TƏBİB-dən vaksinasiya ilə bağlı VACİB AÇIQLAMA

TƏBİB-dən vaksinasiya ilə bağlı VACİB AÇIQLAMA
SAĞLAMLIQ
12:37 10.06.2021
1925
Ölkəmizə yeni növ koronavirus (COVID-19) infeksiyasına qarşı müxtəlif şirkətlərə məxsus peyvəndlərin gətirilməsi vətəndaşlar üçün seçim imkanlarını artırır. TƏBİB-in infeksion xəstəlikləri üzrə işçi qrupunun rəhbəri, həkim-infeksionist Vasif Əliyev eyni şəxsin vaksinasiya olunaraq fərqli şirkətlərin istehsal etdiyi peyvəndlərdən istifadə edilməsinə münasibət bildirib.

AZXEBER.COM AZƏRTAC-a istinadən xəbər verir ki, Vasif Əliyev bildirib ki, vaksinasiya zamanı eyni qrup peyvəndin istifadəsi daha məqsədəuyğundur.

Fərqli ölkələrin peyvəndini vurdurmaq istəyənlər isə bir sıra qaydaları nəzərə almalıdırlar: "Həmin halı şərtləndirən bəzi zəruri məqamlar ola bilər. İlk peyvənd dozası bir, ikinci doza fərqli qrupdan istifadə oluna bilər, lakin onların arasındakı məsafə azı 28 gün olmalıdır, yəni aradan minimum 28 gün keçməlidir ki, ikinci fərqli qrupdan istifadə olunsun. Bu, o zaman tətbiq edilə bilər ki, ilkin vurulan peyvənd dozasının ya vaxtı keçir və yaxud əvvəl edilən peyvənd əlçatan olmasın”.

Onun dediyinə görə, fərqli qrup peyvəndlər fərqli mexanizmlərdə anticisimlər yaradır. Bu baxımdan müxtəlif qrup peyvənddən istifadə olunması tövsiyə edilmir.

Hazırda ölkəmizə gətirilən bütün peyvəndlər iki dozada vurulur. İkinci doza peyvəndin tətbiq edilməsi mütləqdir: "Qoruyuculuq yaranmasını istəyiriksə, mütləq eyni qrup peyvənd ikinci dozada da tətbiq olunmalıdır. Yalnız Johnson&Johnson peyvəndi bir dozada istifadə olunur və həmin peyvənd bizim ölkədə yoxdur. Lakin onun qoruyuculuğu digər peyvəndlərdən daha aşağıdır. Ona görə də mütləq iki dozada vurulmalıdr ki, anticisimlərin yaranmasına səbəb olsun. Buna əməl edilmədikdə qoruyuculuq aşağı olur və bu da gələcək fəsadlardan qorumur”, - deyə V.Əliyev bildirib.

Həkim-infeksionist onu da əlavə edib ki, hazırda ölkəmizdə peyvəndləmə prosesi sürətlə gedir və COVID-19 pasportu alanlara imtiyazların verilməsi əhalinin vaksinasiyaya marağını daha da artırıb.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Azərbaycanın Qırğız Respublikasındakı səfirliyində Xocalı soyqırımının xatirəsi yad edilib - FOTOLAR
11:32 26.02.2026
Azərbaycanın Qırğız Respublikasındakı səfirliyində Xocalı soyqırımının xatirəsi yad edilib - FOTOLAR
İlham Əliyev Xocalı Soyqırımı Memorialının açılışında
11:20 26.02.2026
İlham Əliyev Xocalı Soyqırımı Memorialının açılışında
Bu özəl klinikalara onkoloji xidmət üçün icazə veriləcək
11:11 26.02.2026
Bu özəl klinikalara onkoloji xidmət üçün icazə veriləcək
Azərbaycanda iş saatları azaldılır? - Həftənin müəyyən günlərində…
11:06 26.02.2026
Azərbaycanda iş saatları azaldılır? - Həftənin müəyyən günlərində…
BDU-nun tələbələrini şantaj edən kimdir? - VİDEO
11:04 26.02.2026
BDU-nun tələbələrini şantaj edən kimdir? - VİDEO
Alyona Əliyeva paylaşım etdi
10:58 26.02.2026
Alyona Əliyeva paylaşım etdi
TƏBİB Səhiyyə Nazirliyinə birləşdirilə bilər?
10:46 26.02.2026
TƏBİB Səhiyyə Nazirliyinə birləşdirilə bilər?
"Xocalını unutmaq, şəhidlərin ruhuna xəyanət olar"
10:23 26.02.2026
"Xocalını unutmaq, şəhidlərin ruhuna xəyanət olar"
XİN rəhbəri: Meksikada baş vermiş son hadisələrlə bağlı səfirliklə əlaqədəyik
10:13 26.02.2026
XİN rəhbəri: Meksikada baş vermiş son hadisələrlə bağlı səfirliklə əlaqədəyik
Türkiyə səfiri Xocalı soyqırımının ildönümü ilə bağlı paylaşım edib
09:59 26.02.2026
Türkiyə səfiri Xocalı soyqırımının ildönümü ilə bağlı paylaşım edib
“Prezidentin qrafikində may ayında belə səfər nəzərdə tutulmayıb”
09:57 26.02.2026
“Prezidentin qrafikində may ayında belə səfər nəzərdə tutulmayıb”
Ermənistan Bakıdakı tədbirə dəvət olunub? - Nazirdən açıqlama
09:54 26.02.2026
Ermənistan Bakıdakı tədbirə dəvət olunub? - Nazirdən açıqlama
XİN başçısı: AZAL təyyarəsinin vurulması məsələsində Azərbaycanın mövqeyi qətidir
09:51 26.02.2026
XİN başçısı: AZAL təyyarəsinin vurulması məsələsində Azərbaycanın mövqeyi qətidir
Ceyhun Bayramov: Bu günün reallığı Qarabağa həyatın qayıtmasıdır
09:49 26.02.2026
Ceyhun Bayramov: Bu günün reallığı Qarabağa həyatın qayıtmasıdır
BMT-nin Azərbaycandakı missiyası Xocalı soyqırımının ildönümü ilə bağlı bəyanat yayıb
09:39 26.02.2026
BMT-nin Azərbaycandakı missiyası Xocalı soyqırımının ildönümü ilə bağlı bəyanat yayıb
İtaliya səfirindən Xocalı soyqırımı ilə bağlı paylaşım
09:36 26.02.2026
İtaliya səfirindən Xocalı soyqırımı ilə bağlı paylaşım