Siyavuş Novruzov: “Valyuta mübadiləsi fəaliyyəti üçün qaydalarımız sərtdir”

Siyavuş Novruzov: “Valyuta mübadiləsi fəaliyyəti üçün qaydalarımız sərtdir”
İQTİSADİYYAT
19:47 29.11.2022
499
Azərbaycanda valyuta mübadiləsi fəaliyyəti göstərmək üçün müəyyən edilmiş qaydalar kifayət qədər sərtdir.

Bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Siyavuş Novruzov bildirib.

"Vaxtilə valyutadəyişmə məntəqələrinin hamısını ləğv etdik və bu məsələni bankların ixtiyarına verdik. Təxminən 3 min məntəqə ləğv olundu ki, hərəsində azı 2 nəfər çalışırdı və beləcə 6 min insanı bu sahədən kənarlaşdırdıq. Valyutadəyişmə məsələsində kifayət qədər sərt qaydalar qoymuşuq. Məsələn, kimsə məntəqə açmaq istəyirsə girov kimi 50 min manat vəsait qoymalıdır və s. Bu məsələyə vətəndaşların rahatlığı üçün və digər vətəndaşların iş yeri olması konteksində baxsaq, burda nə problem var? Niyə valyutadəyişmə məntəqəsi ancaq bankın daxilində, xüsusi yerlərdə olmalıdır? Elə günlər olur ki, orada ümumiyyətlə valyuta dəyişmək olmur. Əgər biz turizmi inkişaf etdiririksə, hansısa xarici vətəndaş Azərbaycana valyuta gətirirsə, bunlar üçün münbit şərait yaratmalıyıq ki, gəlsin, dünyanın hər yerində olduğu kimi pasportunu versin və pulunu dəyişib getsin”, - deyə o qeyd edib.

Bundan başqa, deputat deyib ki, Azərbaycanda bəzi bank kartlarından, o cümlədən əmək haqqı kartlarından pul çıxarılmasına gündəlik limit qoyulub. "Pul çıxarmaq üçün gərək 3 gün ardıcıl gedəsən. Başa düşürəm ki, böyük marketlərdə, "Mall"larda kartla ödəniş sistemi işləyir. Amma nağd pul çıxarmaq istəyirsənsə, lap Milli Məclisin deputatı belə olsan, müəyyən həddin var, əmək haqqının hamısını çıxara bilməzsən. Gərək bir neçə gün bankomata yaxınlaşasan. Hesab edirəm ki, bu məsələdə də müəyyən dəyişikliklər etməliyik".
 
///Apa
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
AMEA-nın əməkdaşları Gəncəsər monastırı ilə əlaqədar Ermənistanda yaradılan qalmaqala dair bəyanat yayıblar
20:15 18.09.2026
AMEA-nın əməkdaşları Gəncəsər monastırı ilə əlaqədar Ermənistanda yaradılan qalmaqala dair bəyanat yayıblar
“Neftçi” 1000-ci oyununda qələbə qazandı
20:12 18.09.2026
“Neftçi” 1000-ci oyununda qələbə qazandı
Azərbaycan QHT-ləri diplomatik korpusun azad edilmiş ərazilərə səfəri ilə bağlı Ermənistanda başlanmış kampaniyanı pisləyib
19:37 18.09.2026
Azərbaycan QHT-ləri diplomatik korpusun azad edilmiş ərazilərə səfəri ilə bağlı Ermənistanda başlanmış kampaniyanı pisləyib
Alban-Udi xristian dini icması diplomatik korpusun azad olunmuş ərazilərə səfərinə Ermənistanın revanşist münasibətini qınayıb
19:34 18.09.2026
Alban-Udi xristian dini icması diplomatik korpusun azad olunmuş ərazilərə səfərinə Ermənistanın revanşist münasibətini qınayıb
Rəsmi Bakıdan Fransaya çağırış
19:30 18.09.2026
Rəsmi Bakıdan Fransaya çağırış
Moskva Tokiodan ABŞ raket sistemlərini çıxarmağı tələb etdi
19:11 18.09.2026
Moskva Tokiodan ABŞ raket sistemlərini çıxarmağı tələb etdi
Fitso xəstəlik səbəbindən Ukraynaya səfərini ləğv edib
18:54 18.09.2026
Fitso xəstəlik səbəbindən Ukraynaya səfərini ləğv edib
Aİ-nin Qırmızı dənizdəki missiyasının xəbərdarlıq səviyyəsi yüksəldilib
18:39 18.09.2026
Aİ-nin Qırmızı dənizdəki missiyasının xəbərdarlıq səviyyəsi yüksəldilib
Ukrayna Avropa İttifaqının 3.3 milyard avroluq maliyyə paketini əldə edib
18:23 18.09.2026
Ukrayna Avropa İttifaqının 3.3 milyard avroluq maliyyə paketini əldə edib
İspaniya millisinin Millətlər Liqası üçün heyəti açıqlanıb
18:12 18.09.2026
İspaniya millisinin Millətlər Liqası üçün heyəti açıqlanıb
Sentyabrın 21-dək bunu etməyənlər cərimələnəcək
17:54 18.09.2026
Sentyabrın 21-dək bunu etməyənlər cərimələnəcək
Makronun həyat yoldaşı ilə bağlı məhkəmədə bəraət qazanan jurnalist vəfat etdi
17:43 18.09.2026
Makronun həyat yoldaşı ilə bağlı məhkəmədə bəraət qazanan jurnalist vəfat etdi
AZAL “Mərkəzi Asiya və MDB-nin ən yaxşı regional aviaşirkəti” adına layiq görüldü
17:39 18.09.2026
AZAL “Mərkəzi Asiya və MDB-nin ən yaxşı regional aviaşirkəti” adına layiq görüldü
“Qarabağ” və “Neftçi” oynayır: Favoritlər kimlərdir?
17:28 18.09.2026
“Qarabağ” və “Neftçi” oynayır: Favoritlər kimlərdir?
Rabitəbank 32-ci filialını Bakıxanovda açdı - FOTOLAR
17:19 18.09.2026
Rabitəbank 32-ci filialını Bakıxanovda açdı - FOTOLAR
Marsol Group və TESİAD üzvləri arasında B2B görüş keçirildi - FOTOLAR
17:12 18.09.2026
Marsol Group və TESİAD üzvləri arasında B2B görüş keçirildi - FOTOLAR