15:49 23.10.2026
Biləcəridə yeni 2 otaqlı st. mənzillər satışda – 50,16 kv.m-dən başlayan təkliflər!
Bakıda, Gəncədə və Sumqayıtda əməliyyat: 7 nəfər saxlanıldı
15:30 23.10.2026
Bakıda, Gəncədə və Sumqayıtda əməliyyat: 7 nəfər saxlanıldı
Azərbaycan-Hindistan münasibətlərində yeni səhifə açılır
15:26 23.10.2026
Azərbaycan-Hindistan münasibətlərində yeni səhifə açılır
Oğlunun məzarını ziyarət edərkən faciəvi şəkildə öldü
15:17 23.10.2026
Oğlunun məzarını ziyarət edərkən faciəvi şəkildə öldü
“Xeyli vaxtdır görüşmürük, bir az darıxmışam...”
15:15 23.10.2026
“Xeyli vaxtdır görüşmürük, bir az darıxmışam...”
“Əsas müttəfiqiniz Mehriban xanımdır” - Xalq rəssamından Prezidentə
15:12 23.10.2026
“Əsas müttəfiqiniz Mehriban xanımdır” - Xalq rəssamından Prezidentə
Kart, yoxsa nağd pul? – Vətəndaşlar hansı ödəniş üsuluna üstünlük verir? – VİDEOSORĞU
15:08 23.10.2026
Kart, yoxsa nağd pul? – Vətəndaşlar hansı ödəniş üsuluna üstünlük verir? – VİDEOSORĞU
Boşanma, aliment, əmlak bölgüsü… – Vəkillər ailə məhkəmələrində ən çox hansı mübahisələrlə üzləşir?
15:04 23.10.2026
Boşanma, aliment, əmlak bölgüsü… – Vəkillər ailə məhkəmələrində ən çox hansı mübahisələrlə üzləşir?
Kənan Kərimzadə Özbəkistanda qlobal sammitdə iştirak edib
15:01 23.10.2026
Kənan Kərimzadə Özbəkistanda qlobal sammitdə iştirak edib
Həmişə çalışmışam ki, öz işimlə onu məyus etməyim - Prezident
14:50 23.10.2026
Həmişə çalışmışam ki, öz işimlə onu məyus etməyim - Prezident
Hövsan Yarış Kompleksi FIFA U-15 Dünya Çempionatına tam hazırdır - FOTO
14:42 23.10.2026
Hövsan Yarış Kompleksi FIFA U-15 Dünya Çempionatına tam hazırdır - FOTO