Braziliyalı futbolçu Bruninho evində güllələnib.
AZXEBER.COM xəbər verir ki, 23 yaşlı braziliyalı yarımmüdafiəçi Bruninho səhər saatlarında Belemdəki evində öldürülüb.
Hadisə yerində olan şahidlərin sözlərinə görə, bir kişi evə girərək futbolçunu güllələyib.Həkimlərin müdaxiləsinə baxmayaraq futbolçunun həyatını xilas etmək mümkün olmayıb.
Braziliya polisi hadisə ilə bağlı araşdırma aparıldığını və cinayəti törədən şəxsin axtarıldığını bildirib.
Qeyd edək ki, bir müddət əvvəl "Sociedade Esportiva de Picos” (SEP) komandasında çıxış edən Bruninho, komandanın "B” seriyasına düşməsindən sonra klubdan ayrılmışdı.
Ayşən