ÜST: Dünyada koronavirusa yoluxanların və ölənlərin sayı artıb

SAĞLAMLIQ
10:09 14.04.2021
636
Dünyada koronavirusa yoluxanların sayı son sutka ərzində 567 mindən çox artıb.

AZXEBER.COM xəbər verir ki, bu barədə ÜST tərəfindən açıqlanan hesabatda qeyd olunub.

Məlumata əsasən, ötən sutka ərzində 567 849 nəfər yeni koronavirusa yoluxub, 9 521 nəfər isə dünyasını dəyişib. Yoluxanların ümumi sayı 136 291 128, ölənlərin isə 2 941 128 nəfərə çatıb.

Statistikanı əsas gətirən ÜST rəhbəri Tedros Adhanom Qebreyesus dünyada koronavirusdan ölümlərin artdığını açıqlayıb.

"Artıq ardıcıl yeddi həftədir ki, yoluxmada, son dörd həftədə isə ölümlərdə artım müşahidə etmişik”, - deyə Qebreyesus bildirib.

ÜST rəhbəri insanları sosial məsafəni qorumağa, qoruyucu maskalar taxmağa, özünü təcrid etməyə və digər tədbirlərə riayət etməyə çağırıb.

Eyni zamanda ÜST-ün həftəlik epidemioloji bülletenində bildirilir ki, Böyük Britaniyada aşkar edilən və daha yüksək yoluxdurma imkanına malik koronavirusun VOC 202012/01 ştammı ümumilikdə 132 ölkədə aşkarlanıb.

OXŞAR XƏBƏRLƏR