«Simsar» Teatr Studiyası aprelin 23-də Dövlət Mahnı Teatrının səhnəsində “Niyə?” adlı yeni tamaşanın premyerasını keçirəcək.
Studiyadan verilən məlumata görə, tamaşanın nümayişi aprelin 24 və 25-də davam edəcək. «Niyə?»-nin ssenari müəllifi və rejissoru əməkdar artist Pərviz Məmmədrzayevdir. Rolları aktyorlar Azər Rzayev, Murad Əliyev, Nicat Əlizadə, Elgün Həmidov, Sabir Məmmədov, Səbinə Namazova, Vaqif Əzizov və Pərviz Məmmədrzayev ifa edirlər.