"Tiktok" fenomeni olan 20 yaşlı gənc: Görün necə uğur qazanıb - VİDEO

"Tiktok" fenomeni olan 20 yaşlı gənc: Görün necə uğur qazanıb - VİDEO
MARAQLI
13:22 07.10.2021
1114
İtaliyada yaşayan seneqal əsilli miqrant Xabi Lame ("Khabane Khaby" Lame) dünyanın ən populyar "TikToker"lərindən biridir. Onun necə sosial şəbəkə "ulduz"una çevrilməsi də maraqlıdır.
Lame İtaliyada tüğyan edən pandemiya səbəbindən 2020-ci ilin yazında çalışdığı fabrikdə işini itirir. Bundan sonra isə bütün günü evdə oturmağa məcbur olur. Vaxtının çoxunu internetdə keçirən Lame sıxıntıdan qısa videolar çəkib, yaymağa başlayır. Az müddət ərzində isə "TikTok” un ən populyar bloqqerlərindən birinə çevrilir.

Lame 2000-ci ildə Seneqalda anadan olub, ailəsi isə bir il sonra - 2001-ci ildə miqrant kimi İtaliyaya gəlib. O, özünü italyan hesab edir, amma hələ də bu ölkənin vətəndaşlığını ala bilməyib. Lamenin sözlərinə görə, əvvəl bu, onu narahat etmirdi. Özünü italyan hesab etmək üçün heç bir sənədə ehtiyac olmadığını bildirirdi. Lakin ABŞ-a viza üçün müraciət etmək qərarına gəldikdə bir çox bürokratik əngəllərlə üzləşib.

"Mən mer deyiləm. Mən heç kiməm və qanunları dəyişdirə bilmərəm", - Lame deyir.

Onun sözlərinə görə, miqrantların uşaqları doğulandan bu ölkədə yaşayırlarsa, 18 yaşına çatdıqdan sonra İtaliya vətəndaşı kimi tanına bilərlər. Başqa ölkədə doğulan insanların vətəndaşlıq alması daha çətindir.

Eyni zamanda Xabi ümid edir ki, miqrant uşaqların probleminə ictimaiyyətin diqqətini çəkə biləcək. Bloqqer, zaman keçdikcə daha çox populyar və nüfuzlu olacağını, özünün vəziyyətə təsir edə biləcəyini istisna etmir.

Məşhurluq demişkən, onun hazırda "TikTok"da 114 milyon izləyicisi var, "İnstagram”da isə izləyicilərinin sayı 50 milyondur.

"Mən darıxdığımdan "TikTok” yüklədim və otağımdan video yayımlamağa başladım, rəqs etdim, lətifələr danışdım, oyunlar oynadım. Sonra birdən-birə videolarım rekord qırdı. Səssizcə, tək bir üz ifadəsi ilə”.

O, hələ ki, ən populyar olan amerikalı rəqqas, 17 yaşlı Çarli Dameliodan geri qalır. Amma izləyicilərinin sayı da sürətli artmaqdadır - gün ərzində təxminən 200 min. Tezliklə Damelonu ötəcəyi istisna deyil.

Xabi indi hər yerdə arzuolunan qonağdır; "Netflix", "Barilla", "Dream11" və bir çox tanınmış şirkət onunla müqavilələr imzalayıb. Çox pul qazansa da, həm də qənaətcildir. İl ərzində ən bahalı aldığı iPhone12 mobil telefon olub.
 
 Seneqallı öz populyarlığı ilə bir çox cəhətdən fenomenaldır. Belə ki, "TikTok"un demək olar ki, əsas ulduzuna çevrilən gəncin arxasında prodüseri və ya ssenarist qrupu yoxdur. Lame valideynləri ilə yaşayır və videolarını kiçik qardaşı ilə paylaşdığı otaqda çəkir. O, heç vaxt "TikTok House"da olmayıb, digər bloqqerlərdən kömək istəməyib, paylaşımlarına bəyənmə və baxış yığmağa səsləməyib.

İşsiz seneqallının təkbaşına necə internet məşhurlarından biri olmağı bacarmasından danışan "The Publish Press”in həmtəsisçisi Samir Şodri hesab edir ki, insanların onu sevməsinin səbəblərindən biri hamını məmnun etmək üçün çox səy göstərməməsidir. Videoları orijinal və səmimidir.

Media meneceri Adam Meskouri isə bildirib ki, istifadəçilərin çoxu "necə görünmək lazımdır”, "baxımlı olmaq üçün nə etmək lazımdır” deyənlərdən yorulub: "Və budur, izləmək xoş olan adi bir oğlan Xabi peyda oldu. Başqa bir çox məşhur bloqqerlə müqayisədə onunla daha çox ortaqlığınızın olduğunu başa düşürsünüz ".

İctimai məsələlərə marağına baxmayaraq, Xabinin hələ də bloqunun mövzusunu dəyişdirmək fikri yoxdur. Tiktoker, əyləncəli videolar çəkməyə davam edəcəyini deyib. Çünki "TikTok"da irqçilik və ya miqrantların hüquqları uğrunda mübarizə aparan deyil, əyləncəli məzmun müəllifi kimi xatırlanmaq istəyir.

"İtaliyada ilk uğurlu bloqqer olduğuma görə şadam, amma başqaları ilə rəqabət aparmaq istəmirəm. Hesab yaratmağımın səbəbi də bu deyil", - Xabi vurğulayıb.

