Xəbər verdiyimiz kimi, dünən "Sobsan” boya fabriki yanıb.
AZXEBER.COM xəbər verir ki, yanğını söndürməyə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidməti, Xüsusi Riskli Xilasetmə Xidməti və Mülki müdafiə qoşunlarının qüvvələri cəlb olunub.
Yanğın nəticəsində FHN-in 5 əməkdaşı xəsarət alıb, 4 nəfərə yerində yardım göstərilib, 1 nəfər isə Toksikologiya mərkəzinə yerləşdirilib.
Sosial şəbəkədə isə yanğını söndürən əməkdaşlardan birinin fotosu yayılıb.
Böyük maraqla qarşılanan həmin fotonu təqdim edirik: