Şura və BMT-nin birgə təşkilatçılığı ilə təqdimat keçirilib

Şura və BMT-nin birgə təşkilatçılığı ilə təqdimat keçirilib
GƏNCLİK
17:25 22.04.2014
1746
Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının və BMT-nin Azərbaycandakı daimi nümayəndəliyinin birgə təşkilatçılığı ilə Beynəlxalq Avrasiya Mətbuat Fonduna BMT-nin İqtisadi və Sosial Şurasının yüksək məşvərətçi statusunun verilməsinə həsr edilmiş təqdimat keçirilib.

AZXEBER.COM xəbər verir ki, Şuranın sədri Azay Quliyev BAMF-yə BMT-nin İqtisadi və Sosial Şurasının yüksək məşvərətçi statusunun verilməsini ölkəmizin vətəndaş cəmiyyətinin həyatında mühüm hadisə adlandıran Şura sədri bu uğurun arxasında böyük əmək, təcrübə və etimad qazanmaq bacarığının durduğunu deyib. Dünyada 10 milyondan artıq milli QHT-nin, 40 mindən çox beynəlxalq QHT-nin fəaliyyət göstərdiyini bildirən Azay Quliyev bunlardan yalnız 148-nin BMT-nin İSŞ-na üz ola bildiyini qeyd edib. Şura sədri keçmiş postsovet məkanında Rusiyadan sonra BAMF-nin simasında yalnız Azərbaycan QHT-sinin bu yüksək statusa layiq görülməsinin ölkəmiz üçün böyük nailiyyət və qürur olduğunu vurğulayıb. Bu uğur münasibəti ilə bütün ictimai sektor adından BAMF-nin sədri Umud Mirzəyevi təbrik edən A. Quliyev əldə edilən müvəffəqiyyətin təsadüfi olmadığını deyib. Azərbaycan dövlətinin QHT-lərin inkişafı üçün münbit şərait yaratdığını qeyd edən Şura sədri onların fəaliyyətinin cənab prezident İlham Əliyevin imzaladığı müxtəlif proqramlar vasitəsi ilə hərtərəfli dəstəkləndiyini bildirib. Bu şəraitin QHT-lərimizə ölkəmizi yalnız yerli deyil, həm də beynəlxalq miqyasda təmsil etməyə imkan verdiyini qeyd edən Azay Quliyev vətəndaş cəmiyyəti adından ölkə başçısına təşəkkürünü çatdırıb.

BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi və BMT-nin İnkişaf Proqramının (UNDP) daimi nümayəndəsi Antonius Broek BAMF-yə BMT-nin İSŞ-nın yüksək məşvərətçi statusunun verilməsinin QHT-lərlə BMT-nin əməkdaşlıq imkanlarının artmasına xidmət edəcəyini bildirib. BAMF-nin 1992-ci ildən bu yana vətəndaş cəmiyyəti sahəsində göstərdiyi fəaliyyətin BMT tərəfindən dəyərləndirildiyini bildirən Antonius Broek əldə edilən statusun həm şərəfli ad, həm də ictimai sektor qarşısında böyük məsuliyyət olduğunu qeyd edib.

Birgə əməkdaşlığın Azərbaycanın milli prioritetlərinə, əsas problemlərinin həllinə yönəlməli olduğunu qeyd edən A. Broek "Minilliyin çağırışı" Proqramının və “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasının buna münbit şərait yaratdığını bildirib.

Milli Məclisin hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli qanunlara edilən əlavə və dəyişikliklər zamanı ən tənqidi və səmərəli fikirlərin məhz QHT-lərin dilindən eşitdiyini bildirən millət vəkili çox zaman bu arqumentlər qarşısında peşəkar hüquqşünaslar olaraq güzəştə getməyə məcbur olduqlarını qeyd edib. Bu gün Azərbaycanın sabit və inkişaf edən dövlət olmasının əsas səbəbinin ölkə idarəçiliyində KİV və QHT-lərin yaxından iştirak etməsi olduğunu vurğulayıb. O, BAMF-nun BMT-nin İSŞ-nın yüksək məşvərətçi statusu qazanmasının bir təşkilatın deyil, bütövlükdə Azərbaycan QHT-lərinin nailiyyəti olduğunu vurğulayıb.

Prezident Adminstrasiyası ictimai-siyasi məsələlər şöbəsinin əməkdaşı Vüqar Səlimov hər bir qht-nin uğur qazanmasının iki əsas şərti olduğunu, BAMF-nin bu baxımdan həm yerli, həm də beynəlxalq miqyasda müvəffəqiyyət qazanaraq ölkəmizi layiqincə təmsil etdiyini bildirib.

