Tanınmış rejissor: "Hər kəs öz həyatına rejissorluq edib ona quruluş verir"- MÜSAHİBƏ

MƏDƏNİYYƏT
17:19 17.01.2012
3813

Xəbər verdiyimiz kimi Azərbaycan Tədris Akademiyasında (A.S.A) 15 yanvar tarixində “Əzizim Fellini”,“Səhərə inan” bədii filmlərin müəllifi, hazırda çəkilişləri davam edən “Döngələr” çoxserialı bədii televiziya filminin rejissoru Cavid Təvəkkürün ustad dərsləri keçirilib. Təlimindən öncə Cavid bəy AZXEBER.COM-un suallarını cavablandırıb. Müsahibəni təqdim edirik...

-ASA-da gənclərlə bir yerdə olmaq sizin üçün necə bir duyğudur?

Məni bura ilk dəfə dəvət edəndə özümə çox maraqlı gəldi. Düzdür,hələ ki, gənclərlə işim necə alınacaq deyə bilmərəm. Bunu gələcək göstərəcək. Amma ümidvaram ki, bu ustad dərsləri Azərbaycana xeyir gətirəcək.

-Rejissor olmaq insana daha çox şöhrət gətirir yoxsa aktyor olmaq?

Düşünürəm ki , sənətini sevən aktyor və ya rejissor heç vaxt şöhrət haqqında düşünmür. Sadəcə sənəti haqqında düşünür. Odur ki, mən bu suala cavab verə bilmərəm.

-Azərbaycan mühitində rejissor olmağın çətinlikləri nələrdir?

Mənə xəbərlər gəlir ki, hardasa bir qrup gənc çəkilişlər edirlər, nəyi isə ekranlaşdırmaq istəyirlər. Görürəm ki, gənclərin və yetişməkdə olan nəslin buna marağı var. Düşünürəm ki, heç bir çətinlik yoxdur. İndi elə bir dövrdür ki, hətta telefonla da müəyyən görüntüləri lentə almaq olar. Təbii ki, filmin uğurlu olması üçün pul faktoru önəmlidir.

-Neçə ildir ki, rejissorluqla məşğulsunuz?

5 ildir ki, rejissorluqla məşğulam.

-Bu 5 il ərzində öz peşənizdə hansı uğurlar əldə etmisiniz?

“Əzizim Fellini”nin ssenaristi və quruluşçu rejissoru olmuşam. Bir neçə beynəlxalq festivallarda olmuşam. Uğurlu nəticələrlə geri dönmüşəm.

- Bəzən deyirlər ki, aktyor olmaq üçün aktyor doğulmaq lazımdır. Bəs rejissor olmaq üçün rejissor doğulmaq lazımdırmı?

Hər kəs öz həyatına rejissorluq edib ona quruluş verir. İstedad almaz kimi bir şeydir. Hər zaman onu təmizləmək ,ona baxmaq lazımdır.

-Sizcə bu “almaz” hamıya eyni ölçüdə paylanılır?

Bəli, məncə hər kəsə eyni paylanır.

-Cavid bəy, niyə Azərbaycanda filmlər az çəkilir?

Məncə filmlərin çəkilməməyi biraz maliyyə ilə bağlıdır. Həmçinin, yeni nəslə imkan vermək lazimdır ki, işləsin. Məsələn, mənim dostluq etdiyim insanlar var ki, çox istedadlıdırlar .Ancaq çoxu tənbəldir.

-Siz özünüzü həyatda şanslı insan kimi sayırsınız?

Bəli.

-Dünya praktikasında filmlərin, serialların çəkilişi üçün dövlət yardım göstərir yoxsa, özəl qrumlar?

Dünya praktikasına nəzər salsaq filmlərin və serialların çəkilişi üçün sponsurlar olur. Ancaq hələki bizdə dövlət yardım göstərir.

-Bu qədər maliyyə ayrılmasına baxmayaraq filmlərimiz və seriallarımız sizcə niyə baxımlı olmur?

Biz Avropaya inteqrasiya edirik.Və belə bir zamanda bütün sahələrdə işlər aparılır.Düşünürəm ki, tezliklə bu sahədə də uğurlar artacaq.

