Siyavuş Novruzov: "Ayrı-ayrı qurumların verdiyi bəyanat ABŞ dövlətinin adından deyil"

Siyavuş Novruzov: "Ayrı-ayrı qurumların verdiyi bəyanat ABŞ dövlətinin adından deyil"
SİYASƏT
19:20 30.04.2015
1356
Yeni Azərbaycan Partiyası icra katibinin müavini, millət vəkili Siyavuş Novruzov bu gün ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta ilə YAP-da keçirilən görüşə münasibət bildirib.
Trend-in məlumatına görə, S.Novruzov mətbuata açıqlamasında qeyd edib ki, görüş zamanı antiazərbaycan kampaniyasının ABŞ dövlət katibi Con Kerrinin ofisindən idarə olunması ilə bağlı mətbuatda yayılan xəbər müzakirə edilməyib.
S.Novruzov vurğulayıb ki, ABŞ-ın özündə, bəzən Konqresdə, Senatda və yaxud qeyri-hökumət təşkilatı, keçmiş səfir tərəfindən bəyanat verilir: “Amma biz bunu ABŞ dövlətinin bəyanatı hesab etmirik. Baxmayaraq ki, Azərbaycanda çoxları çalışır ki, bunu ABŞ-Azərbaycan münasibətlərinin korlanması kimi qələmə versin. Təbii ki, belə qüvvələr var. Hesab edirik ki, hər hansı qeyri-hökumət təşkilatı və yaxud da erməni lobbisi tərəfindən maliyyələşən ayrı-ayrı qurumların verdiyi bəyanat ABŞ dövlətinin adından deyil. O cümlədən, Azərbaycan mətbuatında da ayrı-ayrı deputatlar, siyasətçilər, yaxud mətbuat qrupu, özəl şirkətlər, təşkilatlar bəyanat verirsə, bu da Azərbaycan dövlətinin adından deyil. Azərbaycan dövləti hər zaman ABŞ-la strateji tərəfdaş olub, bundan sonra da bu tərəfdaşlığını davam etdirəcək”.
S.Novruzov qeyd edib ki, hazırda Azərbaycanın ABŞ-la münasibətləri tam normaldır. Onun sözlərinə görə, bunun yaxşı olmasını istəməyən dövlətlər var: “O cümlədən, başqa dövlətlərlə də Azərbaycanın münasibətinin yaxşı olmasını istəməyən qüvvələr var. Bəzən bu qüvvələr münasibətlərin pisləşməsində rol oynayır. Azərbaycanda hansısa dövlətlərə işləyən siyasi partiyalar tərəfindən, qeyri-hökumət təşkilatları tərəfindən müxtəlif fikirlər səsləndirilir. Buna baxmayaraq, Azərbaycan ABŞ-la hələ antiterror əməliyyatları başlayandan birlikdədir. Azərbaycan öz hava məkanını Əfqanıstanda keçirilən əməliyyatlarla əlaqədar ABŞ-ın üzünə açdı. Baxmayaraq ki, bizi əhatə edən qonşu dövlətlər bundan narahat olmağa başladılar”.
O, əlavə edib ki, Azərbaycan Silahlı Qüvvələrinin nümayəndələri ABŞ-la birlikdə həm Kosovada, həm Əfqanıstanda, həm də İraqda sülhyaratma prosesində iştirak ediblər: “Bu gün də artıq Silahlı Qüvvələrimizin nümayəndələri Əfqanıstanda bu prosesi çox yüksək şəkildə yerinə yetirirlər”.
YAP rəsmisi hesab edir ki, əməkdaşlığın bu cür davam etdirilməsinə əngəl törədən qruplar var: “Bu qruplar da qeyd etdiyim kimi, erməniləri tərəfindən maliyyələşən qruplardır. Azərbaycan hazırda müstəqil siyasət aparan bir ölkədir. Azərbaycan kimisə özünə böyük qardaş seçmir, hansısa beynəlxalq təşkilatarın verdiyi qərarlarla hərəkət etmir. Ölkəmiz azad, müstəqil, balanslaşdırılmış siyasət yeridir. Böyüklüyü və kiçikliyindən asılı olmayaraq, hər bir ölkə ilə bərabər tərəfdaş kimi çıxış edir”.
