"The Body Shop" artıq Azərbaycanda - FOTOLAR

"The Body Shop" artıq Azərbaycanda - FOTOLAR
İQTİSADİYYAT
17:46 19.07.2022
521

Original, İngiltərə mənşəli baxım və kosmetika brendi "The Body Shop”ölkəmizdə ilk mağazasının rəsmi açılışını etdi.


AZXEBER.COM xəbər verir ki, "The Body Shop”-un Azərbaycandakı eksklüziv françayzisi olan "AZPHA” şirkəti ilk mağazasını 7 iyul tarixində Ü. Hacıbəyov küçəsi 26D ünvanında açdı. Tədbirdə Böyük Britaniyanın Azərbaycandakı səfiri Ceyms Şarp, Səhiyyə Nazirliyinin sektor müdiri Səbinə Babazadə, Gənclər və İdman nazirliyinin sektor müdiri Nərmin Aslanbəyli, Respublika QİÇS-lə Mübarizə Mübarizində qəbul şöbəsinin müdiri Ədilə Rzayeva, Eurovision qalibi Nigar Camal, "Nargis” jurnalının kollektivi, journalist, stilist və bloggerlər iştirak edib. Tədbir zamanı şirkət və onun fəaliyyəti haqqında iştirakçılara məlumat verildi, sonra isə iştirakçılar məhsulları sınamağa dəvət edildilər. Qeyd edək ki, şirkət növbəti aylarda Azərbaycan üçün onlayn mağazasını da açmağı planlaşdırır.

Dünyanın 70-dən çox ölkəsində 3000-dən çox mağazası olan "The Body Shop” qlobal gözəllik markası olaraq öz yüksək keyfiyyətli, təbii inqredientlərlə zəngin üz, saç baxımı və makyaj məhsullarının etik və davamlı istehsalı ilə bütün dünyaya faydalı olmağı hədəfləyib.

Təbii inqredientlərdən hazırlanmış məhsullar əla nəticə verir!

"The Body Shop” ədalətli ticarət və dayanıqlı iqtisadiyyatın prinsiplərinə uyğun qaydada istehsal və ixrac olunmuş 700-dən çox məhsul təklif edir. Bütün məhsulları 100% etik istehsal olunmuş "The Body Shop” hər zaman qadınlara dəstək olan layihələri ilə fərqlənir. Marka xüsusilə qadınların və qızların özləri, bədənləri və gələcəkləri barədə pozitiv düşünməsini təmin edən layihələr həyata keçirir. "The Body Shop” çay ağacı, şi, badam kimi yüksək keyfiyyətli təbii inqredientləri ilə saç və dəri qulluğu üçün lazım olan bütün faydalı məhsulları təmin edir.

"The Body Shop” Azərbaycanda qlobal olaraq tanınmış və bəyənilmiş markanın simvoluna çevrilmiş Şi Bədən Yağı, Çay ağacı yağı, Zəncəfil kəpəyə qarşı şampunu və Himalay kömürlü üz maskası kimi yüksək effektli məhsullarla təmsil olunur.

"The Body Shop” bütün dünya üçün faydalı brenddir.

"The Body Shop” 1976-cı ildə sahibkar və aktivist Anita Roddik tərəfindən təsis edildiyi gündən qabaqcıl və unikal brend olaraq tanınır. Brend biznesin yaxşılıq üçün çalışan güc ola biləcəyi fəlsəfəsinə əsaslanmış və məqsədini "daha ədalətli və daha gözəl dünya yaratmaq üçün mübarizə etmək” olaraq təyin etmişdir. "The Body Shop” ətraf mühit və insan hüquqları məsələlərində çıxış edərək insan hüquqlarının müdafiəsi, heyvanların və ətraf mühitin qorunması ilə bağlı kampaniyalar aparıb və əhəmiyyətli dəyişikliklərə nail olmaq öhdəliyini nümayiş etdirib.

"The Body Shop” kosmetik məqsədlər üçün heyvan üzərində sınaq problemini həll edən ilk beynəlxalq kosmetika markası idi və 1998-ci ildə Böyük Britaniyada, ardınca 2013-cü ildə Avropada belə sınaqlara qadağa üçün istehlakçı dəstəyi topladı. 2017-ci ildə brend hər yerdə və hər zaman kosmetik məhsullarda və inqrediyentlərdə heyvanlar üzərində sınaqların keçirilməsinə qadağa qoyulmasına çağıran ən böyük kampaniya – "Forever Against Animal Testing"i təqdim etdi. Partnyorları "Cruelty Free International” ilə birlikdə brend 8 milyondan çox imza topladı və dəyişiklik üçün kampaniya aparmaq üçün Birləşmiş Millətlər Təşkilatında məsələ qaldırıldı. 

"The Body Shop” həm də 1987-ci ildə ədalətli ticarətə həsr olunmuş proqramı – "İcma Ədalətli Ticarət” proqramını idarə edən ilk kosmetika şirkəti idi. Onlar müsbət sosial dəyişiklik yaratmaq ambisiyalarını bölüşən ekspert istehsalçı qrupları ilə uzunmüddətli ticarət tərəfdaşlığı yaratmağı hədəfləyirlər. Bu gün brend dünya üzrə 32 təchizatçıdan 24 yüksək keyfiyyətli inqrediyent, eyni zamanda hədiyyə, aksesuar və qablaşdırma məhsulları əldə edir. Bu il "The Body Shop” "İcma Ədalətli Ticarət” proqramına yeni innovativ təchizat zəncirini təqdim etdi - Hindistanın Bangaluru şəhərindəki tullantı toplayanlardan təkrar emal edilmiş plastikdən istifadə.

