Şimali Kiprdə Azərbaycan Mədəniyyəti Gecəsi keçiriləcək

Şimali Kiprdə Azərbaycan Mədəniyyəti Gecəsi keçiriləcək
MƏDƏNİYYƏT
18:27 18.04.2012
2391

Gecə də tanınmış muğam ifaçısı Bəsti Sevdiyeva solo-konsertlə çıxış edəcək.

Aprelin 25-i Şimali Kiprdə yerləşən və burada yeganə dövlət universiteti olan Doğu Akdeniz universitetində Azərbaycanın Mədəniyyət gecəsi təşkil olunacaq. Universitetdən AZXEBER.COM-a verilən məlumata görə, enyni adlı universitetin Azərbaycan Cəmiyyətinin təşkilatçılığı ilə keçirilən gecənin məqsədi Azərbaycan mədəniyyətini Şimali Kipr vətəndaşlarının və adıçəkilən universitetdə təhsil alan çoxsaylı xarici tələbələrin nəzərinə daha doğlun şəkildə çatdırmaq və milli-mədəniyyətimizi onlar arasında təbliq etməkdir.

Gecədə respublikamızın əməkdar artisi, muğamlarımızın və xalq mahnılarımızın bənzərsiz mahir ifaçısı Bəsti Sevdiyeva solo-konsertlə çıxış edəcək.

“Bu yaxında Beynəlxalq Muğam Mərkəzində möhtəşəm solo-konsertim baş tutdu. Hər şey gözlədiyim kimi oldu. Bu konsertimdən sonra Şimali Kiprin Doğu Akdeniz Universitetində təhsil alan azərbaycanlı tələbələr tərəfindən adıçəkilən universitetdə təşkil olunan Azərbaycanın Mədəniyyət gecəsində solo-konsertlə çıxış etməyə dəvət aldım. Xüsusi ilə, gecədə xarici qonaqların olacağını eşitmək məni çox sevindirdi. Tələbələrimizin gözünü yolda qoymamaq, onlarla birgə ölkəmizin mədəniyyətini dünya ictimaiyyətinin nəzərinə daha dolğun şəkildə çatdırmaq, həmvətənlərimin yanında olmaq və onlara dəstək olmaq məqsədi ilə bu təklifdən yan keçə bilməzdim. Bilirəm ki, onlar üçün xaricdə Vətəndən, validyenlərdən uzaq da yaşamaq və təhsil almaq çox çətindir. Amma buna baxmayaraq onlar ictimai işlərlə də məşğul olur, vətənlərini layiqincə təmsil etmək üçün əllərindən gələni edirlər. Bu da azərbaycanlı gənclərimizin gücüdür. Fürsətdən istifadə edib, gecənin təşkilatçısı olan Doğu Akdeniz Universiteti Azərbaycan Cəmiyyətinə, onun rəhbərliyinə və mənim ora gəlməmin əsas səbəbkarı olan həmin cəmiyyətin üzvü Cəfər Mənsimiyə öz təşəkkürümü bildirirəm. Düşünürəm ki, belə vətənpərvər gənclərimiz bütün dünya gənclərinə örnəkdir. Əminəm ki, gənclərimizlə birgə Şimali Kipr tarixində unudulmaz bir iz buraxacaq, gecədə iştirak edən hər bir xarici qonağa, biz azərbaycanlıların nəyə qadir olduqlarını göstərəcəyik. Yaşasın xalqım!” deyə sənətkar bildirib.

Gecə də Azərbaycanın mədəniyyəti ilə bağlı tanıtım filmi nümayiş olunacaq, azərbaycanlı tələbələrin ifasında milli-rəqslərimiz göstəriləcək və Azərbaycanla bağlı şeirlər səsləndiriləcək.

Doğu Akdeniz Universitetinin rektoru, professor Abdullah Öztopraq və həmin universitetin Azərbaycan Cəmiyyətinin prezidenti Elçin Süleymanov çıxış edəcək.

Qeyd edək ki, gecəyə Şimali Kiprin dövlət başçısı, millət vəkilləri, nazirlər və buranın QHT-i və KİV-i dəvət olunub.

