Sumqayıtda yeni ana olan qadın qəflətən öldü

SOSİAL
11:17 05.06.2020
1868
Sumqayıtda 44 yaşlı qadın qəflətən ölüb.

AZXEBER.COM APA-ya istinadla bildirir ki, 1976-cı il təvəllüdlü Əliyeva Lalə Mirsahid qızının yaşadığı evdə qəflətən vəziyyəti pisləşib. Həkimlərin səylərinə baxmayaraq, onu xilas etmək mümkün olmayıb.

L. Əliyeva 25 gün bundan öncə ana olubmuş. 44 yaşlı qadının ölüm səbəbləri aparılan ekspertizanın nəticəsindən sonra məlum olacaq.

Faktla bağlı araşdırma aparılır.

OXŞAR XƏBƏRLƏR