Təqdimat mərasiminə təşrif buyurduğuna görə bütün qonaqlara təşəkkürünü bildirən BAMF sədri Umud Mirzəyev 1945-ci ildən etibarən cəmi 148 QHT-nin belə bir status əldə edə bildiyini vurğulayaraq Azərbaycan təşkilatı olaraq belə bir uğur qazanmaqlarından qürur duyduqlarını söyləyib. Azərbaycanın və regionumuzun mədəni humanitar inkişafı və sülh quruculuğu istiqamətində bundan sonrada etibarlı tərəfdaş olmaqda davam edəcəklərini bildirən U. Mirzəyev vətəndaş cəmiyyətinin rəhbərlik etdiyi təşkilatın əsas dəyərlərindən biri olduğunu vurğulayıb.

Toplantının sonunda Azay Quliyev BAMF-nin sədri Umud Mirzəyevə Şuranın fəxri fərmanını təqdim edib.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Paşinyan və Pezeşkian İrəvanda görüşüb
15:31 16.10.2026
Paşinyan və Pezeşkian İrəvanda görüşüb
Bakının bu rayonunda 30 bina söküləcək
15:26 16.10.2026
Bakının bu rayonunda 30 bina söküləcək
“Vüqar müəllim intriqalardan uzaq biridir” – Xoşqədəm Hidayətqızı
15:11 16.10.2026
“Vüqar müəllim intriqalardan uzaq biridir” – Xoşqədəm Hidayətqızı
Azərbaycanda çevrilişə çağırış edən türkiyəli jurnalist axtarışa verildi
15:08 16.10.2026
Azərbaycanda çevrilişə çağırış edən türkiyəli jurnalist axtarışa verildi
Həftəsonunun ən şanslı 5 bürcü - SİYAHI
15:07 16.10.2026
Həftəsonunun ən şanslı 5 bürcü - SİYAHI
Paşinyan və Pezeşkian İrəvanda ikitərəfli münasibətləri müzakirə ediblər
14:52 16.10.2026
Paşinyan və Pezeşkian İrəvanda ikitərəfli münasibətləri müzakirə ediblər
Maddi çətinliklər ailə münasibətlərini necə sarsıdır? - Psixoloqdan AÇIQLAMA
14:50 16.10.2026
Maddi çətinliklər ailə münasibətlərini necə sarsıdır? - Psixoloqdan AÇIQLAMA
Park Yasamalda 2 otaqlı studiyalardan başlayaraq hazır mənzillər satışda!
14:47 16.10.2026
Park Yasamalda 2 otaqlı studiyalardan başlayaraq hazır mənzillər satışda!
“Azərbaycanda da uçan avtomobillərin olması bizi təəccübləndirməməlidir”
14:12 16.10.2026
“Azərbaycanda da uçan avtomobillərin olması bizi təəccübləndirməməlidir”
“Aktiv və sağlam uzunömürlülük: dövlət siyasəti və sosial innovasiyalar” mövzusunda dəyirmi masa keçirilib
14:09 16.10.2026
“Aktiv və sağlam uzunömürlülük: dövlət siyasəti və sosial innovasiyalar” mövzusunda dəyirmi masa keçirilib
Hərbçilərin maaş artımına 550 milyon manat ayrılacaq - Ədalət Verdiyev
13:45 16.10.2026
Hərbçilərin maaş artımına 550 milyon manat ayrılacaq - Ədalət Verdiyev
AZAL İsrail prezidentinin uçuşu barədə Türkiyəyə məlumat verməli idimi? - "Haber Global" detalları açıqlayıb
13:44 16.10.2026
AZAL İsrail prezidentinin uçuşu barədə Türkiyəyə məlumat verməli idimi? - "Haber Global" detalları açıqlayıb
Prezident fərman imzaladı
13:14 16.10.2026
Prezident fərman imzaladı
Hacıbəy Heydərli yeni vəzifəyə seçildi
13:09 16.10.2026
Hacıbəy Heydərli yeni vəzifəyə seçildi
Mətbuat Şurasının yeni sədrindən ilk - AÇIQLAMA
13:08 16.10.2026
Mətbuat Şurasının yeni sədrindən ilk - AÇIQLAMA
Azercell-dən “MiFi” və “Wi-Fi” cihazı əldə et, internetdən daha əlverişli şərtlərlə yararlan
13:08 16.10.2026
Azercell-dən “MiFi” və “Wi-Fi” cihazı əldə et, internetdən daha əlverişli şərtlərlə yararlan