-Hazırda çəkilişləri davam edən “Döngələr” filmi haqqında nə deyə bilərsiniz?

Bu film klassik dramaturgiyadır. Serialda Xeyirlə Şərin mübarizəsindən bəhs edilir.Zamanın döngələrində insanların dəyişməsini burda görə bilərsiniz.

-İnsanlar bu tele-serialı bir neçə il bundan öncə Türkiyənin “Kanal D” televiziyasında yayımlanan “Çemberimde gül oya” tele-serialına bənzədirlər.Bu haqda nə deyə bilərsiniz?

Mən o seriala ümumiyyətlə baxmamışam.

-Çəkilişlər harda gedir?

Qubada,Daşkəsəndə , Bakıda ,Xanlarda,Gəncədə. Hətta fikrimiz var ki, Moskva çəkilişlərinə də yollanaq.

-Serialin çəkilişləri nə zaman başa çatacaq?

Artıq demək olar ki, başa çatmaq üzrədir.

-İctimai Televiziyada nə vaxtdan yayımlanmağa başlayacaq?

Sifarişçi İctimai Televiziya olduğuna görə, onlar nə zaman istəsələr bizdə o zaman başlayacağıq.

-İşinizin davamı olaraq yeni filmləriniz olacaqmı?

Əlbəttə. İctimai Televiziyada “Qarabağnamələr” və daha iki filmin çəkilişi də nəzərdə tutulub.Danışıqlar gedir.Pis və ya yaxşı biz iş başındayıq. Bu günkü Azərbaycan tamaşaçısı öz filmlərini izləyə bilir.Bu da bir uğurdur.

P.S Müsahibəni təlim başlamazdan öncə götürdüyümüz üçün Cavid Təvəkkür gənclərlə görüşünün necə nəticələnəcəyi haqqında sualımıza cavab verməsə də, təlimdən sonra rejissor təlimdən razı qaldığını və gənclərin öz dövrünün sirrlərini daha yaxşı bildiyini qeyd edib: “Bura gələrkən gənclərin bu qədər intelektual biliyə malik olması haqqında şübhələrim var idisə, artıq təlimin ardından bu fikirlərim tamamilə aradan qalxdı”. 

Əfsələddin Ağalarov

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

02:33 07.02.2025

Ağ Ev: Vaşinqton Qəzzaya qoşun göndərməyəcək

00:34 07.02.2025

Hacıqabulda qatarda yanğın - 4 nəfər tüstüdən zəhərləndi

00:31 07.02.2025

"Real Madrid"in cəzalandırılması tələb edilir

00:27 07.02.2025

“”Beşiktaş” karyeramda xüsusi yeri olan klubdur”

23:45 06.02.2025

“İran nüvə silahına can atmır” - Pezeşkian

23:23 06.02.2025

Ağır insult keçirən şəxs əlillik dərəcəsi ala bilmir - VİDEO

23:13 06.02.2025

Harutyunyan məhkəmədə Paşinyanın yalanını ifşa etdi

22:57 06.02.2025

Məktəbdə şagirdə naməlum kağız və nömrə verildi - DİN işə qarışdı - FOTOLAR

22:40 06.02.2025

Azərbaycanlı gənc Yunanıstanda niyə həbs edilib? - AÇIQLAMA - VİDEO

22:27 06.02.2025

Dövlət ittihamçısı: Azərbaycan xalqına qarşı cinayətlər qəddarlıqla və amansızlıqla törədilib

22:16 06.02.2025

Davit Babayan saxlanma şəraiti barədə: Burada bizə qarşı heç bir təzyiq olmayıb

22:03 06.02.2025

Diplomları soruşulanda dilləri topuq vuran saxta həkim və kosmetoloqlar - ARAŞDIRMA - VİDEO

21:46 06.02.2025

Gəncədə məktəbli siqaret çəkdi: Təhqiramiz ifadələr işlətdi

21:26 06.02.2025

Küləyin sürəti güclənib, yağış yağır - FAKTİKİ HAVA

21:18 06.02.2025

Hərbi cinayətlərdə təqsirləndirilən erməniəsilli şəxslərin məhkəmə prosesi davam edir

20:48 06.02.2025

Hindistanda təyyarə təlim uçuşu zamanı qəzaya uğrayıb