S.Novruzov əlavə edib ki, heç kəs ABŞ-Azərbaycan münasibətlərinin gərginləşdiyini fikirləşməsin: “Ölkələr arasında münasibətlər normaldır. İnanırıq ki, bu cür əməkdaşlıq gələcəkdə də yüksələn xətlə inkişaf etdiriləcək”.
Qeyd edək ki, bu gün Yeni Azərbaycan Partiyasının sədr müavini - icra katibi, Azərbaycan Baş nazirinin müavini Əli Əhmədov ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekutanı partiyanın mənzil-qərargahında qəbul edib.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Şairə Cığatel Nəriman Həsənzadənin dəfnində göz yaşlarını saxlaya bilmədi - VİDEO
12:30 02.08.2026
Şairə Cığatel Nəriman Həsənzadənin dəfnində göz yaşlarını saxlaya bilmədi - VİDEO
"Nəriman Həsənzadənin vəfatı bir dövrün başa çatması deməkdir" - Orxan Fikrətoğlu
12:24 02.08.2026
"Nəriman Həsənzadənin vəfatı bir dövrün başa çatması deməkdir" - Orxan Fikrətoğlu
"Nəriman Həsənzadənin şeirləri gələcək nəsillər üçün örnək olacaq" - Rəşad Məcid
12:16 02.08.2026
"Nəriman Həsənzadənin şeirləri gələcək nəsillər üçün örnək olacaq" - Rəşad Məcid
“Azərbaycan böyük şairini itirdi” – Vahid Əziz Nəriman Həsənzadədən danışdı - VIDEO
12:07 02.08.2026
“Azərbaycan böyük şairini itirdi” – Vahid Əziz Nəriman Həsənzadədən danışdı - VIDEO
“Səmimiyyətin meyarı Nəriman Həsənzadə idi” – Səməd Seyidov - VIDEO
12:04 02.08.2026
“Səmimiyyətin meyarı Nəriman Həsənzadə idi” – Səməd Seyidov - VIDEO
Murad Dadaşov Nəriman Həsənzadədən danışdı: “Bu gün böyük bir ağsaqqalı itirdik” - VIDEO
12:00 02.08.2026
Murad Dadaşov Nəriman Həsənzadədən danışdı: “Bu gün böyük bir ağsaqqalı itirdik” - VIDEO
“Atam bizə görə başqa qadını evimizə gətirmədi” – Nəriman Həsənzadənin oğlu - VIDEO
11:55 02.08.2026
“Atam bizə görə başqa qadını evimizə gətirmədi” – Nəriman Həsənzadənin oğlu - VIDEO
Nəriman Həsənzadə ilə vida mərasimində onlar iştirak etdilər - FOTOLAR
11:49 02.08.2026
Nəriman Həsənzadə ilə vida mərasimində onlar iştirak etdilər - FOTOLAR
Bürclər "zəif tərəflərini" necə gücə çevirə bilər?
11:42 02.08.2026
Bürclər "zəif tərəflərini" necə gücə çevirə bilər?
Paşinyan istefa verdi
11:23 02.08.2026
Paşinyan istefa verdi
Prezident və xanımı vida mərasiminə əklil göndərdi - FOTO
11:03 02.08.2026
Prezident və xanımı vida mərasiminə əklil göndərdi - FOTO
Xalq şairi Nəriman Həsənzadə ilə vida mərasimi keçirilir - FOTOLAR
11:01 02.08.2026
Xalq şairi Nəriman Həsənzadə ilə vida mərasimi keçirilir - FOTOLAR
Azərbaycanda kartdan-karta köçürmələrə limit tətbiq olunur
10:48 02.08.2026
Azərbaycanda kartdan-karta köçürmələrə limit tətbiq olunur
14 yaşlı Sahibdən 4 gündür xəbər yoxdur
10:34 02.08.2026
14 yaşlı Sahibdən 4 gündür xəbər yoxdur
İranda zəlzələ oldu
10:31 02.08.2026
İranda zəlzələ oldu
Goranboyda kişi qətlə yetirildi - 57 yaşlı atası saxlanıldı
10:27 02.08.2026
Goranboyda kişi qətlə yetirildi - 57 yaşlı atası saxlanıldı