SpaceX-in prezidenti insanların Marsa gedəcəyi tarixi açıqlayıb.
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, SpaceX-in prezidenti Qwyenne Shotwell 2020-ci illərin sonunda insanların Marsa gedəcəyini bildirib.
O, bu prosesin 2020-ci illərin sonunadək baş tutacağına inandığını qeyd edib. Shotwell həmçinin əlavə edib ki, bundan daha öncə, təxminən 2025-də isə insanlar yenidən Aya gedəcəklər.
Təxminən 2025-ci ildə Aya insan göndərməyi planlaşdıran NASA, Artemida missiyası ilə Ayı bir pilləkən kimi istifadə edib, oradan Marsa çatmaq istəyir.
Amma NASA-da çalışan mütəxəssislər hesab edirlər ki, Marsa çatmaq 2040-cı illərdə baş verə bilər.
Aydın