ÜST: Dünyada koronavirus qurbanlarının sayı 8 min nəfəri ötdü

SAĞLAMLIQ
21:56 18.03.2020
3211
Dünyada koronavirusa yoluxanların sayı 200 min nəfəri ötüb, xəstəlikdən 8 mindən çox insan ölüb.

AZXEBER.COM "Report”a istinadən xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Qebreyesus Cenevrədə mətbuat konfransında bildirib.

"Ümumdünya Səhiyyə Təşkilatına 200 mindən çox hal (yoluxma) və 8000-dən çox ölüm haqqında bildirdilər. 80%-dən çox hal iki – Avropa və Asiya-Sakit okean regionunun payına düşür", - o deyib.

ÜST-ün baş direktoru vurğulayıb ki, yeni xəstəliyin yayılmasının qarşısını alınması üçün dövlətlər COVİD-19 yoluxmuş hər şübhəlini təcrid etməli, yoxlamalı, müalicə etməli, həmçinin xəstələrin hər bir əlaqəsini izləməlidir.

OXŞAR XƏBƏRLƏR