Sonda məlumat üçün bildirək ki, Şimali Kiprdə Azərbaycan Mədəniyyəti gecəsinin reallaşmasında Doğu Akdeniz Universiteti Azərbaycan Cəmiyyətinin prezidenti Elçin Süleymanovun və həmin cəmiyyətin üzvlərinin, xüsusi ilə Orxan Ərnağızadə, Tofiq Hüseynov və Cəfər Mənsiminin böyük rolu var.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
""Sabah" layiqli qələbə qazandı" - Qurban Qurbanov
00:16 19.04.2026
""Sabah" layiqli qələbə qazandı" - Qurban Qurbanov
Corca Meloninin Azərbaycana səfər edəcəyi gözlənilir
23:50 18.04.2026
Corca Meloninin Azərbaycana səfər edəcəyi gözlənilir
Tramp Hörmüz boğazındakı vəziyyətlə bağlı müşavirə keçirib
23:32 18.04.2026
Tramp Hörmüz boğazındakı vəziyyətlə bağlı müşavirə keçirib
"Qalatasaray" səfərdə "Gənclərbirliyi"ni məğlub edib
23:23 18.04.2026
"Qalatasaray" səfərdə "Gənclərbirliyi"ni məğlub edib
Hava şəraiti dəyişəcək - XƏBƏRDARLIQ
23:15 18.04.2026
Hava şəraiti dəyişəcək - XƏBƏRDARLIQ
“Sevindirici tərəfi odur ki, nə var, onu deyib” - Elvindən danışdı
22:56 18.04.2026
“Sevindirici tərəfi odur ki, nə var, onu deyib” - Elvindən danışdı
Banka borcunu ödəməyənlərlə bağlı tələblər sərtləşdirilir - VİDEO
22:45 18.04.2026
Banka borcunu ödəməyənlərlə bağlı tələblər sərtləşdirilir - VİDEO
SEPAH Hörmüz boğazının bağlandığını elan edib
22:24 18.04.2026
SEPAH Hörmüz boğazının bağlandığını elan edib
"Haber Global" Mehriban Əliyevanın Antalyada Fələstinlə bağlı paneldə iştirak etməsi barədə reportaj hazırlayıb
22:10 18.04.2026
"Haber Global" Mehriban Əliyevanın Antalyada Fələstinlə bağlı paneldə iştirak etməsi barədə reportaj hazırlayıb
Kiyevdə atışmanı törədən şəxsin kimliyi açıqlanıb
21:57 18.04.2026
Kiyevdə atışmanı törədən şəxsin kimliyi açıqlanıb
Ceyhun Bayramov və Bəxtiyor Saidov Yaxın Şərqdəki vəziyyəti müzakirə ediblər
21:38 18.04.2026
Ceyhun Bayramov və Bəxtiyor Saidov Yaxın Şərqdəki vəziyyəti müzakirə ediblər
Azərbaycan və Qırğızıstan XİN başçıları TDT çərçivəsində əməkdaşlığı müzakirə ediblər
21:37 18.04.2026
Azərbaycan və Qırğızıstan XİN başçıları TDT çərçivəsində əməkdaşlığı müzakirə ediblər
Antalyada Azərbaycan–Türkmənistan tərəfdaşlığı müzakirə edilib
21:36 18.04.2026
Antalyada Azərbaycan–Türkmənistan tərəfdaşlığı müzakirə edilib
“Sabah” səfərdə “Qarabağ”ı məğlub etdi
21:34 18.04.2026
“Sabah” səfərdə “Qarabağ”ı məğlub etdi
İlahə Abdullayevaya yeni vəzifə verildi
21:17 18.04.2026
İlahə Abdullayevaya yeni vəzifə verildi
Ölkədə ilk dəfə 5 fənn üzrə 832 şagirdin iştirakı ilə Respublika fənn olimpiadasının final mərhələsi ADNSU-da keçirilir
21:08 18.04.2026
Ölkədə ilk dəfə 5 fənn üzrə 832 şagirdin iştirakı ilə Respublika fənn olimpiadasının final mərhələsi ADNSU-da keçirilir