Tələbələr internetdə ölkəmizi müdafiə edəcək

Tələbələr internetdə ölkəmizi müdafiə edəcək
GƏNCLİK
10:02 08.04.2011
2194
 “Tələbələrin İKT (informasiya kommunikisiya texnologiyaları) biliklərinin artırılması” adlanan layihə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin maliyyə dəstəyi ilə həyata keçirilir.

Azərbaycan Tələbələr Birliyinin sədri Fəxrəddin Həsənzadənin AZXEBER.COM-a verdiyi məlumata görə, layihənin əsas məqsədi orta-ixtisas məktəblərində təhsil alan tələbələrə informasiya texnologiyaları ilə bağlı maarifləndirmə işi aparmaqla vətəndaş cəmiyyətinin inkişafına dəstək olmaqdır. O bildirib ki, layihə fəaliyyətləri çərçivəsində orta-ixtisas təhsil müəssisələrində təhsil alan tələbələrə ən yeni informasiya texnologiyaları, xüsusən də, internetdəki sosial şəbəkələr barəsində ətraflı məlumatlar veriləcəkdir. Təlimlər zamanı tələbələrə Wikipedia, Twitter, Facebook kimi sosial şəbəkələrdə ölkəmizə qarşı yönələn təxribatların qarşısını alma yolları, informasiyanın çatdırılması, müəyyən məlumatların işlənib internet səhifələrə yerləşdirilməsi, həmçinin, internet blogların yaradılması kimi məlumatlar veriləcəkdir. Əsas fəaliyyət istiqamətləri olaraq Qarabağ həqiqətlərinin çatdırılması, ölkəmiz haqda düzgün olmayan məlumatlara reaksiyanın göstərilməsi və s. olacaqdır. 

QHT sədrinin sözlərinə görə, təlimlər zamanı verilən məlumatların gələcəkdə digər tələbələrə çatdıra biləcək şəxslər seçiləcək və onlarla işin qurulmasına xüsusi diqqət veriləcəkdir.
OXŞAR XƏBƏRLƏR