TƏBİB-dən Ağstafada zəhərlənən hərbçilərlə bağlı AÇIQLAMA

SOSİAL
12:16 05.02.2025
227
Xəbər verdiyimiz kimi bu gün Ağstafada üç nəfər dəm qazından zəhərlənib.
 
Qaldıqları evdə dəm qazından zəhərlənən üç nəfərin hərbçi olduğu bildirilib.
 
Hərbiçilərin son durumu ilə bağlı TƏBİB-dən AZXEBER.COM-a açıqlama verilib.
 
Zəhərlənən şəxslərin vəziyyətlərinin stabil olduğu bildirilib:
 
"05.02.2025-ci il tarixində saat 00:30 radələrində Ağstafa rayonu Hüseyn Arif küçəsi ərazisindən dəm qazından zəhərlənmə şübhəsi ilə 3 nəfər (kişi cinsli) Ağstafa Rayon Mərkəzi Xəstəxanasının Təcili və Təxirəsalınmaz Tibbi Yardım şöbəsinə hospitalizasiya olunub. 1995, 2002 və 2004-cü il təvəllüdlü şəxslərin hər birinə zəruri tibbi xidmətlər göstərilib. Vəziyyətləri stabil qiymətləndirilir. Müalicələri xəstəxananın Təcili və təxirəsalınmaz tibbi yardım şöbəsində davam etdirilir".
 
Günel

OXŞAR XƏBƏRLƏR