"The New York Times”ə müsahibəsində o, dərisinin rənginə görə heç vaxt zorakılıqla üzləşmədiyini söyləyib: "Mən heç vaxt irqçilərdən təhdid almamışam. Yanımda həmişə kimsənin məni təhqir etməsinə və alçaltmasına icazə verməyən dostlarım olub. Biz bir qrup idik və çoxları bizə hörmət edirdi", - bloqqer deyib.
Buna baxmayaraq, o, irqçilik problemini vacib hesab edir.

Qeyd etdiyimiz kimi Lame qısa komediya videoları ilə məşhurlaşıb. Bu videolarda sadə işləri çətinləşdirən insanlara bir sarkazmla işarə olunur. Məsələn, onun 234 milyon baxış olan bir "TikTok" videosunda pizza diliminin kəsilməsi üsulundan bəhs olunur. İzləyiciləri bunun üçün qutuya yerləşdirilən plastik vasitədən istifadə etməsini ona tövsiyə edib. Cavab videosunda, Lame sadəcə əlləri ilə pizzanın bir dilimini kəsib.

Onun bananı əllə necə tez təmizləmək barədə vdeosuna isə 274 milyon baxış olub.

Adətən, italyan öz videolarında söz demir. Bunun əvəzinə dünyanın hər yerindən insanlar üçün başa düşülən üsullardan istifadə edir: "Hər şey mimikalar və jestlərlə bağlıdır. İnsanlar onlara gülür, çünki bu, universal bir dildir".
/// azvision.az

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Şagirdlər buraxılış imtahanından niyə narazıdır? – Ekspertdən AÇIQLAMA
17:22 20.10.2026
Şagirdlər buraxılış imtahanından niyə narazıdır? – Ekspertdən AÇIQLAMA
Qışda bu məhsullar bahalaşa bilər – İqtisadçıdan xəbərdarlıq
17:22 20.10.2026
Qışda bu məhsullar bahalaşa bilər – İqtisadçıdan xəbərdarlıq
TƏBİB-lə bağlı qərar büdcəyə necə təsir edəcək - Qənaət, yoxsa əlavə xərc?
17:06 20.10.2026
TƏBİB-lə bağlı qərar büdcəyə necə təsir edəcək - Qənaət, yoxsa əlavə xərc?
Əhliman Əmiraslanov Bişkekdə TÜRKPA-nın iclasında çıxış etdi
16:55 20.10.2026
Əhliman Əmiraslanov Bişkekdə TÜRKPA-nın iclasında çıxış etdi
Fransanın cənub-şərqində güclü yağışlar daşqınlara səbəb oldu
16:52 20.10.2026
Fransanın cənub-şərqində güclü yağışlar daşqınlara səbəb oldu
“375 oturacaqlı qatarda 9 yer fərq yaratmır” – ADY-dən VIP yerlərlə bağlı AÇIQLAMA
16:44 20.10.2026
“375 oturacaqlı qatarda 9 yer fərq yaratmır” – ADY-dən VIP yerlərlə bağlı AÇIQLAMA
20 Oktyabr – Zəngilan şəhəri günü: Tarixi Zəfərin qürur səhifəsi
16:32 20.10.2026
20 Oktyabr – Zəngilan şəhəri günü: Tarixi Zəfərin qürur səhifəsi
Mourinyo: “Arda Gülər oynasaydı, bizə 5 qol vurardılar”
16:28 20.10.2026
Mourinyo: “Arda Gülər oynasaydı, bizə 5 qol vurardılar”
Bakı-Sumqayıt qatarında sıxlıq: Sərnişinlər ayaq üstə, VIP yerlər isə boş – VİDEO
16:25 20.10.2026
Bakı-Sumqayıt qatarında sıxlıq: Sərnişinlər ayaq üstə, VIP yerlər isə boş – VİDEO
Mədəniyyət Nazirliyinin tabeliyində yeni Kompleks yaradılır
16:18 20.10.2026
Mədəniyyət Nazirliyinin tabeliyində yeni Kompleks yaradılır
She’s Next layihəsinin dördüncü dalğası üçün qeydiyyat başladı
16:12 20.10.2026
She’s Next layihəsinin dördüncü dalğası üçün qeydiyyat başladı
Xəyal etdi, inandı, qazandı — “Sürətlə Yeni Mövsümə” lotereyasının "Changan Q07" qalibi danışdı
16:12 20.10.2026
Xəyal etdi, inandı, qazandı — “Sürətlə Yeni Mövsümə” lotereyasının "Changan Q07" qalibi danışdı
Prezident sərəncam imzaladı
15:56 20.10.2026
Prezident sərəncam imzaladı
Nəsimi Musayev Ermənistanda belə həbs olunub - VİDEO
15:52 20.10.2026
Nəsimi Musayev Ermənistanda belə həbs olunub - VİDEO
Xüsusi Təyinatlıların Qaziləri, Şəhid Ailələri və Veteranları İctimai Birliyi bəyanat yaydı
15:43 20.10.2026
Xüsusi Təyinatlıların Qaziləri, Şəhid Ailələri və Veteranları İctimai Birliyi bəyanat yaydı
İsveç səfiri Hikmət Hacıyevlə görüşdü
15:40 20.10.2026
İsveç səfiri Hikmət Hacıyevlə görüşdü