"The Body Shop” bərabərliyin tərəfindədir.

Qadınlara dəstək olmaq həmişə "The Body Shop”-un fəaliyyətinin mərkəzində olub. Brend, "İcma Ədalətli Ticarət” proqramı və bütün dünyada qadınlara və qızlara kişilərlə eyni hüquqlar, güc və imkanlar verməyə çalışan kampaniyalar kimi fəaliyyətləri ilə fərqlənir. Brend bütün dünyada uşaq hüquqlarını və qızlar üçün bərabərliyi təmin etməyə çalışan qlobal uşaq xeyriyyə təşkilatı "Plan International” ilə əməkdaşlıq edir. Onlar təhsil və təlim vasitəsilə qızların xəyallarını reallaşdırmaq üçün birlikdə çalışırlar. Siz də "The Body Shop” məhsulları alaraq həm hazırkı həm də gələcək layihələr çərçivəsində markanın sosial, iqtisadi layihələrinə dəstəyinizi göstərə bilər və necə gənc qızın təhsilində və öz xəyallarını reallaşdırmasında rol oynaya bilərsiniz.

Marka ilə bağlı yeniliklərlə bağlı xəbərdar olmaq istəyirsinizsə aşağıdakı rəsmi sosial media hesablarını izləyin:

 

Facebook: The Body Shop Azerbaijan

Instagram: thebodyshopazofficial

 


OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Qohum nikahı qadağası ilə bağlı iddia - Açıqlama
21:16 18.09.2026
Qohum nikahı qadağası ilə bağlı iddia - Açıqlama
Sumqayıtda 4 yaşlı uşağı avtobus vurub öldürdü
21:13 18.09.2026
Sumqayıtda 4 yaşlı uşağı avtobus vurub öldürdü
30 ildir astma xəstəsi olan şəxsin əlilliyi səhv qeyd olunub? - Video
20:53 18.09.2026
30 ildir astma xəstəsi olan şəxsin əlilliyi səhv qeyd olunub? - Video
Sürücülər NƏZƏRİNƏ: Bakının mərkəzi küçələrindən biri BAĞLANIR
20:44 18.09.2026
Sürücülər NƏZƏRİNƏ: Bakının mərkəzi küçələrindən biri BAĞLANIR
Sevda Saleh Məmmədzadə vəfat etdi
20:32 18.09.2026
Sevda Saleh Məmmədzadə vəfat etdi
AMEA-nın əməkdaşları Gəncəsər monastırı ilə əlaqədar Ermənistanda yaradılan qalmaqala dair bəyanat yayıblar
20:15 18.09.2026
AMEA-nın əməkdaşları Gəncəsər monastırı ilə əlaqədar Ermənistanda yaradılan qalmaqala dair bəyanat yayıblar
“Neftçi” 1000-ci oyununda qələbə qazandı
20:12 18.09.2026
“Neftçi” 1000-ci oyununda qələbə qazandı
Azərbaycan QHT-ləri diplomatik korpusun azad edilmiş ərazilərə səfəri ilə bağlı Ermənistanda başlanmış kampaniyanı pisləyib
19:37 18.09.2026
Azərbaycan QHT-ləri diplomatik korpusun azad edilmiş ərazilərə səfəri ilə bağlı Ermənistanda başlanmış kampaniyanı pisləyib
Alban-Udi xristian dini icması diplomatik korpusun azad olunmuş ərazilərə səfərinə Ermənistanın revanşist münasibətini qınayıb
19:34 18.09.2026
Alban-Udi xristian dini icması diplomatik korpusun azad olunmuş ərazilərə səfərinə Ermənistanın revanşist münasibətini qınayıb
Rəsmi Bakıdan Fransaya çağırış
19:30 18.09.2026
Rəsmi Bakıdan Fransaya çağırış
Moskva Tokiodan ABŞ raket sistemlərini çıxarmağı tələb etdi
19:11 18.09.2026
Moskva Tokiodan ABŞ raket sistemlərini çıxarmağı tələb etdi
Fitso xəstəlik səbəbindən Ukraynaya səfərini ləğv edib
18:54 18.09.2026
Fitso xəstəlik səbəbindən Ukraynaya səfərini ləğv edib
Aİ-nin Qırmızı dənizdəki missiyasının xəbərdarlıq səviyyəsi yüksəldilib
18:39 18.09.2026
Aİ-nin Qırmızı dənizdəki missiyasının xəbərdarlıq səviyyəsi yüksəldilib
Ukrayna Avropa İttifaqının 3.3 milyard avroluq maliyyə paketini əldə edib
18:23 18.09.2026
Ukrayna Avropa İttifaqının 3.3 milyard avroluq maliyyə paketini əldə edib
İspaniya millisinin Millətlər Liqası üçün heyəti açıqlanıb
18:12 18.09.2026
İspaniya millisinin Millətlər Liqası üçün heyəti açıqlanıb
Sentyabrın 21-dək bunu etməyənlər cərimələnəcək
17:54 18.09.2026
Sentyabrın 21-dək bunu etməyənlər cərimələnəcək