Sumqayıtda evi yanan 22 ailə çadırda yaşayır - “Bu istidə dözə bilmirik”

Sumqayıtda evi yanan 22 ailə çadırda yaşayır - “Bu istidə dözə bilmirik”
SOSİAL
13:18 11.08.2017
1518
 
Xəbər verdiyimiz kimi, avqustun 4-də Sumqayıt Dövlət Universitetinin İsmət Qayıbov küçəsində yerləşən tələbə yataqxanasının üçüncü mərtəbəsində yanğın baş verib. Yanğın nəticəsində evsiz qalan məcburi köçkünlər üçün Fövqəladə Hallar Nazirliyi (FHN) tərəfindən çadırlar quraşdırılıb.

Azxeber.com-un məlumatına görə, AzVision.az-ın əməkdaşları hadisə yerinə baş çəkərək çadırlara yerləşdirilən sakinlərlə görüşüb. 

Yanğın Cəbrayıl rayonundan köçkün düşən Məmmədova Qızqayıtı evsiz qoyub. O, isti havada çadırda qalmağın dözülməz olduğunu deyib.

"Həmin gün yadıma düşəndə yanğının xofu məni bürüyür. Bina qəfildən tüstülədi. Həmin vaxt evdə idim. Hər tərəfi tüstü bürüdü. Pilləkənlərlə aşağı düşmək olmurdu. Mən dördüncü mərtəbədə yaşayıram. Yanğın isə 3-cü mərtəbədən başladı. Yanğın O qədər güclü idi ki, birbaşa yuxarı vururdu. Evimin aynabəndinə ziyan dəyib. Hər an çökə bilər”.
 
 
Sakinlərlə söhbət zamanı öyrəndik ki, yataqxanada 116 ailə yaşayıb. Onlardan 22-nin evinə ziyan dəydiyindən çadırlarda qalmağa məcbur olublar. 

"Sumqayıtın icra başçısı Zakir Fərəcov yanğından sonra yataqxananın qarşısında quraşdırılan qərargaha gəldi. Dedi ki, narahat olmayın, müvəqqəti çətinlikdir, dekabrın 15-də şəxsən mən özüm gətirib sizin evinizin açarını verəcəyəm. Sumqayıtda 12-ci mikrarayonda ev tikilir. 

İcra başçısı yataqxanın 3-cü mərtəbəsində evi yanan sakinlərə söz verdi ki, 10 gün ərzində evləri təmir olunacaq”.
 
 
Sakinlərin narahat qaldıqları məqamlardan biri də yanan əşyalara görə onlara kompensasiya verilməməsidir. 

"İsti havada çadırda yaşamaq dözülməzdir. Çadırlarda ancaq işıq var. Bu istidə tualet, hamam yoxdur. Kimin yaxınlıqda qohumu, tanışı varsa, çimməyə onlara gedir. Paltarlarımızın hamısı yanıb. Canımızı götürüb binadan çıxmışıq. Tutaq ki, evlərimiz ala-babat təmir olundu, bəs bu evlərdə nə ilə yaşayacağıq. Yerə sərib oturmağa palazımız da yoxdur. Bizə bunların kompensasiyası verilməlidir. 

Fövqəladə Hallar Nazirliyinə binanın qəzalı olması, hər an yana və ya uça biləcəyi ilə bağlı məlumat vermişdik. Özləri də təsdiq ediblər ki, bina qəzalı vəziyyətdədir. Hər yerə müraciət etmişik. İcra başçısı söz verib. Başqa heç kim bizimlə maraqlanmır. Çadrlarda yayın bu istisində qalmaq sadəcə bir dəhşətdir”,-deyə məcburi köçkün qeyd edib.
 
 
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Hikmət Hacıyev Makronun müşaviri ilə Azərbaycan-Fransa münasibətlərini müzakirə etdi
16:49 25.06.2026
Hikmət Hacıyev Makronun müşaviri ilə Azərbaycan-Fransa münasibətlərini müzakirə etdi
Nazirliyin şəhid hərbçiləri və mülki işçiləri ilə bağlı - Sərəncam
16:47 25.06.2026
Nazirliyin şəhid hərbçiləri və mülki işçiləri ilə bağlı - Sərəncam
Müdafiə Nazirliyinin hərbçiləri təltif edildi - Siyahı
16:30 25.06.2026
Müdafiə Nazirliyinin hərbçiləri təltif edildi - Siyahı
Beş hərbçiyə "general-mayor” ali hərbi rütbəsi verildi - Adlar
16:30 25.06.2026
Beş hərbçiyə "general-mayor” ali hərbi rütbəsi verildi - Adlar
Bir sıra publik hüquqi şəxslərin əsasında büdcə təşkilatları yaradılıb - FƏRMAN
16:08 25.06.2026
Bir sıra publik hüquqi şəxslərin əsasında büdcə təşkilatları yaradılıb - FƏRMAN
DİM apellyasiya müraciətlərini ödənişli edə bilər - “Bu, insanları müraciətdən çəkindirəcək” - RƏY
16:01 25.06.2026
DİM apellyasiya müraciətlərini ödənişli edə bilər - “Bu, insanları müraciətdən çəkindirəcək” - RƏY
Məzun gecəsi üçün verdikləri 50 minə yaxın pul ələ keçirildi - Rəsmi açıqlama
16:00 25.06.2026
Məzun gecəsi üçün verdikləri 50 minə yaxın pul ələ keçirildi - Rəsmi açıqlama
Prezidentin geri çağırdığı məşhur səfir kimdir? - DOSYESİ
15:53 25.06.2026
Prezidentin geri çağırdığı məşhur səfir kimdir? - DOSYESİ
“Nar”ın dəstəyi ilə inklüziv kulinariya master-klası keçirildi - FOTOLAR
15:52 25.06.2026
“Nar”ın dəstəyi ilə inklüziv kulinariya master-klası keçirildi - FOTOLAR
Azərbaycan universitetləri beynəlxalq reytinqlərdə uğurlarını davam etdirirlər
15:47 25.06.2026
Azərbaycan universitetləri beynəlxalq reytinqlərdə uğurlarını davam etdirirlər
FHN Aqşin Fatehin restoranını bağladı
15:43 25.06.2026
FHN Aqşin Fatehin restoranını bağladı
Prezident bu ölkədəki səfiri geri çağırdı
15:19 25.06.2026
Prezident bu ölkədəki səfiri geri çağırdı
Rövşən Rzayev 66 yaşlı Aparat rəhbəri ilə bağlı qərar verdi - FOTO
15:16 25.06.2026
Rövşən Rzayev 66 yaşlı Aparat rəhbəri ilə bağlı qərar verdi - FOTO
Azercell Silahlı Qüvvələr Günü münasibətilə “Əsgərcell” təklifini istifadəyə verir
15:10 25.06.2026
Azercell Silahlı Qüvvələr Günü münasibətilə “Əsgərcell” təklifini istifadəyə verir
Avropada istidən ölənlərin sayı artdı
14:49 25.06.2026
Avropada istidən ölənlərin sayı artdı
Kahramanmaraşda faciəvi yanğın: 3 nəfər həyatını itirdi
14:42 25.06.2026
Kahramanmaraşda faciəvi yanğın: 3 nəfər həyatını itirdi