Tbilisidə “Study in Azerbaijan” təhsil sərgisi keçirilib

Tbilisidə “Study in Azerbaijan” təhsil sərgisi keçirilib
SOSİAL
15:58 17.11.2026
56
Noyabrın 17-də Gürcüstanın paytaxtı Tbilisi şəhərində "Study in Azerbaijan” təhsil sərgisi keçirilib.

"Study in Azerbaijan” layihəsinin təşkilatçılığı, Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi və Azərbaycanın Gürcüstandakı səfirliyinin dəstəyi ilə keçirilən sərgidə ölkəmizin ali təhsil müəssisələri təmsil olunub.

Sərginin açılış mərasimində çıxış edən Azərbaycan Respublikasının elm və təhsil nazirinin müavini İdris İsayev "Study in Azerbaijan” təşəbbüsünün Azərbaycanın ali təhsil imkanlarının beynəlxalq səviyyədə tanıdılmasında və xarici tələbələrin ölkəmizdə təhsilə cəlb olunmasında əhəmiyyətini vurğulayıb. Nazir müavini sərginin ziyarətçilərə Azərbaycan universitetlərinin təhsil proqramları və qəbul imkanları barədə birbaşa məlumat əldə etmək, maraqlandıqları sualları universitet nümayəndələrinə ünvanlamaq üçün əlverişli şərait yaratdığını bildirib.

Azərbaycan Respublikasının Gürcüstandakı fövqəladə və səlahiyyətli səfiri Faiq Quliyev çıxışında iki ölkə arasında dostluq münasibətlərinin inkişafında təhsilin rolunu vurğulayıb. Səfir bu cür təşəbbüslərin Azərbaycan və Gürcüstan arasında təhsil əlaqələrinin genişlənməsinə, gənclər arasında akademik mobilliyin təşviqinə və qarşılıqlı əməkdaşlığın gücləndirilməsinə xidmət etdiyini qeyd edib.

Xəzər Universitetinin rektoru Raziyə İsayeva isə Azərbaycan ali təhsil müəssisələrinin beynəlxalq təhsil imkanlarından və xarici tələbələr üçün yaradılan şəraitdən danışıb.

Çıxışlardan sonra simvolik lent kəsilib və sərgiyə baxış başlayıb. İştirakçılar Azərbaycan universitetlərinin stendləri ilə tanış olaraq təqdim olunan təhsil imkanları barədə məlumat alıblar.

Sərgi çərçivəsində ziyarətçilərə Azərbaycan universitetlərinin təhsil proqramları, ixtisaslar, qəbul qaydaları, təhsil haqları, təqaüd imkanları və tələbə həyatı barədə ətraflı məlumat verilib.

Gürcüstanda yaşayan məktəblilər, abituriyentlər, tələbələr və valideynlər universitet nümayəndələri ilə birbaşa görüşərək onları maraqlandıran suallara cavab almaq imkanı əldə ediblər.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Azərbaycanla Özbəkistan arasında pensiya təminatı sahəsində əməkdaşlıq Sazişi təsdiqləndi
16:01 17.11.2026
Azərbaycanla Özbəkistan arasında pensiya təminatı sahəsində əməkdaşlıq Sazişi təsdiqləndi
Tbilisidə “Study in Azerbaijan” təhsil sərgisi keçirilib
15:58 17.11.2026
Tbilisidə “Study in Azerbaijan” təhsil sərgisi keçirilib
Rusiyada internet kəsilib
15:55 17.11.2026
Rusiyada internet kəsilib
Bakıda gecə 14 saatdan uzun olacaq
15:53 17.11.2026
Bakıda gecə 14 saatdan uzun olacaq
Prezident Azərbaycanla Özbəkistan arasında əbədi dostluq haqqında Müqaviləni təsdiqləyib
15:47 17.11.2026
Prezident Azərbaycanla Özbəkistan arasında əbədi dostluq haqqında Müqaviləni təsdiqləyib
Bakıdakı insidentin təfərrüatı: Sevgilisini başqa qadınla tutubmuş - VİDEO
15:41 17.11.2026
Bakıdakı insidentin təfərrüatı: Sevgilisini başqa qadınla tutubmuş - VİDEO
Mediaya ayrılan pul 10,2 milyon manat azaldılıb: “Qənaət etmək düzgün deyil”
15:35 17.11.2026
Mediaya ayrılan pul 10,2 milyon manat azaldılıb: “Qənaət etmək düzgün deyil”
Aylıq büdcəni düzgün planlaşdırmağın 8 sadə üsulu
15:35 17.11.2026
Aylıq büdcəni düzgün planlaşdırmağın 8 sadə üsulu
Azərbaycan dilində “danışmaqxana” sözü var? - AÇIQLAMA
15:24 17.11.2026
Azərbaycan dilində “danışmaqxana” sözü var? - AÇIQLAMA
Azərbaycanda bəzi qadınlara 500 manat civarında müavinət veriləcək
14:52 17.11.2026
Azərbaycanda bəzi qadınlara 500 manat civarında müavinət veriləcək
Məktəblimiz beynəlxalq sərgidə xüsusi mükafata layiq görülüb
14:39 17.11.2026
Məktəblimiz beynəlxalq sərgidə xüsusi mükafata layiq görülüb
Azərbaycanda bu müəllimlərə kirayə və yol pulu veriləcək
14:29 17.11.2026
Azərbaycanda bu müəllimlərə kirayə və yol pulu veriləcək
Yaponiya Rusiyaya nota verdi: 81 illik mübahisə yenidən alovlandı
14:15 17.11.2026
Yaponiya Rusiyaya nota verdi: 81 illik mübahisə yenidən alovlandı
Qara dənizdə qaz daşıyan gəmi batdı - ekipajın xilasetmə əməliyyatı aparılır
14:11 17.11.2026
Qara dənizdə qaz daşıyan gəmi batdı - ekipajın xilasetmə əməliyyatı aparılır
Media və Yayım Şurası: Dövlət Qulluğu Məcəlləsində din xadimləri ilə bağlı müddəa yeni hüquqi tələb deyil
13:51 17.11.2026
Media və Yayım Şurası: Dövlət Qulluğu Məcəlləsində din xadimləri ilə bağlı müddəa yeni hüquqi tələb deyil
Ukrayna NATO-ya üzv ola bilər? -  “Şansı minimum səviyyədədir”
13:45 17.11.2026
Ukrayna NATO-ya üzv ola bilər? - “Şansı minimum səviyyədədir”