Xalq artisti qəzaya düşdü - Vəziyyəti ağırdır - YENİLƏNİB

Xalq artisti qəzaya düşdü - Vəziyyəti ağırdır - YENİLƏNİB
SOSİAL
14:25 22.08.2026
414
Xalq artisti Şükufə Yusupovanın qəzaya düşməsinin təfərrüatı məlum olub.

Bu barədə APA-ya onun bacısı oğlu məlumat verib.

Bildirilib ki, dünən "İçərişəhər" metrostansiyasının yaxınlığında piyada keçidindən keçərkən Şükufə Yusupovanı maşın vurub.

Hadisə nəticəsində onun qabırğaları, çanaq sümüyü sınıb, öd kisəsi zədələnib.

Hazırda Kliniki Tibbi Mərkəzin reanimasiya şöbəsindədir.
 
***
 
Azərbaycan Kinematoqrafçılar İttifaqının İdarə Heyətinin üzvü, Xalq artisti Şükufə Yusupova ağır yol nəqliyyat hadisəsi keçirib.
 
AZXEBER.COM xəbər verir ki, bu barədə Azərbaycan Kinematoqrafçılar İttifaqı məlumat yayıb.

72 yaşlı aktrisanın vəziyyəti ağırdır. O, Musa Nağıyev adına xəstəxanaya yerləşdirilib.

Məlumatda onun əməliyyata ehtiyacı olduğu bildirilib. Həmçinin aidiyyəti qurumlara aktrisaya dəstək olmaqla bağlı çağırış edilib.
OXŞAR XƏBƏRLƏR