Tokio-2020: Daha bir idmançı koronavirusa yoluxduğu üçün yarışa qatılmayacaq

Tokio-2020: Daha bir idmançı koronavirusa yoluxduğu üçün yarışa qatılmayacaq
İDMAN
14:19 21.07.2021
1431
Niderlandlı skeytbordçu Kendi Yakobs Tokio-2020 Yay Olimpiya Oyunlarında iştirak etməyəcək.

İdmançı bu barədə instaqram hesabında bildirib.

O, koronavirus testi müsbət çıxdığı üçün yarışa qatılmayacağını yazıb.

Qeyd edək ki, daha əvvəl çilili taekvondoçu Fernanda Agirre eyni səbəbdən olimpiadadan kənarda qalıb. Tokio-2020-nin açılış mərasimi iyulun 23-də olacaq. Olimpiadaya avqustun 8-də yekun vurulacaq.
 
///Report
OXŞAR XƏBƏRLƏR