Ötən gecə Rusiyada 115 PUA zərərsizləşdirilib, ölən və yaralananlar var

Ötən gecə Rusiyada 115 PUA zərərsizləşdirilib, ölən və yaralananlar var
DÜNYA
09:52 15.04.2025
244
Rusiyanın 5 regionu üzərində 115 pilotsuz uçuş aparatı zərərsizləşdirilib.

Bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, onların 109 ədədi Kursk ərazisində vurulub.

Məlumata əsasən, Kursk ərazisinə PUA hücumu nəticəsində bir nəfər yaşlı qadın həlak olub, 9 nəfər isə yaralanıb. Eyni zamanda bir neçə hündürmərtəbəli yaşayış binasına və 11 avtomobilə ziyan dəyib.
 
///APA
OXŞAR XƏBƏRLƏR