Azərbaycan Mətbuat Şurasında Şimali Kipr Elm Universitetinin təsisçisi, Şimali Kipr Universitetləri Birliyinin sədri Selman Arslanbaş və Azərbaycan-Şimali Kipr Dostluq Cəmiyyətinin sədri Orxan Həsənoğlu ilə görüş keçirilib.
AZXEBER.COM xəbər verir ki, Mətbuat Şurasının sədri Rəşad Məcid, Şuranın İdarə Heyətinin üzvləri Aqil Ələsgər və Hacıbəy Heydərli, həmçinin qurumun Katibliyinin əməkdaşlarının iştirak etdikləri görüşdə Şimali Kipr və Azərbaycan arasındakı vətəndaş cəmiyyəti əlaqələrini mövcud durumu, qarşılıqlı media əlaqələrinin perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb.
Görüşdən fotoları təqdim edirik:














































